1.Hidrotexniki qurgular, onların təsnifatı.Təbii bəndlər, onların təsnifatı.
Hidrotexniki qurğuları su təsərrüfatı sahəsində xidmətinə görə qruplara bölmək
olar. Bunlardan meliorasiya, hidroenergetika, su nəqliyyatı, su təchizatı, balıqçılıq
sistemlərində yaradılan qurğuları göstərmək olar: meliorasiya sistemində yaradılan
qurğular şorlaşmış torpaqların yuyulmasına, bataqlıqların qurudulmasına,
torpaqların suvarılmasına, hidroenergetika sistemində su elektrik stansiyasının
binası, basqı hovuzu, basqılı və ya basqısız derivasiya kanalları kimi qurğular
yaratmaqla elektrik enercisi alınmasına, su nəqliyyatı sistemində yaradılan
qurğular onun hərəkətinə törədən maneçiliyi aradan qaldırmağa (gəmikeçirən
şlüzlər, meşə materiallarını ötürən qurğular və s.), su təchizatı və kanalizasiya
sistemlərində yaradılan qurğular (su qəbuledici, nasos stansiyası, basqılı su qülləsi,
çən, kaptac qurğusu və s.) suyun təmizlənməsi və keyfiyyətinin yaxşılaşdırmasına,
balıqçılıq təsərrüfatında yaradılan qurğular (balıq ötürən, balıq qaldıran, balıq
yetişdirən və s.).
Hidrotexniki tikintiləri yerləşməsinə görə çay üzərində
və sistem daxilində
layihələndirirlər. Çay üzərində yerləşən hidrotexniki
qurğulara suqəbulediji,
suaşıran bəndlər,
torpaq bəndlər, su elektrik stansiyaları,
gəmi keçirən şlüzlər,
çökün-tülərlə
mübarizə aparan, sahil bərkidiji və s. qurğular aiddir.
Sistem
daxilindəki qurğulara isə nizamlayıjı şlüzlər, suötürənlər (kanal, akveduk, düker,
tunel, nov, boru, leysanötürən və s.), əlaqələndirijilər (jəldaxıdan, sudüşürənlər və
s.), durulducular, gəmiburaxan şlüzlər, hidroelektrik stansiyalar, körpülər aiddir.
Daimi hidrotexniki tikintilər iqtisadi əhəmiyyətinə görə və kapital qoyuluşuna
görə inşaat norma və qaydalarına uyğun olaraq onları dörd sinifə bölürlər.
I sinif
tikintilər yüksək,
II sinif orta,
III sinif az, IV
sinif isə minimum tələbləri
ödəməlidir. Müvəqqəti tikintilər isə V sinif qurğulara aiddir.