7.
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr
toplusu.Bakı-2021 (azmiu.edu.az)
Bakı-2021
1.Əhalinin,məruz qaldığı təhlükəli yoluxucu xəstəliklərin(taun,vəba.sarı qızdırma
və s.)xarakteristikası.
Mülki müdafiə üçün nəticə etibarı ilə lokal sonluqla (ölümlə) və epidemiyaların
yayılması ilə xarakterizə olunan yoluxucu xəstəliklər əhəmiyyət kəsb edir. Bu
nöqteyi-nəzərdən taun, vəba, sarı qızdırma, QİÇS (qazanılmış ümmun
çatışmamazlığı sindromu), və s. ən təhlükəli xəstəliklər sırasına daxildir.
Taun - kəskin, zoonoz yoluxucu xəstəlik olaraq, taun mikrobakteriyaları - bütün
orqanizmdə yayıla bilən xüsusi virulent qıcıqlandırıcılar vasitəsi ilə yaranır və
müxtəlif orqan və hüceyrələrdə hemmorogik mənbələrin əmələ gəlməsi ilə
nəticələnir. Klinik cəhətdən taun özünü çox güclü ümumi inteksikasiya, ürək-
damar sisteminin ağır zədələnməsi və törədicilərin orqanizmə təsir istiqamətindən
asılı olaraq lokal əlamətlərlə, ya limfodent kimi (bubon forması - qasıqda limfa
vəzilərin iltihabı), ya karbunkul və limfodenitli dəri xorası (dəri-bubon forma), ya
da hemmorogik sətəlcəm kimi (ağ ciyər forması) büruzə verir. Taunun bütün
formalarının xüsusiyyəti onun septik amillərlə müşayiət olunmasıdır ki, bu da
lazımi müalicə olmadığı halda tezliklə ölüm hadisəsinə gətirib çıxarır.
Taun infeksiyasının daşıyıcılarından ən başlıcası çoxsaylı və çöl ərazilərində çox
yayılmış uzunömürlü gəmiricilər olan sünbülqıranlardır. Taun xəstəliklərinin vəhşi
gəmiricilərdən insana yoluxmasının əsas keçiriciləri siçovullar və bir qədər az
səviyyədə siçanabənzər gəmiricilərdir. Taun törədicilərin gəmiricilərdən insanlara
əsas yayıcıları siçovul bitləridir. Taun infeksiyalarının yayılmasına səbəb
infeksiyalı bitlərin dişləməsi ilə bərabər, həm də belə bitlərin ifrazatlarının insanın
dərisinə və ya selikli qişasına düşməsi ola bilər. Bundan başqa xəstə gəmiricilər və
ya onların ifrazatları ilə birbaşa və ya dolayısı ilə əlaqədə olmaq da xəstəliyə səbəb
ola bilər. İnsanların xəstələnməsi həmçinin sənaye əhəmiyyətli heyvanların
dərilərinin soyulması, onların cəmdəklərinin ayrılması zamanı da baş verə bilər.
Respublika ərazisində bir neçə əlahiddə taun mənbələri mövcuddur.
Taun mənbələrinin mövcudluğu, beynəlxalq münasibətlərin inkişafı, sürətli əlaqə
formalarından istifadə kimi amillər epidemiyalara qarşı sayıqlığın həmişə lazımı
səviyyədə olmasını tələb edir.
Vəba - insan orqanizminə vəba vibrionları ilə keçən kəskin yoluxucu xəstəlikdir.
Vəbanın klinik təzahür formaları orqanizmin kəskin surətdə susuzlaşması və
duzsuzlaşmasına, qan dövranının pozulmasına, sidik ifrazının kəsilməsinə, bədən
temperaturunun aşağı düşməsinə, qıc hallarına, sianoza, asidoz və mərkəzi sinir
sisteminin funksiyalarının itirilməsinin inkişafı ilə müşayiət olunan və koma halına
gətirib çıxara biləcək səviyyədə maddələr mübadiləsinin ağır pozulması ilə
nəticələnən qəfləti ishal və qusma hallarının əmələ gəlməsi ilə xarakterizə olunur.
Vəba törədicilərinin yeganə mənbəyi ətraf mühitə ifrazatlı və qusuntuları ilə vəba
vibrionları yayan insanlardır.
Epidemioloji cəhətdən qızdırmanı iki növə ayırırlar.
Birinci - rütubətli cəngəlliklərin sarı qızdırması, bu təbii-lokal mənbəli zoonaz
xəstəlikdir. Bununla yanaşı heyvanlardan insanlara keçmiş virus sonradan əhali
arasında ağcaqanadlar vasitəsi ilə antroponoz transmissiv xəstəlik kimi də yayıla
bilər.
İkinci forma - klassik, şəhər sarı qızdırmasıdır, bu antroponoz xəstəlikdir.
İnfeksiya mənbəyi xəstə insandır və virus ondan ağcaqanada keçir və orada
ömrünün sonuna kimi qalır. Virus sağlam insana xəstə ağcaqanadın onun qanını
sorduğu vaxt keçir. Yayıcı ağcaqanadlar yalnız 18-39 dərəcə “S” temperaturda və
kifayət qədər rütubətli şəraitdə çoxalırlar ki, bu da onların tropik-rütubətli iqlimi
olan ölkələrdə olmasını müəyyənləşdirir. Lakin sarı qızdırmanın yayılması, yay
vaxtı havanın temperaturu 18-25 dərəcə “S”-yə çatanda, yayıcı ağcaqanadların ora
düşməsi hallarında, mülayim iqlimli ölkələrdə də mümkündür.
QİÇS - qazanılmış ümmun çatışmamazlığı sindromu, insanın immun
çatışmamazlığı virusundan (İİÇV) törənir.
İİÇV qana düşərək, T - limfositlərə keçir. Burada onun çoxalma sikli baş verir ki,
bu da sahib hüceyrənin məhvinə gətirib çıxarır. Orqanizmdə mikroblara və əvvəllər
patogen olmayan parazitlər (pnevmositlər, müxtəlif bakteriyalar, göbələklər,
acıtmalar, viruslar) aktivləşməyə başlayır.
QİÇS-in mənbəyi ən əvvəl xəstə insandır.
Xəstəliyə yoluxmadan sonra bir neçə aydan bir neçə ilə qədər (5 il) davam edə
bilən inkubatsiya dövrü başlanır.
QİÇS-lə xəstələnmə 65-70% halda ölümlə nəticələnir.
QİÇS xəstəliyinin profilaktikası və qarşısının alınması nəzarət sisteminə əsaslanır
(risk qruplarına məxsus şəxslərin aşkar edilməsi, onların klinik, laborator
müayinəsi). Xüsusi profilaktika mövcud deyil.
Hələlik bu xəstəliyə qarşı vaksin tapılmayıb. Qeyri-spesifik profilaktik tədbirlər
aşağıdakılardan ibarətdir:
sanitar-maarifləndirmə;
qan donorlarına nəzarət;
dezinfeksiya və sterilləşdirmə sistemi.
Sonda, epidemik yayılmaya meylli olan bir sıra vacib inyeksiyalar haqqında söhbət
açmaq zəruridir. Bu yoluxucu xəstəliklər xüsusi təhlükəli olmasalar da ölkədə
müəyyən qədər yayılma ehtimalı olduğuna görə onlara qarşı profilaktik tədbirlərin
aparılması və müalicə məsələləri aktualdır.
Qarın yatalağı (Tif) və A və B paratifləri - salmonellalar tərəfindən törədilir. Tif -
paratifoz bakteriyalar ətraf mühitə kifayət qədər davamlıdırlar. Törədicilər insan
orqanizminə düşdükdə nazik bağırsağın seliyində qalır, orada yığılır, artır sonra isə
mikroblar qana keçir.
Qarın yatalağı və paratiflərlə xəstələnmə halları hazırda yüksək deyil. Xəstəlik
sporodik şəkildə və ya xroniki su epidemiyası şəklində keçir. Sudan yoluxma
halları nisbətən daha az müşahidə olunur və bu hallar ümumiyyətlə qəza
vəziyyətlərinin nəticəsində baş verir.
Dizenteriya - insanın şiqqellər tərəfindən törədilən yoluxucu xəstəliyidir. Kliniki
cəhətdən ümumi intoksikasiya və yoğun bağırsağın xəstəliyi simptomları ilə
xarakterizə olunur. Əsas etibarı ilə qida, su və müəyyən hallarda çirkli əllər vasitəsi
ilə keçir. Sanitar-gigiyenik qaydalara riayət edilmədiyi hallarda epidemik yayılma
baş verə bilər.
A tipli viruslu Hepatit - insanın yoluxucu xəstəliyidir. Spesifik virus tərəfindən
törədilir və əsas etibarı ilə qara ciyərin xəstələnməsi ilə nəticələnir. Kliniki
cəhətdən hepatit özünü ümumi intoksikasiya simptomları, qara ciyərin
funksiyalarının pozulması, sarılıq xəstəliyinin inkişafı, maddələr mübadiləsinin
pisləşməsi ilə büruzə verir. Yoluxma fekal-oral yolla baş verir.
V tipli viruslu Hepatit - əsas etibarı ilə müxtəlif tibbi prosedurların yerinə
yetirilməsi zamanı keçir (qan köçürməsi, inyeksiyalar və s.) və epidemik cəhətdən
az qorxuludur.
Qripp - kəskin viruslu yoluxucu xəstəlikdir. Kliniki cəhətdən qızdırma ümumi
intoksikasiya sindromu, yuxarı nəfəs yollarının selikli qişasının, xüsusən
traxeyanın kataral iltihabı ilə xarakterizə olunur. İnfeksiya hava-damla yolu ilə
keçir.
Meninqokok
infeksiyası - kəskin yoluxucu xəstəlikdir. Vekselbaum
meninqokokları tərəfindən törədilir. Daha çox yayılmış sağlam daşıyıcılıqdan
başlayaraq, xəstəliyin çox ağır formaları olan və yüksək letal sonluqla nəticələnən
irinli meningit və meninqokok sepsisə qədər infeksion proseslərin çox müxtəlif
formaları ilə müşayiət olunur. Meninqokok xəstəliyinin kliniki təzahür formaları
arasında xəstəlik baxımından az qorxulu olan, lakin törədicilərin əhali arasında
geniş yayılması prosesində əsas rol oynayan nazofaringit daha çox müşahidə
olunur.
İnsanların yoluxucu xəstəliklərinin təsnifatı
Epidemiologiyada yoluxucu xəstəliklərin müxtəlif təsnifatları mövcuddur. Bir çox
epidemioloji təsnifatlar içərisində mahiyyətini törədicinin yoluxma mexanizmi
təşkil edən təsnifat daha geniş yayılmışdır. Törədicinin orqanizmdə infeksiyanın
keçmə mexanizmini müəyyənləşdirən əsas lokallaşmasına uyğun olaraq, bütün
yoluxucu xəstəliklər 4 qrupa bölünür:
1) bağırsaq infeksiyaları;
2) nəfəs yollarının infeksiyaları (aerozollu);
3) qanla keçən infeksiyalar (transmissiv);
4) xarici örtük infeksiyaları (kontaktlı).
Yoluxucu xəstəliklərin ümumbioloji təsnifatının əsasını onların törədicilərinin
mənbəyinin xüsusiyyətlərinə görə ayrılması təşkil edir: antroponozlar, zoonozlar,
həmçinin infeksion xəstəliklərin transmissiv və qeyri-transmissivlərə ayrılması
nəzərdə tutulur.
2.Heyvanların məruz qaldığı təhlükəli yoluxucu xəstəliklərin(dabaq,donuz taunu
və s.) xarakteristikası.
Heyvanların daha çox yayılmış, xəstəliyin ağırlığı, epizootiyaların yaranması və
inkişafı, həmçinin karantin tədbirlərinin təşkili və həyata keçirilməsi baxımından
ən təhlükəli xəstəlikləri dabaq, donuzların klassik taunu və quşların nyukasl
xəstəliyidir.
Dabaq - qoşadırnaqlı ev və vəhşi heyvanlarda qızdırma, ağız nahiyəsinin selikli
qişasının, dərinin, əmcəklərin və sonluqların avtoz xəstəliklərə məruz qalması ilə
müşayiət olunan yüksək kokontagioz, kəskin viruslu xəstəlikdir.
Dabaq xəstəliyinə daha tez məruz qalan heyvanlar iribuynuzlular və donuzlardır.
Qoyunlar və keçilər bu xəstəliyə az tutulurlar. Dabağın törədiciləri xəstə heyvanlar,
o cümlədən xəstəliyin inkubasiya dövrünü keçirən və virusdaşıyıcıları olan
heyvanlardır. Belə heyvanlar ətraf mühitə virusu süd, tüpürcək, sidik və nəcislə
yayırlar ki, nəticədə tikililərin, otlaqların, su mənbələrinin, yemin və nəqliyyat
vasitələrinin və sairənin infeksiyaya uğraması prosesi baş verir.
