AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
111
gedən proseslərin əhəmiyyətli iştirakçılarına çevrilməkdədirlər. Yerli tədqiqatçılar,
müşahidəçilər üçün xarici siyasi proseslərin planlaşdırılması və reallaşdırılması
mexanizmlərinin öyrənilməsi daha asandır, “beyin mərkəzləri”nin qeyri-rəsmi
institutlar kimi öyrənilməsi isə xarici siyasi təşəbbüslərin və qərarların dərk
edilməsi üçün yeni perspektivlər açır, həmçinin ölkədə prioritet elan edilən inno-
vasiyalı cəmiyyətə keçid və kreativ potensialın reallaşması haqqında düşüncələrə
vadar edir. Şübhəsiz ki, araşdırma mərkəzləri ölkənin daxili və xarici siyasətinin
təkmilləşməsinə dəyərli töhfə verə bilər və verirlər. Əsas məsələ onların təsirinin
nə qədər güclü olması, fəaliyyətlərini hansı metodlarla həyata keçirməsi və
keyfiyyəti ilə bağlıdır. Bu suallara cavab həmin təşkilatların rolu və funksiyaları,
onların siyasi proseslərdəki yeri haqqında tam məlumat əldə etməyə imkan verir.
Bu gün Azərbaycanda iqtisadiyyatda keçid dövrü başa çatdığından ABM-lərin
fəaliyyəti növbəti intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur.
3.3. Araşdırma və Beyin Mərkəzləri və vətəndaş cəmiyyəti:
oxşar və fərqli cəhətlər
Vətəndaş cəmiyyəti və ABM-lərin fəaliyyəti arasında ümumi cəhətlər olsa da,
mahiyyətləri arasında fərqlər mövcuddur. Bu mövzuda ədəbiyyat olmadığı üçün
bəzən onlar eyni funksiyalı qurumlar kimi dərk edilir. Halbuki bu fərqlərin aşkar
başa düşülməsi qeyd edilən institutların identikləşməsi və fəaliyyətini məhz BM
funksiyalarına müvafiq qurması işinə bilavasitə təsir edir.
ABM-nin hüquqi statusu və qanunverici əsaslarının müəyyən edilməməsi
ilə yanaşı ilk növbədə bu sahədə geniş elmi tədqiqatların olmaması da mövcud
vəziyyətin şərtləndirən səbəblər sırasındadır. ABM-nin xüsusiyyətləri və meyar-
larınını aydın olmaması üzündən istənilən qrup və birlik özünü “beyin, düşüncə
mərkəzi, fikir fabriki” adlandırmağa iddialı olur. Paradoksal hallardan biri də bu-
dur ki, bəzən yaradılan qurum öz adında sadalanan bütün
bu ifadələri əks etdi-
rir. (Məsələn, mətbuatda -
«Fikir Fabriki İnstitutu» (FFİ) Beyin Mərkəzi İctimai
Birliyi yaradıldı” kimi məlumat verilmişdir.)
1
Digər misal daha maraqlıdır.
SİTAT:1998-ci ildə yaradılmış Piyadalar Əleyhinə
Minaların Qadağan Olunması uğrunda Azərbaycan Kampaniyasının (Azerbaijan
Campaign to Ban Landmines) təsisçilərindən biri olan, Cənubi Qafqaz Qadınla-
rının Dialoqunun Azərbaycan bölməsi kimi fəaliyyət göstərən, Azərbaycan Qa-
dınları Cənubi Qafqazda Sülh və Demokratiya uğrunda Cəmiyyətinin layihəsi
olan “Sülh və Demokratiya İnstitutu”, 2004-cü ildə Azərbaycanda “Düşüncə
1 http://www.milli.az/news/society/166183.html; http://www.fikir.ffi.az/ info/lahaq da.html;