Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə32/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   28   29   30   31   32   33   34   35   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
87
Onların  yalnız  akademik  jurnallarda  dərc  edilməsi  və  öz  tədqiqatlarını  yaymaq,  
təbliğ etmək barədə düşünməməsi də əhəmyyət kəsb etmir. Əks-təqdirdə kim izah 
edə bilər ki, Ukraynada 47 BM var və bu, dünyada 25-ci yerdir, yaxud Macarıstanda 
39, Çexiyada 25 BM var. Mən Serbiyanı   izləyərək, cəmi 3 icmal-araşdırması olan 
QHT-ləri, siyasi partiya BM-lərini, universitet tədqiqat mərkəzlərini, dövlətyönlü 
qurumları bir-bir saysam da, reytinqdəki 24 rəqəmini ala bilmədim”.
10
Müəllif reytinqdə qeyri-real mənzərənin yer aldığına dair fikrini davam edərək 
yazır  ki,  “Dünyanın  aparıcı  BM-ləri”  nominasiyasında  Slovakiyanın  Fridrix  Ha-
yek Fondu ən yaxşı “beyin mərkəzi” kimi  yer alıb. Halbuki bu təşkilat ötən illərdə 
özünün  iki  təsisçisinin  dövlət  əmlakını  oğurlamasına    görə  böyük  qalmaqal  ya-
şamışdı və hazırda öz adını yenidən bərpa etməyə cəhd edir. Eyni dərəcədə Açıq 
Cəmiyyət İnstitutunun da BM kimi (Open Society Institute  (OSI) reytinqə salınması 
təəccüblüdür. Bu, artıq heç bir çərçivəyə sığmır. Çünki BM və donor təşkilatları 
müxtəlif fenomenlərdir.
Digər təəccüblü məqam “Avropa Sabitlik  Təşəbbüsü” (European Stability Initi-
ative) mərkəzi ilə bağlıdır. Türkiyədə və Berlində ofisləri, Brüsseldə   nümayəndələri 
olan bu mərkəz reytinqdə Yaxın Şərqin və Şimali Afrikanın (Middle East and North 
Africa (MENA) 12-ci yerdə duran BM-i kimi təqdim edilib. Halbuki “Avropa Sa-
bitlik  Təşəbbüsü”,  başlıca olaraq, AB-nin məsələləri, AB-nin genişlənməsi, Cənubi 
Qafqazda, Balkanlarda sosial-iqtisadi inkişafla bağlı problemlər üzərində çalışır. Ya-
xın Şərq və Şimali Afrika ilə bağlı isə heç nə etmir.  Türkiyə ilə bağlı məsələlər onun 
ümumi işinin 20 faizini təşkil edir. Bu, açıq şəkildə göstərir ki, reytinqdə nə və necə 
təsvir edilir.
Məqalədə vurğulanır ki, ən çox etiraz doğuran məqam müxtəlif tipli, fəaliyyəti 
bir-birinə tamamilə əks olan təşkilatların  BM adı altında reytinqə daxil edilməsidir.
“Dünyanın    ən  yaxşı  -  top  BM-ləri  sırasında  yer  alan  Amnesty  Internatio-
nal və Transparency International əslində BM deyillər. Bu təşkilatların davamlı 
olaraq apardıqları tədqiqatlar, onların mandatı və fəaliyyət tipi BM-də olduğun-
dan fərqlidir və çox genişdir. Belə getsə artıq “Human Rights Watch” təşkilatının 
da BM olmasını fərz edə bilərlər. Yaxud apardığı tədqiqatların 80 faizinin siya-
si araşdırmaya heç bir aidiyyəti olmayan təşkilatları BM elan etməyə nə ehtiyac 
var? “Mənim əsas məqsədim odur ki, reytinqi tərtib edən komanda öz meyarlarını 
dəqiqləşdirə və BM olmayanları bu cür təşkilatlardan ayıra bilsinlər. Reytinqə da-
xil edilən ABŞ-ın “Milli Demokratiya İnstitutu” da (National Endowment for De-
mocracy) BM deyil, donor təşkilatdır. İstəniliən bakalavr dərəcəsi olan tələbə də 
donor təşkilatla BM arasındakı fərqi dərk edə bilər. Əgər Açıq Cəmiyyət İnstitutu 
ilə bağlı səhvi bağışlamaq olarsa, bunu bağışlamaq qeyri-mümkündür”.  
11
10 Yenə orada
11 Op.site.........


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
88
Müəllif bundan “daha dəhşətli” misalları gətirməkdə davam edir. İngiltərədə  
olan “DEMOS–UK” son iki ildə Leyboristlər Partiyasından ayrılıb, liberal demok-
ratlarla sıx birləşib. Hətta keçmiş direktor hazırkı Birləşmiş Krallıq hökumətində yer 
də alıb. Belə olduğu halda “DEMOS”-u  keçmiş partiyasına aid edib, onu BM kimi 
reytinqə daxil etmək nadanlıq əlamətidir. Yaxud Ukraynanın Razumkov Mərkəzi 
(Razumkov Center Ukraine) BM-dirmi? Əgər reytinqin keyfiyyətə nəzarət anlayışı 
bu dərəcədə zəifdirsə, kim belə təhlilə etibar edə bilər?”
BM-lərin reytinqdə problem mövzular üzrə sıralaması daha çox şübhələr doğu-
rur. Məsələn, müəllif “inkişaf edən BM - bu nə deməkdir?” sualını verir. Beynəlxalq 
münasibətləri tədqiq edən Brukinqs İnstitutu (The Brookings Institution) ilə inkişaf 
məsələlərini təhlil edən Qlobal İnkişaf Mərkəzi (Center for Global Development) 
arasında müqayisə aparılarsa, meyar kimi nə götürülür? Yaxud ən yaxşı sosial araş-
dırma aparan BM reytinqində Brukinqs İnstitutunun Britaniyanın İqtisadi və Sosial 
Araşdırmalar Mərkəzindən (Center for Economic and Policy Research (CEPR) daha 
yaxşı olmasını hansı meyar müəyyən edir: daha çox nəşrlərə, metodologiyaya malik 
olması, yaxud daha çox tanınması? 
Reytinqin metodoloji və konseptual problemlərini vurğulayan müəllif öz alterna-
tiv meyarlarını da təqdim edir. BM-lərin təsnifatı və tərifinin müxtəlif üsulları barədə 
ümumi    qənaətin  olmadığını,  bununla  belə,  inkişaf  edən  ölkələrdə  BM-ləri  uzun 
müddət tədqiq edən müəllif aşağıdakı alternativ meyarların təsnifatını təqdim edir: 
Leqal statusuna görə - əgər BM normativ-hüquqi statusa, göstəricilərə (qeyri-
mənfəət yönlü, müstəqil, qeyri-partiya yönümlü, siyasi araşdırma aparması) malik 
deyilsə, deməli, o, BM sayilmır;   
Həcm, miqyas və əhatə dairəsinə görə - kiçik, məhdud profilli, geniş, çoxşaxəli 
olması və s.; 
Yaranma və inkişafının mərhələlərinə görə;
Maliyyə mənbələrinə görə;
Tədqiqat, konsultasiya və təbliğat arasında balansın təmin edilməsinə görə;
Arqumentlərin mənbəyinə - akademik, tədqiqatlar, təhlil, dəyər və ya maraqların 
olmasına görə;
Tədqiqatların gündəminin, prioritetlərin müəyyən edilməsi tərzinə görə;
Öz nüfuzunun yayılmasına görə;
Auditoriyasına görə;
Müxtəlif təşkilatlarda təmsilçiliyinə görə;
 Özünü “beyin mərkəzi” kimi identikləşdirməsinə görə;
 Funksional strukturuna görə;
 İdeyaların, imkanların, təcrübənin təqdim edilməsinə görə;
 BM mühitinin yaradılması, inkişafı və dəstəklənməsi sahəsində işinə görə.


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə