Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri
Mövzu: 8
.
Meşə yanğınları ,onların növləri və xüsusiyyətləri.
Mühazirəçi:
E.K.Qafarov
Mühazirənin planı :
1.Əhəmiyyətinə görə meşələrin növləri.
2.Meşə yanğınlarının
səbəbləri,nəticələri və növləri.Yeraltı, aşağı və yuxarı meşə
yanğınları.
3.Meşə yanğınlarının elementləri.
Ədəbiyyat:
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh.
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki
müdafiə) Bakı 2010, səh.388
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
7.
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr
toplusu.Bakı-2021 (azmiu.edu.az)
Bakı-2021
1.Əhəmiyyətinə görə meşələrin növləri.
Meşələr yerin bitki
örtüyünün əsas tiplərindən, biosferin isə əsas
komponentlərindəndir. Bitkilərin bir çox həyat formalarına ancaq təbii meşələrdə
təsadüf olunur.
Meşə örtüyünün əsasən ağaclar, sonra isə kolluqlar - otlar,
mamırlar və s. əhatə edir və bunlar boyuna görə bir neçə yarusda (hündürlükdə)
olur. Birinci yarusu - palıd, fıstıq, şam, küknar kimi ən hündür ağaclar;
ikinci
yarusu - vələs, çökə, ağcaqayın, çinar kimi orta boylu ağaclar; üçüncü yarusu -
əzgil və yemişan
kimi kol bitkiləri tutur; dördüncü və beşinci yarusları - alçaq
kollar, müxtəlif meşə otları, təzə pöhrələr, mamırlar ötür.
Meşə hər bir xalqın milli sərvətidir və çox nəsillərə mənsubdur. Meşələr həm də,
sözün əsl mənasında, “təbii kübrə” fabrikidir. Tarlaların münbitliyi meşələrdən çox
asılıdır. Meşələr torpağın yuyulmasının və eroziyanın qarşısını alır, əkin sahələrini
qoruyur, çayların mənbəyini su ilə təmin edir,
iqlimi tənzimləyir, havanı
təmizləyir.
Alimlərimizin dediyinə görə, ərazinin 25-30 faizi meşə ilə örtülü olan ölkədə heç
vaxt quraqlıq hiss edilməz, tarlalardan daim sabit və yüksək məhsul götürülər.
Əhəmiyyətinə görə meşələr üç qrupa bölünür:
Birinci qrup - xüsusi qoruyucu əhəmiyyəti olan meşələr;
İkinci qrup - istismar əhəmiyyətli və qoruyucu əhəmiyyəti olan meşələr;
Üçüncü qrup - oduncağa olan tələbatı ödəyən meşələr.
Azərbaycan ərazisində olan meşələr birinci qrupa aiddir və əsasən enliyarpaqlı
ağaclardan ibarətdir. Bizim meşələrimizdə palıd, fıstıq, vələs, qaraçöhrə,
saqqızağacı, dəmirağac, qovaq, fındıq, qoz, əzgil, zoğal və s.
kimi qiymətli və
nadir ağaclar çoxdur.
Ölkəmizdə meşələr olduqca azdır və respublikamızın ərazisinin təxminən 11
faizini təşkil edir; əhalinin hər nəfərinə orta hesabla 0,2 hektar meşə sahəsi düşür.
Bu da keçmiş SSRİ respublikaları üzrə orta göstəricidən onlarca dəfə azdır.
Buna görə də meşə yanğınları respublikamız üçün xüsusən ağır nəticələri təbii
fəlakət sayıla bilər. Bütün bunları nəzərə alaraq meşə yanğınlarına qarşı mübarizə
üsulları barədə bir qədər müvəssəl məlumat verməyi lazım bilir və bunu vacib
hesab edirik.
Yanğın - insanın nəzarətindən çıxıb tələfat törədən
odun kortəbii şəkildə
yayılmasıdır. Yanğının ətraf mühit üçün ən təhlükəli və fövqəladə hadisə səciyyəvi
növlərindən biri meşə yanğınlarıdır.
Meşə yanğınları zamanı od ağacları, kolları, tədarük edilmiş meşə materiallarını,
ətraf binaları və tikililəri yandırıb məhv edir, yaxud zədələyir. Oddan zədələnmiş
ağaclar zərərli xəstəliklərin yayılma mənbəyinə çevrilir ki, bu da nəinki bilavasitə
zədələnmiş, həm də ətrafdakı meşə sahələrinin yoluxmasına və tələf olmasına
səbəb olur. Yanğın
nəticəsində meşənin qoruyucu, susaxlama və digər faydalı
xassələri azalır, buradakı heyvanlar tələf olur, meşə ehtiyatlarından istifadə
pozulur.
2.Meşə yanğınlarının səbəbləri,nəticələri və növləri.Yeraltı, aşağı və yuxarı meşə
yanğınları.
Dostları ilə paylaş: