Leysan ən çox ilin isti dövründə (aprel-oktyabr) topa yağış buludlarından yağır. Bu
yağışlar Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonaları, xüsusilə Şəki-
Zaqatala bölgəsi üçün səciyyəvidir. Talışda leysan yağışları uzunmüddətli olsa da
bəzən qısa vaxt ərzində həddən çox yağış düşür. Məsələn, 1912-ci ilin 18
oktyabrında Astarada sutka ərzində 105 mm, 25 dəqiqə ərzində isə 10,3 mm
yağıntı düşmüşdür. 1917-ci ilin 19 oktyabrında burada 159 mm yağıntı düşmüş və
bunun güclü leysan hissəsi 35 dəqiqə ərzində 18 mm olmuşdur. 1934-cü ilin
aprelində Dağlıq Qarabağda düşən güclü leysan 14 gün ərzində rayonlararası
əlaqəni pozmuşdu, Şəki rayonunda tez-tez
baş verən leysanlar güclü, bəzən
dağıdıcı sellərə keçməsinə səbəb olur.
Leysanlar təkcə dağətəyi yox, yəzən respublikanın düzənlik rayonlarında da
güclü
daşqınlar və böyük dağıntılar törədir.
Tufan.
Şiddətli qızma nəticəsində yer səthinə yaxın hava təbəqələri 2000-3000 m
və daha yuxarılarda güclü tora-yağış buludları əmələ gətirir. Buludların sürətli
inkişafı çox vaxt güclü elektrik boşalmaları - ildırım,
göy gurultusu və şiddətli
yağışla (tufanla) nəticələnir. Güclü tufan zamanı ayrılan enerji bir neçə atom
bombasının partlaması nəticəsində alınan enerjiyə uyğun gəlir.
Dolu və şiddətli yağışla müşaiyət olunan tufanlar kənd təsərrüfatına
ciddi ziyan
vurur.
Azərbaycanda tufan ən çox dağlıq rayonlarında - Böyük və Kiçik Qafqazın
dağətəyi və orta dağ rayonlarında müşahidə edilir. Burada ilin isti dövründə 35-45
gün tufan olur. Kür-Araz ovalığında, Talışın düzənlik hissəsində ildə 10-20 gün
güclü tufan qopur, tez-tez dolu yağır. Yağıntının miqdarı
çox olduğuna görə dağ
çayları daşır, bəzən sel əmələ gəlir. Tufanlar adətən günün ikinci yarısında, axşam
və gecə yarısı baş verir.
Dostları ilə paylaş: