-antropogen risklər (istismar zamanı qəzalar,materialın istismar vaxtının
bitməsi
və .);
-təbii risklər;
Neft-qaz magistral boru kəmərlərinin
layihələndirilməsi,
çəkilməsi(tikintisi) zamanı,
kəmərin
qurğularının
və
boruların
özüllərinin ətraf mühitin təsirindən qorunması məsələləri öz həllini tapmalıdır.
Neft-qaz magistral boru kəmərləri yeraltı və yerüstü (tökmədə) çəkilərkən
erroziyaya qarşı mübarizə tədbirləri kimi yeraltı materiallardan istifadə olunur.
Yeraltı boru kəmərləri ilə kəsişmə yerində subasmayan sahillərin bərkidilmə
səviyyəsinin qaşı,
50 ildən
bir baş verə biləcək daşqın
səviyyəsindən və eləcə də
sahilə çırpılan dalğaların təsirindən
0,5m
yuxarıda olmalıdır.
Su basan sahillərin yamaclarından başqa digər hissələrində
l-5m
uzunluğunda yamaclara birləşən sahələr bərkidilməlidir. Sahillərin bərkidilən
zolaqlarının eni geoloji və hidrogeoloji şəraitdən asılı olaraq layihə əsasında tapılır.
Boru kəmərlərinin trassası sürüşmə rayonlarından keçərsə, ətraf mühitin və
kəmərin mühafizəsi üçün borular dayaq üstü (çalınma, qazma - çalınma svaylar və
dirəklərlə) keçirilməlidir. Boru kəmərinin trassasına yaxınlıqdakı
ərazilər
erroziyaya uğramış və çatlarla əhatə olunmuş haldadırsa, həmin sahələr kəmərin
çəkilişindən qabaq möhkəmləndirilir. Bununla da gələcəkdə ətraf mühitin
qorunması üçün qabaqlayıcı tədbirlər görülmüş olur.
Boru kəmərlərinin konkret çəkilmə və istismarı şəraitindən asılı olaraq
onların korroziyadan müdafiə örtükləri iki tipdə tətbiq olunur: gücləndirilmiş və
normal. Müdafiə
örütüyünün gücləndirilmiş tipi
1020 mm
diametrli və istənilən diametrli döşənmə
boru kəmərlərində aşağıdakı qaydada tətbiq edilə bilər:
kəmər keçən trassa
-cənubdan şimala doğru 50°- li bucaq altında yönəldikdə;
-üzrə ölkənin istənilən rayonun ərazisində münbit torpaq hissəsi şoranlaşdıqda və
şorakətlişdə;
-bataqlıq, qara torpaq və suvarılan ərazidən keçdikdə;
-sualtı keçid, çay məcrası, avtomobil və dəmir yolları ilə kəsişdikdə;
-digər boru kəmərləri trassası ilə kəsişdikdə hər iki tərəfdən 20m məsafədə örtüklə
müdafiə olunur;
-sənaye və məişət çirkab suları axan və zibil tullantıları atılan ərazilərlə kəsişdikdə;
-313 K (40°C) temperaturunda maye nəql edən boru kəməri xətti ilə kəsişdikdə;
-çay, kanal, göl, su anbarı, həmçinin yaşayış məntəqəsi yerləşən ərazidən 1000 m-
dən az məsafədə olduqda.
Yerüstü
çəkilən boru
kəmərlərini atmosfer korroziyasından qorumaq
üçün laklı boya, emal olunmuş şüşəli pambıq, metal, yaxud konsistentli sürtgü
örtüklərdən istifadə olunur. Laklı boyanın ümumi qalınlığı
0,2mm
- dən az, cərəyan
keçiriciliyi isə
1 kV
- dan çox olmamalıdır.
Lak rəngləmədə nəzarət qalınlıqölçən
«MT-41NÜ», «TU 25-06.2500-83»
və
«Krona -1R»
tipli
«TU 25-06.2515- 83»
cihazları ilə yerinə yetirilir.
Emal olunmuş şüşəli pambıq boru kəmərinə
«OCT 26- 01-1-90»
avadanlığı
ilə
0,5 mm
- dən az olmayan qalınlıqda sarınır. Şüşəli pambıq boru ətrafına
həmçinin yuxarıda adları çəkilən avadanlıqlarla da örtülə bilər.
Boru kəmərlərinin atmosfer korroziyasından qorunması üçün temperaturu
(-
60
0
C)
- dən aşağı və
+40
0
C
-dən yuxarı olan ərazilərdə konsistentli sürtgu
örtüyündən istifadə olunur. Onun tərkibində çəkisinə görə
20%
təşkil edən «PAK -
3» və
«PAK-4» alüminium tozlu qarışıq vardır. Bu sürtgünün qalınlığı
boru kəmərinin
səthindən ərazidə
havanın temperaturundan asılı olaraq
0,2 -0,5 mm
qəbul
edilir.
Yerüstü boru kəmərlərinin atmosfer korroziyasından müdafiə olnmasında
metal örüklərdən
«SNiP III- 23- 81 »-
in tələblərinə uyğun olaraq istifadə olunur.
Neft-qaz qurğularında metalın korroziyasına təsir edən amillər.
Metalın korroziyası - onun ətraf mühitin təsiri ilə dağılma prosesidir. Neft-
qaz qurğularının korroziyası onların vaxtından əvvəl sıradan çıxmasına, texnoloji
proseslərin pozulmasına səbəb olur.
Ümumiyyətlə, metalın korroziyası
kimyəvi
və
elektrokimyəvi
olmaqla iki
yerə ayrılır.
Kimyəvi korroziya zamanı metal ilə aqressiv kimyəvi komponentlər
arasında gedən reaksiya nəticəsində metalın aşınması və ya dağılması baş verir.
Məsələn, neft çənlərinin və ya boru kəmərlərinin korroziyası
kükürdlü neft və
qazın saxlanıması və nəqli zamanı baş verir.
Kimyəvi korroziyadan fərqli olaraq elektrokimyəvi korroziya zamanı
metalın səthində müxtəlif dərinlikli və formalı ləkə və kəha şəkilində lokal (yerli)
dağılmalar əmələ gəlir. Bu halda korroziya prosesi mikro və makro korroziya
proseslərinə ayrılır.Metal konstruksiyanın korroziyası havanın oksigeni və
atmosferin nəmliyi nəticəsində baş verirsə, buna
atmosfer korroziyası
deyilir.Bu
tip təsirlər magistral neft və qaz kəmərlərini sıradan çıxrır.Nəticədə
qəzalar
meydana gəlir.
Magistral neft və qaz kəmərlərində baş verən qəzalar zamanı həm insan
təlafatı,həm iqtisadi itgilər həmçinin ətraf mühitin vəziyyətinin dəyişməsi ilə
əlaqədar fövqəladə hadisələr yarana bilər.Əsasən neft dağılmaları zamanı ətraf
mühitin flora və faunasına ciddi zərər dəyir.
Yoxlama sualları:
1.Qazpaylayıcı sistem nədir?
2. Magistral boru kəmərlərinə qoyulan əsas konstruktiv tələblər hansılardır?
3. Magistral neft və qaz kəmərlərində baş verən qəzalar hansı səbəblərdən baş
verə bilər?
Dostları ilə paylaş: