Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3



Yüklə 1,6 Mb.
səhifə36/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   32   33   34   35   36   37   38   39   ...   48
Diaqnostika

FAT fayl sistemi klasterlərdən təşkil olunur. Hər bir klaster isə bir neçə sektordan ibarətdir. İstifadə zamanı kompüter klasterlərin ünvanlarını istifadə edər.
HPFS (High Performance File system – Yüksək Məhsuldarlıqlı Fayl Sistemi) – OS/2 əməliyyat sistemində istifaə olunan bir fayl sistemidir. Bu fayl sistemində 256 simvola qədər fayl adı verilə bilər. 8 GB-a qədər sərt disk bölməsi dəstəklənir.
NTFS (New Technology File System – Yeni Fayl Sistemi Texnologiyası) – İlk olaraq Windows NT əməliyyat sistemində istifadə edilən fayl sistemidir. Etibarlılıq, daha geniş sahə istifadəsi, sıxışdırma kimi üstünlükləri vardır. Hazırda Windows əməliyyat sistemlərində əsas fayl sistemi olaraq istifadə olunur. FAT fayl sistemindən fəqli olaraq fayl məlumatlarını mənimsəyən və fayl bazasında icazələrin tutulduğu Master File Table adında cədvəl tutulur. NTFS fayl sistemində də fayl adının uzunluğu 255 simvol ola bilər.

Konnektor və Yuvalar (Anakartlar 2)



Hər anakart digər qurğuların (periferiya) qoşulması üçün portlara sahibdir.

PS/2 port – mous və klaviatura qoşulması üçün nəzərdə tutulmuşdur. Bu portların rəngi mous və klaviatura konnektorlarının rənginə uyğundur. Yəni maus və klaviatura özü üçün ayrılmış porta qoşulmalıdır. Yeni nəsil anakartların bəzilərində tək bir PS/2 portu vardır ki, bu porta istəyə görə maus ya da klaviatura qoşula bilər. Yeni nəsil anakartlarda bu portun tək olmasının səbəbi günümüzdə USB klaviatura və mausların daha çox istifadə olunmasıdır.
Paralel/LPT port – 25 pin-li bu porta printerlər, skanerlər və digər qurğular qoşula bilər. Günümüzdə çox da istifadə olunan port deyildir. Əvvəllər qoşulma üçün bu portu istifadə edən qurğular günümüzdə daha çox USB və Firewire portlarından istifadə edirlər.
Serial/COM (Communication) port– COM port komputerlərdə ilk istifadə olunan geniş məqsədli portdur. COM port 9 pin-li və ya 25 pin-li ola bilər. Paralel port kimi COM portun da istifadəsi məhdudlaşmışdır.
USB – Hər anakart üzərində müxtəlif saylarda USB (Universal Serial Bus) port yerləşdirilir. USB portlara demək olar ki hər cür xarici cihazlar qoşula bilir. LPT və COM portla müqayisədə daha sürətlidirlər. USB konnektorları da müxtəlif tiplərdə ola bilər.


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə