FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə33/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   29   30   31   32   33   34   35   36   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
36


İndi isə bu funksiyaların hər birini ayrı-ayrılıqda araşdıraq. 
Fiskal funksiya.
«Fisk» latın sözü olub, zənbil deməkdir. Qədim 
Romada ilk əvvəllər pulların saxlandığı kassa, sonralar imperatorların 
şəxsi xəzinəsi və nəhayət, gəlir, vergi və digər rüsumların cəmləşdiyi 
mərkəz fisk adlandırılmışdır. Bu funksiyanın mahiyyəti dövlət 
xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və 
hüquqi şəxslərin gəlirlərinin (mənfəətinin) müəyyən hissəsinin dövlət 
xəzinəsinə cəlb edilməsidir. Vergilərin əsas təyinatı, yəni ümumdövlət 
proqramlarının həyata keçirilməsi üçün vəsaitlərin dövlət büdcəsinə 
toplanması, məhz bu funksiya vasitəsilə həyata keçirilir. Yerdə qalan 
funksiyalar isə fiskal funksiyanın bir növ törəmələridir. 
Bölüşdürücü funksiya.
Vergilərin bölüşdürücü funksiyasının 
mahiyyəti ictimai gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında 
yenidən bölüşdürülməsindən ibarətdir. Başqa sözlə, əhalinin güclü 
təbəqəsinin vergi yükünün ağırlaşdırılması hesabına vəsaitlər bu 
kateqoriyadan əhalinin daha zəif kateqoriyalarına ötürülür. Bölüşdürücü 
funksiyaya misal olaraq aksizləri, mütərəqqi vergitutmanı göstərmək 
olar. 
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində 
vətəndaşları onların öz nəzarətləri xaricində olan amillərin doğurduğu 
iqtisadi çətinliklərdən qorunmasını təmin edən geniş sosial müdafiə 
şəbəkəsi mövcuddur. Sosial müdafiə dedikdə, ilk növbədə cəmiyyətin 
aztəminatlı üzvlərinə maliyyə yardımını nəzərdə tutan dövlət 
proqramları nəzərdə tutulur. Bu cür proqramlara işsizliyə görə 
müavinətlərin verilməsi, əlilliyə və qocalığa görə pensiyaların verilməsi, 
pulsuz tibbi xidmətin göstərilməsi, pulsuz yaşayış sahələrinin verilməsi 
və s. daxildir. Sosial müdafiə proqramları şəbəkəsinin mahiyyəti 
Vergilərin əsas fu
nksiyaları 
Fiskal 
Tənzimləyici 
Bölüşdürücü 
Stimullaşdırıcı 
Ləngidici 
Təkrar istehsal 
İnteqrasiyaedici 
Nəzarətedici 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə