Yuxarı meşə yanğınları
ağacların çətirlərinə od düşməsi, yarpaqların, xırda,
bəzən də iri budaqların yanması ilə səciyyələnir. Belə yanğın zamanı
alov həm
yerin üzəri ilə, həm də ağacların çətirlərilə yayılır. Aşağı yanğının alovu ağacların
aşağı sallanmış budaqları və müxtəlif hündürlüklü cavan ağaclar vasitəsilə yuxarı
keçir. Yuxarı yanğınlar çox vaxt dağ meşələrində sıldırım yamaclarda od yuxarıya
yayıldıqda müşahidə edilir. Belə yanğının baş verməsinə güclü küləklər şərait
yaradır.
Yuxarı meşə yanğınlarını da davamlı və tezyayılan növlərə ayırmaq olar:
Davamlı yuxarı meşə yanğınları
adətən sakit, küləksiz və ya zəif küləkli havada
baş verir, aşağı yanğının kənarları hərəkət edib genişləndikcə od ağacların
çətirlərinə yayılır.
Bu vaxt döşənək, bitki örtüyü,
çör-çöp qurumuş və cavan
ağaclar, kol-kos və budaqlar, hətta iri budaqlar yanır, ağacların gövdələri
qarsaqlanır. Belə yanğına başdan-başa (ucdantutma) yanğın
da deyirlər, çünki bu
cür yanğından sonra ancaq ağacların yanıb kömürə donmuş gövdələri qalır. Belə
yanğın əsasən saatda 1-2 km sürətlə yayılır.
Tezyayılan yuxarı yanğın
güclü külək şəraitində baş verir və külək istiqamətində
ağacların çətirlərilə yayılır. Belə hallarda alov adətən ağaclara “sıçrayışla” yayılır
və bəzən aşağı ön yanğın cəbhəsini xeyli ötüb keçir. Od ağacların çətirləri
vasitəsilə yayıldıqda, küləklə aparılan qığılcımlar, od tutmuş budaqlar və yarpaqlar
əsas yanğından
onlarla metr qabaqda, yeni aşağı yanğın ocaqları törədir. Belə
sıçrayışlar vaxtı alov saatda 15-20 km sürətlə çətirlərə yayılır. Lakin yanğının
özünün yayılma sürətin az olur, belə ki, sıçrayışdan
sonra od, çətirlərin yanıb
qurtardığı sahədən aşağı yanğın keçənə qədər ləngiyir.
Yanğının kənarlarının yayılma sürətinə və alovun hündürlüyünə görə aşağı və
yuxarı meşə yanğınları - zəif yanğın, orta sürətli yanğın və güclü yanğın növlərinə
aid edilir:
Dostları ilə paylaş: