Meşə yanğınlarının növləri:
Meşə yanğınları odun hansı meşə elementlərində (meşə döşənəyi-xəzəl, ağacların
gövdəsi, çətri və s.) yayılmasına; yanğının yayılma surətinə və əhatə etdiyi sahəyə
görə müxtəlif növlərə aid edilir.
Odun hansı meşə elementlərində yayılmasından asılı olaraq meşə yanğınları:
yeraltı (torf) yanğınlar, aşağı (yerüstü) yanğınlar və yuxarı yanğın növlərinə ayrılır.
Yeraltı yanğınlar
torflu meşələrdə baş verir. Belə yanğınlar xüsusilə təhlükəlidir.
Yeraltı yanğınlarda kök sistemləri yanır və bitkilər kütləvi surətdə məhv olur.
Digər tərəfdən belə yanğınların qarşısının alınması
və söndürülməsi daha
mürəkkəbdir və çətin başa gəlir.
Aşağı yanğınlar
meşələrimizdə daha tez-tez baş verir.
Belə hallarda od ancaq
yerin səthi boyu yayılaraq ağac gövdələrinin aşağı hissəsini və yerin üzünə çıxan
kökləri yandırır.
Aşağı yanğınların tezyayılan və davamlı növləri olur:
Tezyayılan aşağı yanğın.
Bu zaman canlı və cansız torpaq örtüyü, meşə bitkiləri,
yerə
tökülmüş yarpaqlar, ağacların aşağı hissəsinin qabığı və çılpaq köklər,
iynəyarpaqlı cavan ağaclar və kol-kos yanır. Bu cür yanğın torpaq örtüyünün çox
nəm yerlərindən yan keçərək çox sürətlə yayılır, buna görə də sahənin müəyyən bir
qisminə od dəymir. Tezyayılan yanğınlar yazda tez-tez baş verir, çünki bu dövrdə
ancaq üst qat qurumuş olur. Belə yanğında yanma əsasən alovlu olur.
Dostları ilə paylaş: