Tsunami.
Sualtı zəlzələlər və vulkanların püskürməsi zamanı yaranan dalğalardır.
Zəif zəlzələ və vulkanlar tsunami yaratmır. Tsunami dalğasının hündürlüyü
zəlzələnin gücündən əlavə, dəniz dibinin relyefi və sahilin konfiqurasiyasından
asılıdır və nadir hallarda 10 m-dən çox olur. Dalğanın uzunluğu 100 km-ə, sürəti
isə saatda 400-800 km-ə çata bilər.
Xəzər dənizində xüsusən Orta Xəzərdə, tsunami hadisəsinin baş verdiyi hallar
qeydə alınmışdır. Məsələn, 1995-ci il aprel ayının 8-də Xaçmaz sahillərindən
təqribən 30 km şərq istiqamətində baş vermiş tsunami nəticəsində iki balıqçı qayığı
batmışdır.
Tsunaminin proqnozunu vermək zəlzələ və vulkanların proqnozlaşdırılması kimi
həll olunmaz məsələdir və ondan mühafizə mümkün deyil.
3. Sel və onların nəticələri
Çayların məcrası boyu özü ilə çoxlu (həmçinin 10-
15%-dən artıq) bərk material (qum, çınqıl və s.) gətirilən və sıxlığı suyunkundan
1,5-2 dəfə artıq olan axın; Sel, hündürlüyü 20-40 sm olan dalğa şəklində saniyədə
20-30 m (saatda 10-100 km) sürətlə hərəkət edir və rast gəldiyi maneələrə hər
kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin həcmi bir neçə milyon kub
metrə çatır. “Sel ərəbcə” coşqun axın mənasındakı “Seyl sözündəndir. Dağlıq
rayonlarda yaşayan bir çox xalqların dillərində həmin mənanı verən sözlər
mövcuddur, məs., yapon dilindəki “yamanasunami- “dağ dalğası” kimi və s.
Müasir elmi-texniki ədəbiyyatda işlədilən “Sel axınları” ifadəsi çox geniş
əhatəlidir, bu ifadə çoxlu yüngül materiallar gətirən daşqın suları axınından
başlamış, leysan yağışlarının dağların yamaclarından qoparıb gətirdiyi iri daş, qaya
parçalarından ibarət kütləyə malik hər cür belə hadisələri əhatə edir (“yamac
selləri”). Bulanıq daşqın sularında bərk hissəciklərin miqdarı nadir hallarda 1-2%-
dən artıq olur və axının hərəkətinin xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərə
bilmir. “Həqiqi sellər isə özlərinin dalğavarı hərəkəti ilə fərqlənir (hərəkət edən
kütlənin forması, yüksək sıxlığı, eni bir neçə metr olan qayaları apara bilməsi
çayların məcrasından kənara çıxaraq ətraf sahələri qalın qat şəklində örtməsi).
Sel axınları yatağının mailliyi 6-20 dərəcə hüdudlarında olan dağ dərələri üçün
səciyyəvidir. Belə sellər adətən onlarla dəqiqə, nadir hallarda isə 4-5 saat davam
edir, məcrasını yuyub onlarla metr dərinləşdirir, bir neçə kilometr, bəzən isə
onlarca kilometr məsafə qət edir, eni onlarla, uzunluğu yüzlərlə və qalınlığı 5, bəzi
hallarda 10 metrədək olan çöküntü konusu yaradır. Sellər Antraktidadan başqa
dünyanın bütün qitələrində baş verir.
Tərkibindəki suyun mənşəyinə görə sellər leysan seli və qar ərintisi selləri
növlərinə aid edilir. Sellərin 80-90%-i leysan mənşəlidir: belə sellər bütün yay
ərzində yağıntıların ümumi miqdarı 300-400 mm olan rayonlarda, xüsusən də qısa
müddətdə 250 mm-dək intensiv leysan nəticəsində, bəzən isə sutka ərzində cəmi
40-60 mm yağıntılar zamanı baş verir. Çox yağmurlu rayonlarda isə demək olar ki,
hər il yaranır (burada əsas şərtlərdən biri də sel yataqlarında olan qırıntı-sel
materiallarının miqdarıdır).
Bütün sellərin ancaq 10-20 faizi yay vaxtı dağlarda buzlağın, qarın əriməsi və təbii
dağ gölləri sahillərinin yuyulması sayəsində meydana gəlir.
Sellər əməli olaraq istənilən qurğunu yuyub aparmağa, yaşayış evlərini, körpüləri
dağıtmağa, münbit torpaqları məhv etməyə və s. qadirdir. Dünyada sellərin
yetirdiyi orta illik ziyan, eləcə də bir dəfədə yetirdiyi birbaşa zərər yəqin ki, zərər
yüz milyonlarla dollar, qurbanlarının sayı yüzlərlə hesablanır.
Sel - dağ çaylarında dağıdıcı qüvvəyə malik və palçıq, çınqıl, daş gətirmələrlə
zəngin olan qısamüddətli çovğun axın. Gətirmələr axın kütləsinin təxminən 3/4
qismini təşkil edir. Xarakterinə görə: xırda gətirmə hissəciklərdən (gül, qum və s.)
ibarət - palçıqlı sellər və iri hissəciklərdən (daş, çınqıl) ibarət - daşlı, palçıqlı sellər
olur. Selin əmələ gəlməsi üçün əsas şərt intensiv leysan yağışlar və yaxud qarın
sürətlə əriməsi, yüksək maillik, yamaclarda aşınma nəticəsində böyük miqdarda
qırıntı materiallarının yığılmasıdır. Sel axınları adi daşqınlardan fərqli olaraq
impuls və yaxud ayrı-ayrı val, dalğa şəklində hərəkət edir. Bu da tıxacların əmələ
gəlməsi ilə bağlıdır. Sürəti 10-15 m/san-yə qədər olan sel bəzən birdəfəyə bir neçə
mln.m3 qırıntı materialları gətirir, böyük dağıdıcı qüvvəyə malik olur,
təsərrüfatlara ciddi ziyan vurur və insan tələfatına səbəb olur. Axma səciyyəsinə
görə sel turbulent və laminar struktur şəklində olur.
Azərbaycan Respublikası ərazisindəki Böyük Qafqazın cənub və şimal-şərq
yamaclarından axan çaylar, Arazın Naxçıvan ərazisindəki qolları selin çaylarıdır.
Kiçik Qafqazdan baş alan çaylarda da sel hadisələri müşahidə olunur.
Selli çaylara Böyük Qafqazda - Baləkənçay, Katexçay, Talaçay, Kurmuxçay,
Şinçay, Kişçay, Zeydinçay, Güngütçay, Daşaqılçay, Dəmiraparançay, Bumçay,
Tikənliçay, Qusarçay, Qudialçay, Qaraçay, Vəlvələçay, Dəvəçiçay, Gildilçay,
Kiçik Qafqazda - Tovuzçay, Əsrikçay, Zəyəmçay, Gəncəçay, Tərtərçay,
Həkərəçay, Viləşçay, Lənkərançay, Ordubadçay, Arpaçay və s. aiddir.
Sellər Azərbaycanın demək olar ki, bütün dağlıq rayonlarında müşahidə edilir.
Lakin Böyük Qafqazın cənub yamacları özünün sel fəaliyyətinə görə dünyanın ən
güclü selli rayonları ilə bir sırada durur. Selə qarşı əsas mübarizə tədbirləri
yamaclarda meşəsalmanın aparılması, hidrotexniki qurğuların (selötürücü,
selsaxlayan) tikilməsi və s. kompleks işlərdən ibarətdir.
Daşqın
- çayların su rejimində hər il təkrar olunan dövrü. Qarın və buzlaqların
əridiyi və yağışların ən çox yağdığı vaxtda olur. Çayların suyunun artması,
səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması çox vaxt sahillərin
basılması ilə səciyyələnir. Bu isə ətrafda olan yaşayış məntəqələrinə, dəmir və şose
yollarına böyük ziyan vurur (əsasən düzəlik çaylarında). Çay suyunun illik
axımının 60-80%-ə qədəri daşqın dövrünə düşür. Daşqının il ərzində keçmə
müddətinə görə çayları aşağıdakı əsas qruplara ayırmaq olar:
· Yay aylarında dağlarda qar və buzlaqların əriməsindən əmələ gələn daşqınlar.
Buraya sutoplayıcı sahələri ən çox (Qusarçay, Qudyal, Dəmiraparan, Tikanlı);
· Yayda yağış sularından daşqın əmələ gətirən çaylara yan silsilədən (Quruçaydan,
Gilgil çayına qədər), Murgüz (Tovuz, Əsrik) və Qarabağ (Xaçın, Qarqar, Köndələn
və Cəhri) silsilələrindən axan çaylar aiddir;
· Bütün il ərzində yağış sularından daşqın əmələ gətirən çaylar.
Daşqınlar tez-tez sellərə çevrilir, yazda qar, payızda isə yağış sularından daşqın
əmələ gətirən çaylar - Azərbaycan ərazisindəki çayların böyük əksəriyyətinə, o
cümlədən Kür və Şirvan çaylarına (Daşağıldan Pirsaata qədər) xasdır. Yazda qar,
yay və payızda yağış sularından daşqın əmələ gətirən çaylara Böyük Qafqazın
cənub yamacının Şəki-Zaqatala çayları və digər çayların Azalan-Həftəran vadisinə
qədər olan hissələri daxildir. Buradakı güclü daşqınlar tez-tez sellərə çevrilir.
Dostları ilə paylaş: |