Yerin radioaktiv zəhərlənməsi həm zədələnmə ocağında, həm də radioaktiv
buludun yayıldığı
sahələrdə, yerdən az hündürlükdə və havada nüvə partlayışları
nəticəsində, habelə yeraltı partlayış vaxtı - partlayış keçirilən boşluğun üst səthi
açılarkən, suda və sualtında partlayışlar zamanı baş verir.
Yerüstü nüvə partlayışı zamanı zədələnmə ocağında bu sahənin partlayış
məhsulları ilə çirklənməsi nəticəsində xeyli mürəkkəb radiasiya vəziyyəti yarana
bilər. Radioaktiv buludun hərəkəti istiqamətindəki
sektor ən yüksək dərəcədə
çirklənəcəkdir. Bu sahələrdə g şüalanma dozasının gücü hətta partlayışdan 1 saat
sonra bir neçə min rentgen - saat (R/s) ola bilər və belə halda mühafizə olunmamış
adamlar bir neçə dəqiqə ərzində ölümcül vəziyyətə çatan dozalarda şüalanmaya
məruz qala bilərlər.
Ərazinin müəyyən sahəsində radioaktiv çirklənmənin sıxlığı - sahə vahidinə
tökülən radioaktiv hissəciklərin miqdarından, onların radioaktivliyindən və
dispersiya
tərkibindən, habelə parlayışdan sonra nə qədər vaxt keçdiyindən asılı
olur və sahə vahidinə düşən aktivliklə (Ki/km2, Ki/m2, Ki/sm2 və s.) Sİ-də Bk/m2
ilə ifadə edilir.
Dostları ilə paylaş: