7.
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr
toplusu.Bakı-2021 (azmiu.edu.az)
Bakı-2021
1. Dənizdə qovulma-gətirilmə və xarakterstikası
Küləyin təsiri ilə yaranmış dəniz axınları nəticəsində sahil zonasında su
səviyyəsinin enməsi və qalxmasıdır. Yaranma mexanizmi - su səthi üzərindəki
hava hərəkəti sürtünmə nəticəsində su hissəciklərini öz ardınca hərəkətə gətirir,
sonra hissəciklərin hərəkəti səthdən dərinliyə ötürülür və nəticədə bir neçə metr
hündürlüyündə su qatı hərəkətə gəlir. Küləyin əsmə istiqaməti, sahil zonasının
konfiqurasiyası və dibinin geomorfologiyasından asılı olaraq su kütlələri sahilə
toplanır - gətirilmə və yaxud sahildən daşınır qovulma baş verir. Qovulma-
gətirilmə hadisəsinə bəzən səviyyənin qısamüddətli fəza dəyişməsi də deyirlər.
Prosesin xarakterik elementləri aşağıdakılardır:
· ay, il və çoxillik müddətlərdə təkrarlanması;
· davametmə müddəti (saatla);
· qovulma və yaxud gətirilmə müddətində səviyyənin dəyişmə kəmiyyəti (sm-lə);
· proses zamanı səviyyənin dəyişmə intensivliyi (sm/saatla).
Qovulma-gətirilmə zamanı baş verən səviyyə dəyişmələrini digər analoji
hadisələrdən başvermə dövrünə görə fərqləndirirlər. Onların davametmə müddəti
bir neçə saatdan 2-3 günə qədər olur.
Güclü külək gətirmələrində Xəzərin sahil zonasında bəzən eni bir neçə kilometr
olan ərazi su altında qalır. Məsələn, 1952-ci il noyabrın 12-də hündürlüyü 2,5 m
olan gətirilmə nəticəsində Mahaçqala rayonunda su altında qalmış ərazi 17 min
kv.km təşkil etmişdir. Xəzərin Azərbaycan sahillərində ən çox qovulma və
gətirilməyə məruz qalan hissə Sumqayıt rayonudur və ən çox təkrarlanmaları 30-
39 sm intervalına daxil olanlarıdır. Bu rayonda ən böyük qovulma hadisəsi 1948-ci
il oktyabrın 12-də qeydə alınıb və 104 sm-ə bərabər olub. 50-illik müşahidə
dövründə hündürlüyü 80 sm-ə çatan iki gətirilmə hadisəsi qeydə alınıb. Həmin
sahillərin mailliyi azdır və ona görə də su altında qalan ərazilər böyükdür.
Cənub-qərb istiqamətli şiddətli küləklər Abşeron yarımadası rayonunda 30-49 km
hündürlüklü qovulma yaradır. Hündürlüyü 86 sm-ə çatan qovulma Bakı
yaxınlığında 1963-cü il noyabrın 16-da qeydə alınmışdır.
Kür çayının mənsəbi və Astara rayonunun sahil zonasında hətta zəif küləklər
zamanı da gətirilmə hadisəsi baş verir. 1968-ci il noyabrın 26-da hündürlüyü 76
sm-ə bərabər gətirilmə hadisəsi Astara rayonunda qeydə alınıb.
Qovulma-gətirilmə hadisəsinin proqnozlaşdırılması üçün vahid metod yoxdur. Bu
istiqamətdə ən çox istifadə olunan üsul hadisədən 12 saat əvvəl atmosferdə
yaranmış təzyiqlər fərqi ilə küləyin sürəti aşağıdakı əlaqəyə görə səviyyənin təyin
edilməsidir və bu üsul yaxşı nəticə verir. Azərbaycanın sahil zonası üçün belə
proqnozlaşdırmanın aparılması hələ tam başa çatdırılmamışdır.
Mühafizə tədbirləri zonasında bərkidici işlərin aparılması və layihələşdirilən
hidrotexniki qurğularda müvafiq xüsusiyyətlərin nəzərə alınmasından ibarətdir.
Azərbaycanın sahil zonasında bu hadisəyə qarşı aparılmış mühafizə işləri yox
dərəcəsindədir.
2.Dənizdə dalğa və onun xarakterstikası
Dalğa
- dalğalar müxtəlif səbəbdən hər hansı su qatında mayenin rəqsi hərəkəti
deməkdir. Suyun bu qatında su hissəcikləri özlərinin tarazlıq vəziyyəti ətrafında
periodik rəqs edirlər. Dənizdə səth dalğalarını yaradan əsas səbəb küləkdir.
Dalğaların inkişafı küləyin sürəti, əsmə müddəti, küləyin qaçış məsafəsi və dənizin
dərinliyindən asılıdır. Dalğanın əsas elementləri aşağıdakılardır:
· dalğanın yalı - dalğa profilinin ən yüksək nöqtəsi;
· dalğanın dabanı - dalğa profilinin ən aşağı nöqtəsi;
· dalğanın cəbhəsi - dalğa yollarını birləşdirən və onun hərəkət istiqamətinə
perpendikulyar xətt;
· dalğanın hündürlüyü - şaquli xətt üzrə dalğa profilinin ən yuxarı və ən aşağı
nöqtələri arasındakı məsafə;
· dalğanın uzunluğu - eyni zamanda rəqs edən iki yaxın nöqtə arasındakı məsafə;
· dalğanın sürəti - hərəkət istiqamətində vahid zamanda qət edilən məsafə;
· dalğanın dövrülüyü - faizinin eyni nöqtəsindən dalğanın iki qonşu yalının (və
yaxud dabanının) keçdiyi müddət.
Xəzərin Azərbaycan sahil zonası, xüsusən Abşeron yarımadası, Neft daşları və
Sumqayıt regionu səth dalğaların müntəzəm mövcud olduğu ərazilərdir.
Hündürlüyü 3 m-dən sox olan dalğalar sahildə tikilmiş hidrotexniki qurğular
(liman, elektrik stansiyaları), 6 m-dən çox olan dalğalar isə dənizdə yerləşmiş neft
hasilatı (estakadalar, özüllər və s.) və gəmi nəqliyyatı üçün təhlükəlidir.
Abşeron arxipelağı rayonunda dalğa baxımından fəlakətli hal şimal və şimal-qərb
küləkləri zamanı yaranır. Sürəti 28-30 sm/san-yə çatan küləklər zamanı bu rayonda
yaranan dalğanın hündürlüyü adətən 7,5-8,5, ekstremal hallarda isə 9-10 m-ə çatır.
Dalğanın maksimal hündürlüyü 11-12 m-ə qalxa bilər. Müxtəlif illərdə Xəzərdə
baş vermiş bir sıra təhlükəli fırtına halları:
12-14 fevral 1952-ci il. 40 saat ərzində sürəti 30 m/san-yə yaxın şimal küləyi
əsmiş, dalğanın hündürlüyü 10 m-ə çatmışdır, bir dəniz özülü dağılmışdır.
1-2 mart 1952-ci il. Neft daşlarınla şimal-qərb istiqamətli küləyin sürəti 40 m/san-
yə, dalğanın hündürlüyü isə 11 m-ə bərabər olmuşdur.
20-21 noyabr 1957-ci il. Xəzərdə ən güclü fırtına baş vermişdir. Küləyin sürəti 40
m/san-dən, dalğanın hündürlüyü isə 12 m-dən çox olmuşdur.
13-14 yanvar 1975-ci il. Şimal-qərb istiqamətli küləyin sürəti 34 m/san-yə,
dalğanın hündürlüyü 10 m-ə çatmışdır. Ayrı-ayrı yerlərdə dağılmış estakadanın
uzunluğu 60 m-dən 200 m-ə qədər olmuş, dənizə neft dağılmışdır.
31 yanvar 1987-ci il. Şimal küləyin sürəti 30 m/san-yə, dalğanın hündürlüyü 7,5
m-ə çatmışdır. Vaxtında tədbirlər görüldüyünə görə maddi ziyan dəyməmişdir.
Dənizdə və onun sahil zonasında hidrotexnik qurğuların tikilməsi
layihələndirilərkən belə hallar nəzərə alınır.
Dostları ilə paylaş: |