2. Hidrotexniki qurğularda qəzaların baş vermə səbəbləri və nəticələri
Hidrodinamik təhlükəli obyektlər (HTO) təbiət qüvvələrinin (zəlzələ, fırtına,
uçqun, sürüşmə və s.) təsirindən, konstruktiv qüsurlardan, istismar qaydalarının
pozulmasından, daşqınların təsirindən, bünövrələrin uçulmasından, suaşıranların
kifayətsizliyindən və s., müharibə zamanı isə - zərbə vasitələrinin təsirindən dağıla
bilər.
Hidrodinamiki təhlükəli obyektlər təbiət qüvvələrinin təsirindən konstruktiv
qüsurlardan istismar qaydalarının pozulmasından , daşqınların təsirindən
bünövrələrin uçulmasından və.s təsirlərdən dağıla bilər. Hidrotexniki təhlükəli
obyektlər yuyulub dağıldıqda orada əmələ gələn oyuğun ölçülərindən asılı olaraq
dağıdıcı dalğanın parametrləri dəyişir. Dağıdıcı dalğa 2 prosesin üst – üstə düşməsi
nəticəsində əmələ gəlir :
1.
Suyun yuxarı səviyyəsindən aşağı səviyyəyə tökülərək su həcminin birdən –
birə artması
2.
Dağıdıcı su dalğası çayın yatağı boyu axdıqca onun hündürlüyü , hərəkət
sürəti ,eni və digər parametrləri fasiləsiz surətdə dəyişir. Bu dalğada su
səviyyəsinin qalxan və enən zonaları olur ki , onlar dalğanın ön cəbhəsi
adlanır. Dağıdıcı dalğa cəbhəsinin arxasında onun hündürlüyü intensiv
surətdə artır. Bir müddətdən sonra max həddə çataraq , sahilin qatından
hündür olur və nəticədə subasma hadisəsi baş verir. Bütün axın eni su
səviyyəsinin qalxması dayandıqdan sonra suyun axını müəyyən dövr ərzində
sakitləşir. Bu dövrün müddəti su anbarının həcmindən asılıdır. Subasmanın
son mərhələsi su səviyyəsinin aşağı düşməsidir. Dağıntı dalğası keçdikdən
sonra həmin ərazilərdə həddən çox rütubət qalır.
Dağıntı dalğasının dağıtma təsiri aşağıdakıların nəticəsində baş verir .
1.
Su səviyyəsinin müxtəlif səviyyələrdə birdən – birə dəyişməsi.
2.
Böyük sürətlə axan su kütləsinin bilavasitə təsiri.
3.
Hidrotexniki qurğunun bünövrəsinə suyun nüfuz edilməsi nəticəsində
möhkəmliyin azalması.
Dağıntı dalğasının hündürlüyü və sürəti çayın hidroloji və topoqrafiq şəraitlərindən
asılıdır.
HTO yuyulub dağıldıqda orada oyuq əmələ gəlir ki, yuxarı byefdən aşağı byefə
axan suyun həcmi və sürəti, həmçinin, bu növ qəzalarda əsas dağıdıcı amil olan
dağıdıcı dalğanın parametrləri həmin oyuğun ölçülərindən asılı olur.
Dağıdıcı dağla iki prosesin üst-üstə düşməsi nəticəsində əmələ gəlir: su
anbarındakı suyun yuxarı byefdən aşağı byefə tökülməsi və su həcminin birdən-
birə artması.
Dağıdıcı dalğanın obyektlərə təsiri nüvə partlayışı zamanı hava dalğasının təsirinə
bənzəyir, fərq ondadır ki, burada təsir edən cism sudan ibarətdir.
Bəndin yarılması ərazinin su basmasına səbəb olur. Subasmış zona aşağıdakı kimi
əmələ gəlir.
Dağıdıcı su dalğası çayın yatağı boyu axdıqca onun hündürlüyü, hərəkət sürəti, eni
və digər parametrləri fasiləsiz surətdə dəyişir. Bu dalğada su səviyyəsinin qalxan
və enən zonaları olur ki, onlar dalğanın ön cəbhəsi adlanır. Dağıdıcı dalğanın ön
cəbhəsi HTO-in dağılmış hissəsinə yaxın sahələrdə olduqca dik olur və dağılmış
yerdən bir xeyli məsafədə maillik nisbətən azalır.
Dağıdıcı dalğa cəbhəsinin arxasında onun hündürlüyü intensiv surətdə artır, bir
müddətdən sonra maksimal həddə çataraq sahilin qaşından hündür olur və nəticədə
çaylaq sahələri su basır. Bu zaman çəp axınlar yaranır ki, onlar dalğa cəbhəsinin
əyrixətli üçbucaq formalı baş zolağını əmələ gətirir.
Bütün axın eni su səviyyəsinin qalxması dayandıqdan sonra suyun axını müəyyən
dövr ərzində sabitləşir. Bu dövrün müddəti su anbarının həcmindən asılı olur.
Subasmanın son mərhələsi su səviyyəsinin aşağı düşməsidir. Dağıntı dalğası
keçdikdən sonra çay yatağı xeyli dəyişir, çaybasar ərazilərdə həddən çox rütubət
qalır.
Verilmiş sxematik təsvirdən də görünür ki, dağıntı dalğasının əsas parametrləri
(dərinliyi, eni, hərəkət sürəti) bütün istiqamətlərdə dəyişir, yəni axın mürəkkəb
məkan formasını alır.
Dağıntı dalğasının dağıtma təsiri aşağıdakıların nəticəsində baş verir:
- ön basqı cəbhəsi dağıldıqda aşağı və yuxarı byeflərdə su səviyyəsinin birdən-birə
dəyişməsi;
- böyük sürətlə axan su kütləsinin bilavasitə təsiri;
- hidrotexniki qurğunun bünövrəsinə suyun nüfuz etməsi nəticəsində qruntun
möhkəmliyinin azalması;
- qruntun yuyulması və qrunt kütlələrinin yerdəyişmələri;
- uçulmuş bina və qurğu parçalarının böyük sürətlə yerdəyişmələri və onların taran
təsirləri.
Dağıntı dalğasının hündürlüyü və sürəti çayın hidroloji və topoqrafik şəraitlərindən
asılıdır. Məsələn, düzənlik sahələrdə dalğanın sürəti 3-25 km/saat hədlərində
dəyişirsə, dağ və dağətəyi sahələrdə 100 km/saat-a çata bilər. Meşəlik sahələr
dalğanın sürətini və hündürlüyünü azaldır.
Böyük hidrotexniki qurğularda son 60-70 il ərzində baş vermiş mindən çox
qəzaların səbəblərinin təhlili göstərir ki, onların əksəriyyəti bünövrələrin
yuyulması nəticəsində baş verir.
Su axını ilə nəql olunan lillərin ziyanlı təsiri su təsərrüfatının bütün
sahələrində özünü bu və ya digər dərəjədə göstərir. Buna misal olaraq aşağıdakıları
qeyd etmək olar:
–
çaydan götürülən və su ilə birlikdə lillərin suvarma sistemi kanallarına daxil
olması onların lillənməsinə səbəb olur ki, bu da kanalın suburaxma
qabiliyyətini bəzən 70- 80 faizə qədər azaldır;
–
qurğu düyünlərində lillərin çökməsi onun istismarını çətinləşdirir;
–
lillərin su anbarında çökməsi onun faydalı həjminin azalmasına və eləjə də
istismar müddətinin azalmasına səbəb olur;
–
jəldaxıdan və suaşıran bəndlərdə böyük sürətli axınlarda su ilə birgə nəql
olunan bərk hissəjiklər həmin qurğuların səthlərinin mexaniki aşınmasına səbəb
olur ki, bu da onların təmir və bərpası üçün əlavə xərjlər tələb edir;
–
turbin və nasoslardan keçən lil hissəjikləri onların divar səthlərini jızır, yəni
mexaniki asınmaya uğradır. Nətijədə bu avadanlıqların faydalı iş əmsalı və
istismar müddəti azalır;
–
suqəbuledici qurğularda lillərlə mübarizə aparmaq zərurəti onların
konstruksiyalarının mürəkkəbləşməsinə və yaxud da əlavə xüsusi qurğular
yaradılmasına səbəb olur ki, bu da bütövlükdə hidrodüyünün tikinti dəyərini
artırır;
–
daxili su yollarında çayın məjrasında hərəkət edən lillərin çökməsi nətijəsində
gəmi gedişində qalxmalar, da- yazlıqlar əmələ gəlir ki, bu da gəmiçilik
təsərrüfatının pisləşməsinə, izafi istismar xərjlərinin artmasına səbəb olur.
Lillərin irriqasiya, energetika və digər hidrosistemlərə daxil olması ilə mübarizə
mərhələlərlə aparılır. Bu mərhələlərin sayı üç olmaqla yanaşı, onlar mübarizə
tədbirinin aparıldığı yerə və müxtəlif növ qurğu və tədbirlərin lil reciminə təsir
prinsiplərinə görə bir - birindən fərqlənirlər.
Müxtəlif ölkələrdə son illərdə əksər bəndlərdə baş vermiş qəzaların
səbəblərinin 40%-i suaşırma sərfinin hesablanmış maksimal qiymətdən çox olması,
yəni suyun bəndin üstündən axmasıdır.
Yoxlama sualları:
1.Ön təzyiqli (basqılı) əsas hidrotexniki qurğulara nələr aiddir?
2.
Hidrotexniki qurğularda qəzaların baş vermə səbəbləri nədir?
3.
Dağıntı dalğasının dağıtma təsiri nəticəsində nə baş verir?
|