Dabağın yayılması əksər hallarda təsərrüfat və iqtisadi əlaqələrdən, heyvandarlığın
aparılması
üsullarından,
heyvanların
sayından,
əhalinin
miqrasiyanın
səviyyəsindən və digər amillərdən asılıdır.
Dabaq virusunun yayılmasında insanın böyük rolu var, beləki, o heyvanlarla
təmasda olaraq, böyük məsafələrə hərəkət edə bilir. Dabaq, özünü bir qayda olaraq
epizootiya, bəzən isə panzootiya formalarında biruzə verir.
Dabağa qarşı mübarizə tədbirləri sistemi mövcuddur. Əsas diqqət dabağın
xaricdən, ölkənin digər rayonlarından, gətirilməsinin qarşısının alınmasına
yönəldilmişdir.
Dabaq aşkar olunduqda onun mənbəyi olan təsərrüfata və ya yaşayış məntəqəsinə
karantin elan olunur və orada təsərrüfat fəaliyyəti məhdudlaşdırılır.
Donuzların klassik taunu - yoluxucu, yüksək kokontagioz xəstəlikdir. Adi şəraitdə
taun xəstəliyinə növ və yaşından asılı olmayaraq yalnız bütün ev və vəhşi donuzlar
tutulurlar. Cins donuzlar xəstəliyə daha tez məruz qalırlar. İnfeksiya mənbəyi
əvvəllər və ya hazırda xəstə olan ev və vəhşi donuzlar - virusdaşıyıcılarıdırlar.
Taunla xəstələnmə xəstə və ya virusdaşıyıcıları olan donuzların sağlam heyvanlarla
birgə saxlanılmasından və həmçinin infeksiyalı yemdən istifadədən baş verir.
Klassik taun ilin bütün vaxtlarında yarana bilər. Lakin ona donuzların kütləvi
yerdəyişməsi, satılması və kəsilməsi vaxtı olan payız aylarında daha çox təsadüf
olunur. Yeni yaranmış mənbələrdə immunsuz heyvanların olması şəraitində,
epizootik proses intensiv şəkildə, epizootiya formasında baş verir. Yoluxma
səviyyəsi 95-100%-ə, heyvanların qırılması 60-100%-ə çatır.
Ətraf mühitdə taun virusunun davamlı olaraq qalması, həmçinin virusdaşıyıcıların
uzun müddət aşkar olunmaması yeni yaranmış mənbələrin stasionar mənbələrə
çevrilməsinə səbəb olur. Tauna tutulmuş donuzların spesifik müalicəsi
işlənilməyib. Xəstə heyvanları dərhal məhv edirlər.
Quşların nyukasl xəstəliyi (psevdotaun) - toyuqlar dəstəsinə daxil olan quşların
yüksək kokontagioz viruslu xəstəliyidir və nəfəs yollarının, həzm orqanlarının və
mərkəzi sinir sisteminin xəstələnməsi ilə xarakterizə olunur. Törədicilərin mənbəyi
xəstə və ya nə vaxtsa xəstələnmiş, viruslu nəfəsləri, bütün növ ifrazatları ilə yayan
quşlardır. Virus quşun xəstələndiyindən sonra, 24 saat ərzində inkubasiya dövrünə
daxil olur.
Quşların xəstələnməsi alimentar və aerogen yolla, yem, su, hava vasitəsi ilə xəstə
və sağlam quşların birgə saxlanılması şəraitində baş verir. Virus mənbəyi vəhşi
quşlar, həmçinin ev qazları və ördəkləri ola bilər.
Spesifik müalicə işlənməyib. Xəstə quşların simptomatik müalicəsi infeksiyanın
törədicisinin yayılması təhlükəsinə görə məqsədə uyğun hesab olunmur. Nə vaxtsa
xəstələnib sağalmış və vaksinləşdirilmiş quşlar immunitet qazanırlar. Əksər
təsərrüfatlarda vaksinləşdirməni aerozol metodu ilə həyata keçirirlər.
Nyukasl xəstəliyinə şübhə olan hallarda laborator müayinələri aparılır. Xəstələnmə
halları təsdiq olunduqda təsərrüfat təhlükəli elan olunur və ona karantin tətbiq
edilir. Belə təsərrüfatda olan xəstə quşlar məhv edilir və ya yandırılır.
Epizootoloji təsnifata görə heyvanların yoluxucu xəstəlikləri 5 qrupa bölünür :
1) alimentar infeksiyalar - torpaq, yem, su, vasitəsi ilə ötürülür. Mədə-bağırsaq
sisteminin xəstələnməsi xarakterikdir: törədicinin ötürülməsinin əsas amili
infeksiya olunmuş yem, təzək və torpaqdır; bu infeksiyalara qara yara, dabaq, sap,
brusellyoz və s. aiddir.
2) respirator infeksiyalar (aerogen) - nəfəs yollarının və ağ ciyərin selikli qişasının
xəstələnməsi; əsas ötürmə yolları - hava-damla; bunlara aiddir: paraqripp, ekzotik
sətəlcəm, qoyun, keçi çiçəyi, yırtıcı heyvanların taunu və s;
3) transmissiv infeksiya - ötürmə, qaniçən buğumayaqlılar vasitəsi ilə baş verir,
törədicilər daima və ya müəyyən dövr qanda qalır: ekzotikliyi və mövsümüliyi ilə
fərqlənir; bunlara ensofalomielitlər, tulyaremiya, atların infeksion anemiyası
aiddir;
4) törədiciləri üst örtük vasitəsi ilə, ötürücülərin iştirakı olmadan yoluxan
infeksiyalar. Bu qrup ötürmə mexanizminə görə çox müxtəlifdir; bunlara stobnyak,
quduzluq, inək çiçəyi və s. aiddir.
5) naməlum yollarla keçən infeksiyalar, yəni təsnifata düşməyən qrup.
Heyvanların yoluxucu xəstəliklərinin (epizootik baxımdan) aşağıdakı üç prinsip
üzərində qurulmuş digər təsnifatı da mövcuddur (Bakulov təsnifatı):
· törədicinin orqanizmdə lokalizə olunmasının onun ötürmə mexanizminə
uyğunluğuna görə;
· infeksiyanın törədicisinin mənbəyinə görə;
· törədicilərin kateqoriyalarına görə.
Lakin bir çox müəlliflərin fikrincə yolxucu xəstəliklərin epizootoloji təsnifatının
təkmilləşdirilməsinə yönəldilmiş yeni nəzəri tədqiqatların aparılması zəruridir.
3. Bitkilərin məruz qaldığı xüsusi təhlükəli yoluxucu xəstəliklərin(gövdə pası və
s.) xarakteristikası.
Ən təhlükəli xəstəliklər buğdanın, çovdarın gövdə (xətti) pası, buğdanın sarı pas
xəstəliyi və kartofun sitoftorozasıdır.
Buğdanın, çovdarın gövdə pası - bu bitkilərin daha çox yayılmış və zərərverici
xəstəliyidir. Gövdə pası əsas etibarı ilə dənli bitkilərin gövdələrini və yarpaq
qınlarını zədələyir. Pas xəstəliklərinin tez yayılması onların törədicilərinin yüksək
məhsuldarlığı ilə şərtiləşir. Törədicinin tam inkişaf siklini ardıcıl spordaşıma sırası
təşkil edir. Gödələk (qıcıqlandırıcı) teleytomərhələdə yalnız dənlilərin
kövşənliyində qışlayır. Yazda teleytosporlar bazisiosporlarla bazisiyalar əmələ
gətirir ki, onlar da müvafiq şərait olduqda əvvəl bitkilərin dənlərini deyil, aralıq
bitkilərin - zirişkin cavan yarpaqlarını zəhərləyirlər.
Sarı pasın yüksək zərərvericiliyi mülayim qış, isti yaz və rütubətli və sərin yayı
olan illərdə qeydə alınır. Əkinlərin sarı pasla xəstələndiyi hallarda buğdanın
məhsuldarlığı 50%-ə qədər aşağı düşür, göbələk üçün əlverişli hava şəraiti olduqda
isə məhsulun 90-100%-i məhv ola bilər.
Kartofun fitoftorozu - çox yayılmış və zərərverici xəstəlikdir. Fitoftorozun əsas
zərəri kartof yumrusunun əmələ gəldiyi dövrdə tağların vaxtından əvvəl məhvi və
yumrular yerdə olarkən onların kütləvi şəkildə çürüməsi nəticəsində məhsulun
miqdarını aşağı salmasındadır.
Dostları ilə paylaş: |