Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə31/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   27   28   29   30   31   32   33   34   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
84
sıdır. Qlobal problemlər ayrıca götürülmüş bir BM tərəfindən həll edilə bilməz. Bu 
baxımdan BM-lərin əməkdaşlığı fundamental məsələdir.
4
  
Bu isə ilk baxışda göründüyü qədər də asan məsələ deyil. İlk növbədə BM-lərin 
struktur, fəaliyyət və prioritetlər baxımından transformasiyası, problemlərin həllinə 
baxış tərzi dəyişməli, yeniləşməlidir.   
Regional səviyyəli  reytinqlər
Regional səviyyəli reytinqlərə misal kimi, Açıq Cəmiyyət üçün İctimai Birliklər 
Assosiasiyasının (PASOS) üzvü olan 44 BM-dən biri - Beynəlxalq Siyasi Araşdır-
malar Mərkəzi (International Centre for Policy Studies (ICPS)) tərəfindən həyata 
keçirilən reytinqi göstərmək olar. Hər il noyabrın 5-də Berlin şəhərində keçirilən 
konfransda təqdim edilir. “Avropa Şərq Tərəfdaşlığı və Qonşuluğunun Vasitələri” 
proqramı çərçivəsində keçirilən, BM-lərin reytinqini əks etdirən  bu hesabat Aİ-nın 
“Avropa Şərq Tərəfdaşlığı və Qonşuluğu Proqramının” (AŞTQP)  diqqətini cəlb 
edib və qurum Aİ-nin bu hesabatı maliyyələşdirməsini təklif edib.
Hesabatda 5 nominasiya üzrə mükafatlar təqdim edilir. Bu proqramın Şərqi Avro-
panın vətəndaş cəmiyyəti təsisatlarının Avropanın başqa institutları ilə eyni səviyyəyə 
yüksəlməsi üçün bir körpü rolunu oynadığını hesab edirlər.
5
  Beynəlxalq Siyasi Araş-
dırmalar Mərkəzinin tədqiqatçıları Avropa Şərq Tərəfdaşlığı və Qonşuluğu Proqramı-
nın Azərbaycan, Moldova, Ukrayna və Gürcüstandakı qeyri-hökumət təşkilatları ilə 
olduqca pis işlədiyini kəskin tənqid edərək 12 milyard avronun hara xərcləndiyinin 
fərqində  olmadığını,  bununla  da  qeyri-dövlət  aktorların  (non-state  actors  (NSAs)) 
maliyyələşmədən  kənarda  qaldığını    vurğulamışlar.  Hesab  edilir  ki,  keçmiş  sovet 
respublikalarında siyasi mədəniyyət qeyri-dövlət aktorları ilə əməkdaşlıq üçün lazım 
olan mühiti  yaratmır. Qeyri-dövlət aktorların fəaliyyətində tədqiqat və metodologiya 
sahəsində innovasiyalara daha çox diqqətin yetirilməsinə xüsusilə diqqət yetirilməlidir. 
Qeyd etmək lazımdır ki, yerli vətəndaş cəmiyyəti institutlarından İqtisadi Tədqiqatlar 
Mərkəzi (İTM) bu qurumla sıx əməkdaşlıq edir. Açıq Cəmiyyət üçün İctimai Birliklər 
Assosiasiyası,  2012-ci ilin dekabrından başlayaraq 24 ay ərzində  Avropa İttifaqı-
nın Azərbaycandakı “beyin mərkəzləri” üçün yeni “Beyin  mərkəzlərinin  qərarların 
qəbulu  sahəsində  rolunun  gücləndirilməsi  vasitəsilə  idarəetmədə  səmərəliliyinin 
yüksəldilməsi” adlanan layihəni  İTM-lə birlikdə icra edir. Onu da demək maraqlı 
olar ki, İqtisadi Tədqiqatlar Mərkəzi, Kamil Vətəndaş Birliyi ilə bu layihəyə ölkədən 
tərəfdaş kimi 18 beyin mərkəzini cəlb etməklə onu reallaşdırır.
4 Что такое “мозговой трест” XXI века. Think-tanks: битва манифестов// http://russ.ru/pole/ CHto-takoe-
mozgovoj-trest-XXI-veka
5 The 2010 PASOS Think Tank Award//http:/ www. pasos.org/2636/the-2010-pasos-think-tank-award


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
85
Lokal (milli) səviyyəli reytinqlər
Demək  olar  ki,  bir  çox  ölkələrdə  yerli ABM-lərin  fəaliyyətini  dəyərləndirən  
reytinqlər icra edilir. Bu sahədə daha çox ənənəyə malik olan ölkənin təcrübəsini 
misal gətiririk.
Böyük Britaniyada  lokal (milli) reytinq dəyərləndirilməsi artıq 12 ildir ki, hər 
il  keçirilir.  Londonda  yerləşən  Britaniya  Akademiyası  və  onun  “Prospekt”  jur-
nalı (Prospect magazine) hər il “İlin beyin mərkəzi” nominasiyasında müsabiqə-
reytinqlər  təşkil  edir.  Ən  yaxşı  BM-in  müəyyən  edilməsini  yerli  mətbuat  “Be-
yin  mərkəzi  dünyasının  oskarı”  tədbiri  adlandırır.  Bu  ölkədə  BM-lərin  meyarları 
reytinqdəki aşağıdakı nominasiyalar üzrə təqdim edilir:
•  Ən yaxşı milli BM;     
•  Ən yaxşı siyasi araşdırma aparan BM; 
•  Ən yaxşı ictimai təbliğat  aparan BM (analitik məhsulun, kitabların yayılması; 
tədbirlərin, seminarların, konfrans və treninqlərin keçirilməsi;  
•  Ən yaxşı online təqdimatı olan BM;  
•  Ən yaxşı dizayn və kommunikasiya strategiyasına maik olan BM (Best national 
think tanks).
6
  
Lokal  reytinqlər  sırasında  Yaponiyada  1974-cü  ildə  siyasi  və  maliyyə 
dairələrinin, hökumətin və yerli idarəçilik təmsilçilərinin birgə səyləri ilə yaradılan 
“Kompleks Tədqiqatlar və Araşdrımalar Təşkilatı”nın (NIRA) fəaliyyətini də qeyd 
etmək olar. Təşkilat həm də “XXI əsrin vəzifələri” adlı kompleks layihə üzrə siyasi 
tədqiqatların koordinasiya edən və maliyyələşdirən mərkəzə çevrilmişdir. Vaxtaşırı 
olaraq, “Beyin Mərkəzləri üzrə İllik Məlumat” adlı hesabat-reytinqi hazırlayır və 
Beyin Mərkəzlərinin Beynəlxalq Forumunu keçirir.
Bundan başqa ABŞ-ın Harvard Universitetində də dünyada mövcud olan ABM-
nin soğu - məlumat mənbəyi və siyahısı hazırlanır.
2.2. Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin 
dəyərləndirilməsində mübahisəli məsələlər
Hazırkı dövr üçün Pensilvaniya Universitetinin “Beyin mərkəzləri” və vətəndaş 
cəmiyyəti proqramı” çərçivəsində qlobal BM-lərin dəyərləndirildiyi reytinq kəskin 
tənqidlərə  məruz  qalıb.  Yeri  gəlmişkən,  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) yaradıldığı ilk gündən etibarən bu 
reytinqlə bağlı, qeyd edilən qurumla fikir mübadiləsi aparmış, bir neçə dəfə məktub 
6 UK’s ranking done by Prospect magazine. (Think Tank of the year awards http://www. prospectmagazine.
co.uk/blog/think-tank-of-the-year-awards-the-winners


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
86
göndərmişdir. Bu əsasaən ilk reytinqlərdə Azərbaycanın Yaxın Şərq və Şimali Af-
rika ölkələri sırasına daxil edilməsində ifadə olunan yanlışlıqlarla bağlı olmuşdur. 
Ümumiyyətlə, yalnız reytinqlərə görə deyil, bütövlükdə  BM-lərinin fəaliyyət me-
yarları  mövzusu  mübahisəli  olduğu  üçün  ona  münasibətlərə  bir  qədər  geniş  yer 
vermək vacibdir.
Qlobal  reytinqdə  BM-lərinin  seçilmə  meyarları  və  qiymətləndirmənin 
xüsusiyyətləri ilə bağlı ciddi tənqidin yer aldığı “Güzgü, söylə görüm  dünyada ən 
yaxşı BM hansıdır?” adlı məqaləsində BM-lərini tədqiq edən müəllif öz mövqeyini 
əsaslandırmağa cəhd etmişdir.
7
Müəllif qlobal reytinqin müsbət tərəfini qeyd etməklə bərabər, onun bu sahədə 
müəyyənlikdən daha çox qarışıqlıq yaratmasını, reytinqin meyarlarının ən ciddi qü-
surlarla dolu olduğunu sübut etməyə çalışır. O, BM-lərin nə olduğunu bilməyənlər 
üçün bu reytinqin yaxşı heç nə vəd etməyib, əksinə təsəvvürləri tamamilə qarışdır-
dığını qeyd edir. Buna sübut kimi 2010-cu ilin reytinqinin nümunəsində burada yer 
alan minlərlə mərkəzin “BM statusu”na nə dərəcədə uyğun gəldiyini, daha doğrusu, 
tamamilə fərqli qurumların BM adlandırılaraq ümumi reytinqə daxil edilməsini izah 
edir. Reytinqdə BM-in “bilik və siyasi hakimiyyət arasında körpü rolunu oynayan” 
qurum kimi tərifi olduqca köhnəlmiş yanaşma hesab edilir. Müəllif qeyd edir ki, son 
10-15 ildə dünyada BM-lərin mahiyyəti də inanılmaz dərəcədə dəyişib. Hətta BM-
in tərifini verən klassik əsərində Dayana Stoun da “körpü” tərifindən imtina edib.
8
Müəllifin fikrincə, “inkişaf etmiş, biliyin istehsal edildiyi ölkələrdə (knowled-
ge  based  sosiety)  bu  tərifi  birtəhər  qəbul  etmək  olarsa  da,  inkişaf  etməkdə  olan 
ölkələrdə bu yanaşma reallıqdan çox uzaqdır. Məsələn, Avropa Birliyinin üzvü olan 
dövlətlərdə qərar qəbul edən şəxslərin statusu eyni deyil. Burada siyasi qərarlar- milli 
dövlətlər və Brüssel arasındakı fövqəlmilli təsisatlar arasında bölünmüşdür (dövlətin 
bəzi səlahiyyətləri fövqəlmilli quruma ötürülmüşdür - T.A.). Daha geniş izah edilsə, 
indi BM-lər burada həm milli dövlət, həm də Avropa Birliyi səviyyəsində “körpünü” 
necə yaratmalıdırlar?”
9
Hesabata daxil edilən BM-lərə gəldikdə isə müəllif ən azı onların sayını ağlasığ-
maz hesab edir. Dövlətyönlü BM-dən tutmuş siyasi partiyalara, akademik institut-
lardan tutmuş özəl BM-lərə qədər hər şeyi əhatə etməyin sonda təhlilin keyfiyyətinə 
təsir etdiyi vurğulanır. Mərkəzi və Şərqi Avropa məkanının BM-lərinə yaxşı bələd 
olan müəllif bu bölgənin reytinqdə əksini tapan BM sayından çox olduğunu bildirir. 
Bu reytinqə görə, fəaliyyətində cəmi bir syasi araşdırması olan təşkilat da özünü “be-
yin mərkəzi” hesab edə bilər. “Universitetlərin siyasi, iqtisadi, sosial və ya beynəlxalq 
məsələləri ilə məşğul olan tədqiqat mərkəzləri bu reytinqdə birbaşa BM-ə çevrilir. 
7 http://goranspolicy.com /category/think-tanks/Mirror, mirror on the wall… tell me who is the best think
tank in the world? 23/01/2011 — Goran Buldioski on Think Tanks
8 Diane Lesley Stone. University of Warwick //www2.warwck.ac.uk.fac/soc/pais/stuff/stone
9 http://goranspolicy.com /category/think-tanks/Mirror, mirror..Op.sit.


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə