Ç) Həcmli partlayış döyüş sursatlarında
200 kq-lıq kassetin içərisində 3 ədəd 40
kq çəkili konteyner var. Hər konteynerdə 33 kq-a yaxın
maye etilen oksidi
yerləşdirilib.
Konteynerlər bomba atıldıqdan sonra
paraşüt vasitəsilə yerə enir,
sonra yanacaq
qarışığı havaya çilənir
və aerozol buludu əmələ gəlir, onun diametri 15 m,
hündürlüyü isə 2-5 m olur. Bu bulud bir neçə saniyədən sonra partladılır və 20-30
kqQ/m
2
izafi təzyiq yaradır.
Bu izafi təzyiq insanları
məhv edir, binaları və çox möhkəm mühafizə qurğularını
dağıdır. Rus ordusu 1999-cu ilin sentyabrında Dağıstanda
gedən döyüşlərdə bu
silahdan geniş istifadə etmişdir .
D) Kumulyativ döyüş sursatı
Kumulyativ döyüş sursatının ön hissəsində konus şəkilli boşluq var Partlayış
zamanı əmələ gələn sıxılmış hava enerjisi 10-15 ka/san sürətlə bir nöqtəyə yığışır
və səthləri dağıdır.
İndiki kumulyativ döyüş sursatları, tank əleyhinə raket və qumbaralar qalınlığı
400-600 mm zirehli səthləri dağıdır. Onun qəlpələri həmin səthin arxasında
yerləşən adamları (tankın şəxsi heyətini) məhv edir.
E) Beton (zireh) dağıdan döyüş sursatları
Beton (zireh) dağıdan
bombalar, onların zədələyici elementləri möhkəm və ağır
qatışıqdan hazırlanmış özəkdən ibarətdir. Beton (zireh) səthə dəydikdə bombanın
gövdəsi xaricdə qalır, özək isə betona (zirehə) keçərək onu dağıdır. İnsanları
zədələyir, texniki vasitələri isə sıradan çıxarır.
Bu döyüş sursatları aerodromun uçuş zolaqlarını və təyyarə anqarlarını dağıtmaq
üçündür.
Dostları ilə paylaş: