Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə48/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   44   45   46   47   48   49   50   51   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
127
da qərar qəbulu ilə bağlı mərkəzlərdən məsafədə olması, həmçinin tədqiqatlarının 
nəticələrinin həddən artıq akademikliyi səbəbindən böyük nüfuza malik deyillər. 
Bununla belə, bu mərkəzlərin rolunu qiymətləndirməmək düzgün olmazdı. Çünki 
universitetlər xarici həmkarları və tədqiqat mərkəzləri ilə geniş əlaqələr şəbəkəsinə 
malikdirlər, tələbələr mübadilə proqramları əsasında həmin universitetlərdə təhsil 
alır, təcrübə keçir və ekspert kimi formalaşmaq imkanları əldə edirlər. 
Vətəndaş cəmiyyətinə aid olan qeyri-dövlət mərkəzləri öz imkanları daxilində 
xarici tədqiqatçıları cəlb edə bilirlər. Onlar əsasən şəxsi yardımlara, kadr hazırlığı 
proqramlarının reallaşdırılmasına yönələn mütəxəssis treninqlərini keçirirlər.
Xarici təcrübədən (məsələn, ABŞ) fərqli olaraq, Azərbaycanda hələlik ABM-
lər  və  hakimiyyət  institutları  arasında  “fırlanan  qapılar”  (“revolving  doors”)
adlanan  mexanizm  yoxdur.  Doğrudur,  keçən  əsrin  90-cı  illərində  yüksək  məmur 
vəzifələrində olan bəzi şəxslərin rəhbərlik etdikləri mərkəzlər mövcuddur. (məs. “İq-
tisadi və Siyasi Araşdırmalar Mərkəzi” və s.). “Fırlanan  qapı” – unikal bir təcrübə 
olub, bilavasitə ABŞ-da inkişaf etmişdir. Burada dövlət orqanları və strukturlarında 
çalışan yüksək vəzifəli şəxslər vəzifələrindən getdikdən sonra ABM-lərdə çalışmağa 
üstünlik verirlər. Bu, bir ənənəyə çevrilmişdir və həmin ənənə “beyin mərkəzləri”nə 
idarəçilik orqanlarından və Konqresdən  sabiq peşəkar siyasətçilərin, ekspertlərin 
davamlı axınını təmin edir. ABŞ-da ali siyasi  hakimiyyətin əvəzlənməsi ilə bağ-
lı olan hər bir məqam icra hakimiyyətinin orta və ali səviyyələrində yüzlərlə kadr 
dəyişikliyinə səbəb olur. ABM-lər qərar qəbul edən şəxslərə yaranan bu boşluğu 
doldurmaqda kömək edir. Mərkəzlər özlərini təcrübəli ekspertlərlə təmin etməklə 
ilə yanaşı,  həmin şəxslərə öz biliklərini inkişaf və tətbiq etmələriüçün şərait yaradır. 
Onlar mütəxıssis və məmur kimi topladıqları təcrübə və ideyaları bölüşə, aktual da-
xili və xarici siyasi müzakirələrdə iştirak edə, beynəlxalq işlərlə bağlı qeyri-formal 
münasibətlərin yaradılmasına töhfə verə bilirlər. 
Dünyanın digər ölkələrində də dövlət məmurları olmuş kadrlarla qeyri-dövlət 
strukturuna  aid  olan  BM-lər  arasında  sıx  əməkdaşlıq  müşahidə  olunur.  Xari-
ci təcrübəni öyrənməklə bu ənənənin tətbiqinin mühüm olduğuna diqqətin cəlb 
edilməsi öz növbəsində yeni imkanların reallaşmasına şərait yarada bilər.
Azərbaycanda ABM-ləri konkret tədqiqat istiqamətlərinə görə təsnifləşdirmək 
çətindir. Belə ki, mərkəzlərin problem mövzular üzrə ixtisaslaşması hələlik sona 
çatmamışdır. Bununla belə, mərkəzlərin siyasət, beynəlxalq münasibətlər, sosial-
iqtisadi, təhlükəsizlik, hüquq-müdafiə və s. məsələlərlə məşğul olduqlarını görmək 
mümkündür.
Xarici  transmilli  mərkəzlərlə  və  ya  fondlarla  əməkdaşlıq  ABM-lərin 
fəaliyyətinin  əsas  istiqamətini  təşkil  edir.  Bu,  yalnız  qrant  almaq  məqsədinə 
xidmət etmirsə, müsbət dəyərləndirilməlidir və həm də dünya “beyin mərkəzləri” 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
128
məkanına  inteqrasiyaya  imkan  verir.  Eyni  zamanda,  xarici  tərəfdaşlar  da  yerli 
məkanda bu istiqamətdə fəaliyyətini  gücləndirmək niyyətini gizlətmir. 
Yerli məkanın reallığından çıxış edərək, ABM-lərin ictimai siyasət institutu 
olaraq təsnifatını, tipologiyasını, həyata keçirdiyi  funksiyalarını və əhəmiyyətini 
müəyyən etmək üçün qlobal reytinqdə tətbiq edilən 30-dan çox meyarın hamısı 
deyil, bəzi mühüm meyarlar köməkçi rolunu oynaya bilər. Çünki yerli ABM-lər 
formalaşma və inkişaf mərhələsindədir. Mühüm hesab edilən bəzi xüsusiyyətləri 
qeyd edək: 
 

Təşkilat tərəfindən həyata keçirilən layihələr təkcə məlumat xarakterli deyil, 
analitik xarakterli olmalıdır. Bu meyar tətbiq edildikdə mövcud mərkəzlərin 
öz əsas vəzifələrindən biri kimi cəmiyyətin müxtəlif sosial qruplarını bu və 
ya digər problemlər və ya məsələlər haqqında məlumatlandırmağı vacib hesab 
edir. Lakin bu funksiya öz-özlüyündə təşkilatı BM-ə aid etməyə imkan vermir. 

Tədqiqatlar  bir  şəxs  tərəfindən  deyil,  qrup  tərəfindən  həyata  keçirilməlidir. 
Yerli mərkəzlərdə fəal tədqiqatları bəzən 1-2 nəfər aparır. Bu nöqteyi-nəzərdən 
hazırlanacaq son beyin məhsulu yalnız bir şəxsə məxsus olur. Nəticədə belə 
qurum “beyin mərkəzi” sayıla bilməz. BM-də kadrların minimum və  maksi-
mum hüdudları mövcuddur. Əgər kadrlar minimumdan az olarsa, qrup dina-
mikliyini itirir, yaxud maksimum həddi keçərsə, onda yeni ideyaların forma-
laşması keyfiyyətdən məhrum olur. BM bürokratik çalarlar kəsb edir. 

Novasiyalar və əhəmiyyətli  sahələrdə tədqiqatların aparılması da təşkilatın “be-
yin  mərkəzi”  olmasını  müəyyən  edən  faktorlardan  biridir.  Belə  ki,  onlar  digər 
ölkələrdəki kimi Azərbaycanda da dövlət, cəmiyyət və milli maraqlar səviyyəsində 
olmayan  bir  problemin  və  ya  məsələnin  tədqiqi  ilə  məşğuldurlar.  Lakin  milli 
mənafe, maraqlar və fəaliyyətin genişliyi  nöqteyi-nəzərindən bu cür təşkilatları 
tam şəkildə “beyin mərkəzləri” kimi qiymətləndirmək düzgün olmazdı. 

Siyasi proseslərə təsiri və nüfuz kapitalı. Bu meyar inkişaf etmiş demokratiya-
larda əsas göstəricilərdən biri hesab olunur. Lakin Azərbaycanda demokratik 
və liberal siyasi mədəniyyətin, partiya beyin mərkəzlərinin formalaşma prose-
sinin davam etdiyi bir dövrdə bu meyar tətbiq edilərsə, o zaman ümumiyyətlə, 
müvafiq “beyin mərkəzi” tapmaq çox çətin olar

“Beyin  mərkəzi”  tərəfindən  analitik  məhsulun  təqdim  forması.  BM-lər 
məhsullarını əsasən üç formada həyata keçirirlər. Birincisi, hakimiyyətə dövlət 
siyasəti ilə bağlı tövsiyə-təkliflər paketini təqdim etmək və ya dövlət sifarişini 
yerinə yetirərək bu və ya digər tədqiqat layihəsini həyata keçirmək. İkincisi, 
beyin məhsulunu bu və ya digər böyük biznes təşkilatına satmaq. Bunu əsasən 
sosial-iqtisadi sahədə fəaliyyət göstərən “beyin mərkəzləri” həyata keçirirlər. 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə