AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
109
Vətəndaş cəmiyyəti institutlarının intensiv dinamikasını statistikada qabarıq
şəkildə görmək olar. Əgər 1988-1993-cü illərdə (5 il ərzində) cəmi 198 ictimai bir-
lik qeydə alınmışdısa, bununla müqayisədə təkcə 2011-ci ildə (1 ildə) Azərbaycan
Respublikasında 144 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmışdır. Ha-
zırda Azərbaycanda onların sayı 3600-ü ötmüşdür. QHT Əməkdaşlıq Alyansının
apardığı “Vətəndaş Cəmiyyətinin dünəni, bu günü və sabahı” adlı təhlildə qeyd
edildiyinə görə, 2010-cu ilə qədər 2612 QHT rəsmi qeydiyyatdan keçmişdir. Bu
gün isə onların sayı artıq 3000-ə yaxınlaşıb.”(
http.www.modern.az|15.04.2013)
3.2. İnkişafın yeni mərhələsi – “beyin mərkəzləri”nin yaradılması
sahəsində dövlət siyasəti
Kitabın əvvəlində beyin mərkəzlərinin ilk olaraq yarandığı ölkə kimi ABŞ-da,
həmçinin ilk dövlət yönlü beyin mərkəzinin prezident Franklin Ruzvelt tərəfindən
yaradıldığını xatırladaraq, bu hadisənin Amerikada yeni ənənənin başlanğıcı kimi
analoji qurumların inkişafına təkan verici amil olduğunu qeyd etmişdik.
Tarixi paralel aparılarsa, Azərbaycanda da ABM-lərinin yaranmasına ölkədə
ilk belə mərkəzin (Strateji Araşdırmalar Mərkəzinin (SAM)) dövlətimizin siya-
si lideri, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmasının həlledici təsir
göstərdiyi obyektiv reallıqdır. Bununla da “beyin mərkəzi” anlayışının rəsmi
dövlət dilinə və milli leksikona daxil edilməsi, eləcə də ümumişlək söz kimi ge-
niş tətbiq edilməsi başlanğıcını götürmüş, özlərini ABM kimi identikləşdirən qu-
rumların sayı artmağa, ölkəmizdə“analitik düşüncə mədəniyyəti” formalaşmağa
başlamışdır.
Dövlətin ictimai siyasət institutlarının inkişafına himayəsi xüsusilə
“Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsep-
siyasının təsdiq edilməsi haqqında” 2007-ci il 27 iyul tarixli Prezident Sərəncamı
ilə keyfiyyət mərhələsinə keçmişdir. Növbəti addım Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması olmuşdur.
Bu proseslərə paralel olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev elmi cəmiyyətin formalaşması, təhsilin modernləşməsi, milli intellek-
tual potensialın və insan kapitalının reallaşmasına yönələn tarixi əhəmiyyətli
sənədlər: 4 may 2009-cu il tarixli “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya”nın və həmin Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqra-
mının, 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublika-
sının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiqi haqqında,
21oktyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında