Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə46/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   42   43   44   45   46   47   48   49   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
122
edilən bir fikri xatırlatmaq yerinə düşərdi ki, ABM-nin əsasa meyarlarından biri 
onun dövlətin milli maraqlarına xidmət etməsi, ona zidd olan fəaliyyəti həyata 
keçirməməsidir.  Bu  adi  həqiqəti  dərk  etməyərək  özünü  “beyin  mərkəzi”  kimi 
identikləşdirən  qurumlar  təəssüf  ki,  mövcuddur.  Beyin  mərkəzlərinin  müstəqil, 
obyektiv ekspert təhlili aparması dövlətçilik əleyhinə mövqe kimi dərk edilirsə, 
bu onun funksiyasının təhrif edilməsinin  göstəricisidir.
 Sağ ideologiya mövqeyində duran ABM-lər tədqiqatlarında əsasən liberal iq-
tisadiyyatı,  azad  bazar  ideyalarını  inkişaf  etdirir  və  dəstəkləyirlər.  Klassik  “be-
yin mərkəzi” olan Brukinqs İnstitutu kimi BM-lər dövlətin minimum müdaxilə 
etdiyi  iqtisadiyyatın,  həmçinin  Azərbaycanın  qlobal  iqtisadi  məkana  daha  çox 
cəlb edilməsinin tərəfdarıdırlar. Bir qədər şərti müqayisə edilsə, demək olar ki, 
Azərbaycanda sosial-iqtisadi istiqamət üzrə fəaliyyət göstərən ABM-lər bu ideo-
loji oriyentasiyaya aiddir. 
Ölkədə  ABM-lərin  meyarlarına  cavab  verməyən,  lakin  özlərini  “beyin 
mərkəzi”,  “fikir  fabriki”  kimi  təqdim  edən  hədsiz  dərəcədə  siyasiləşmiş  (insan 
hüquqları  və  hüquq-müdafiə  qeyri-hökümət)  təşkilatları  nəzərə  almasaq,  ciddi 
ideoloji  qütbləşmənin  mövcudluğu  hiss  edilmir.  Lakin  ölkədə  gedən  proseslərə 
münasibətlərində “mühafizəkar-dövlətçilər”in və “liberallar”ın olduğunu, onların 
öz tədqiqatlarındakı  mövqeləri ilə radikallardan kəskin fərqləndiyini demək olar.
Yeri  gəlmişkən,  ideoloji  meyarın  ABM-lərin  qlobal  reytinq  və 
dəyərləndirmələrinə də təsir etdiyi aşkardır. Bu səbəbdəndir ki, reytinqin hazır-
landığı  ilk  illərdə Azərbaycanda  bir  “broşurası”  ilə  də  olsa  tanınmayan  “beyin 
mərkəzləri”nin  həmin  reytinqlərdə  yer  alması  yalnız  bununla  izah  edilə  bilər. 
Son illər bu reytinqə fəaliyyəti ilə tanınan yerli mərkəzlərin düşməsi artıq həmin 
reytinqlərdə  BM-lərin  peşəkarlıq  meyarlarına  görə  dəyərləndirilməsinə  doğru 
irəliləyişin olmasından xəbər verir.
Regionda  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  möv-
cudluğu  ortaq  mövqeli  və  ideoloji  oriyentasiyalı  mərkəzlərin  yaranmasını 
şərtləndirmişdir. 
Bütövlükdə isə vurğulamaq lazımdır ki, son dövrdə dünyada fəaliyyətini milli 
dövlətçiliyin  möhkəmlənməsi  istiqamətində  quran  “mərkəzçi”  təşkilatların  sayı 
çoxalmaqdadır.  Əminliklə  demək  olar  ki,  ictimai  siyasət  institutlarına  dövlətin 
dəstəyi və həssaslığı nəticəsində hazırda bütün dünyada analoji mərkəzlərin apa-
rıcı ideoloji oriyentasiyasını, eyni zamanda “beyin mərkəzi” institutunun missi-
yasını düzgün ifadə edən “mərkəzçi ideologiya”, milli dövlətçi mövqelər üstün 
meylə çevrilməkdədir. Bu da yerli ABM-lərin inkişafının dünya təcrübəsindəki və 
inkişaf edən ölkələrə xas olan  meyillərə adekvat duruma gəldiyinin göstəricisidir.
“BM idealda başlıca olaraq ümummilli məsələlərin həllinə yönəlmiş ideyala-


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
123
rın generasiyası üçün institut, milli dialoq məkanı, platformasıdır. BM-lər yalnız 
konkret dövlətin tarixində epoxal, fundamental proseslərin nəticəsi kimi,  yaxud 
da optimal həllini tələb edən ümummilli problemlərin ortaya çıxması nəticəsində 
yarana bilər.
Heç kim demir ki, BM yaratmaq üçün nə etmək lazımdır? Kim onun rəhbəri və 
əməkdaşı ola bilər? BM dövlət siyasətinin öyrənilməsi mərkəzidir. Təəssüflər olsun 
ki, dilemma bundan ibarətdir ki, BM əksər hallarda müxtəlif maraqları, mövqeləri 
və siyasi imperativləri təmsil edən qruplar və ya liderlər tərəfindən yaradılır. Ümumi 
konsensus ətrafında cəmlənən kollektivlərə bu gün rast gəlmək çox çətindir”.
11
3.6. Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin əməkdaşlığı: 
forma və mexanizmlər
Tədqiqat gedişində mərkəzlərə göndərilən anket sorğunun bir sualı da məhz bu 
məsələ ilə bağlı idi. Düşündürən problemlərdən biri odur ki, hələlik milli ABM-
lərin koordinasiyası, əməkdaşlığı və ən vacibi şəbəkələşməsini stimullaşdıran və 
dəstəkləmək təşəbbüsləri olmamışdır.  Strateji Araşdırmalar Mərkəzi yaranmasın-
dan etibarən bu istiqamətdə əməkdaşlıq səylərini ortaya qoymuşdur. Bu problemlə 
bağlı müzakirə və dəyirmi masalar milli məkanda ABM-lərin əməkdaşlıq forma-
larını və mexanizmlərini zəruri edən və ona mane olan bir sıra şərtləri aşkara çı-
xarmışdır.  
Əməkdaşlığı zəruri edən aşağıdakı amillər mövcuddur:
1.  Ölkənin siyasi və iqtisadi inkişaf məsələlərinə dair ortaq mövqeyin bildirilməsi;
2.  Analitik  məhsul  bazarının  azərbaycandilli  seqmentinin  inkişafına  hərtərəfli 
yardım göstərilməsi
3.  Milli  analitik-ekspert  cəmiyyətinin  maraqlarına  cavab  verən  bilik  və 
peşəkarlığın sintezinin yeni modelinin formalaşdırılması;
4.  Qlobal “beyin mərkəzləri” məkanına inteqrasiyanın, xarici ölkələrin BM-ləri 
ilə qarşılıqlı əməkdaşlıq münasibətlərinin birgə səylərlə intensivləşdirilməsi;  
5.  Azərbaycanda analitik-ekspert cəmiyyətinin səviyyəsi və keyfiyyətinin artırıl-
masına təkan verilməsi;
6.  Ölkədə BM-lərin qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığının yeni səmərəli mo-
delinin  formalaşdırılmasını  bir çox məsələlər zəruri edir. Buraya  ölkədaxili 
və ölkəxarici siyasətdə baş verən aktual məsələlərin peşəkar dəyərləndirilməsi 
ənənəsini  yaratmaq,  qlobal  “beyin  mərkəzləri”  məkanına  ortaq  güclə  inteq-
11 Эми Кофинур Бетанкурт.(Центр Стратегических и Международных Исследований.) Национальный
(Центр Стратегических и Международных Исследований.) Национальный
Центр Стратегических и Международных Исследований.) Национальный
Исследований.) Национальный
Национальный
диалог о создании мозгового центра//Внешняя политика США. Електронный журнал Госдепартамента
США, Том 7, №3, ноябрь 2002, 56 c., -с.42-43


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə