|
Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"
|
səhifə | 6/64 | tarix | 28.12.2022 | ölçüsü | 6,76 Mb. | | #97999 |
| NQÇSXvəƏMÇM-1 müh.material. (1)Bu səhifədəki naviqasiya:
- Kimyəvi tərkibi
- Karbohidrogen tərkibi: Neft əsasən parafinli (adi halda 30—35, bəzi hallarda 40—50%) və parafinsiz (25—75%)
- (%): С — 82—87,Н 2 — 11—14,5, S — 0,01—6 (nadir hallarda 8-ə qədər), N — 0,001—1,8, O 2 — 0,005—0,35 (nadir hallarda 1,2-yə qədər )
- %), Cl (2•10 -2 %-ə qədə
Fiziki xassələri:
Neft açıq şabalıdı rəngə malikdir. Orta molekul çəkisi 220-330 q/mol həddindəir. Sıxlığı 0,65-1,05 q/sm3 olur. Sıxlığı 0,83-dən kiçik olanlara yüngül neft, 0,831-0,860 arasında olanlara orta, 0,860-dan yuxarı olanlara isə ağır neft deyilir. Onun tərkibində çoxlu sayda üzvi maddələr olduğundan o qaynama temperaturu ilə yox, maye üzvi maddələrin qaynama temperaturu (>28 °C, ağır neftlərdə ≥100 °С) ilə səciyyələndirilir.
Onun tərkibinə daxil olan bəzi komponentləri əvvəlcə atmosfer təzyiqində, sonra vakuumda 450—500 °С-də, bəzi hallarda isə 560—580 °С-də qaynadaraq ayrırırlar. Neftin donma temperaturu tərkibində parafinin həddindən asılı olaraq −60 ilə + 30 °C arasında dəyişir. Özüllüyü böyük həddə dəyişir (1,98 ilə 265,90 мм²/с arasında). Bu, neftin tərkibində olan yüngül fraksiyalardan asılı olur. Xüsusi istilik tutumu 1,7—2,1 кJ/(кq∙К); dielektrik ötürücülüyü 2,0—2,5; elektrik keçiriciliyi 2∙10-10 ilə 0,3∙10−18 Оm−1∙сm−1 arasında olur.
Kimyəvi tərkibi:
Neft təxminən 1000-dən çox komponentin qarışığından ibarətdir. Onların bir çoxunu maye karbohidrogenlər (80-90 %) və azotlu, oksigenli və kükürdlü heteroatomlu üzvü birləşmələr (4—5 %) təşkil edir. Buraya həmçinin metallar (vanadium və nikel), həll olunmuş karbohidrogen qazları (C1-C4, maksiumum 4 %-ə qədər), su (maksiumum 10 %-ə qədər), müxtəlif minerallar (xloridlər, 0,1—4000 mq/l və daha artıq), üzvü turşuların duzlarının məhlulu və s. də daxildir.
Karbohidrogen tərkibi:
Neft əsasən parafinli (adi halda 30—35, bəzi hallarda 40—50%) və parafinsiz (25—75%) olmaqla iki qrupa bölünür. Az miqdarda aromatik birləşmələrə (aromatik karbohidrogenlər) malik olurlar.
Element tərkibi:
Neftin tərkibinə karbohidrogenlərlə bərabər kükürdlü birləşmələr, mono və disulfidlər, tioefenlər, və həmçinin politsiklik maddələrdə daxildirlər. Element tərkibi (%): С — 82—87,Н2— 11—14,5, S — 0,01—6 (nadir hallarda 8-ə qədər), N — 0,001—1,8, O2 — 0,005—0,35 (nadir hallarda 1,2-yə qədər ) və s. Neftin tərkibində 50-dən artıq kimyəvi element vardır. Qeyd olunanlarla bərabər V(10-5 —10-2%), Ni(10-4-10-3%), Cl (2•10-2%-ə qədər) və başqaları. Bu tərkib neft hasil olunan ərazilərdən asılı olaraq dəyişir. Ona görə də, bu haqda ümumi fikir söyləmək çətindir.
Cədvəl.
Müxtəlif neft yataqlarından hasil olunan neftin elementer tərkibi (%-lə)
Dostları ilə paylaş: |
|
|