Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə38/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   34   35   36   37   38   39   40   41   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
103
Müəllif yazır:”Bununla belə, beyin mərkəzləri məkanı hələlik daha çox kişilərin 
dünyasıdır.”( “But otherwise, Thinktankistan is still very much a man’s world”.)
Bir məlumatı da qeyd etmək  yerinə düşərdi ki, 2010-cu ildə Misirdə   “Ərəb 
Qadınları üçün Beyin Mərkəzi” yaradılmışdır.
26
Bütövlükdə  dünyada  qadınların  rəhbərlik  etdiyi  BM-lərin  sayı  çox  deyil  və 
onlar haqqında məlumatlar “Əlavə” verilmişdir. 
Bax: ƏLAVƏ: Dünyada qadınların başçılıq etdiyi ABM-lər
(ƏLAVƏLƏR)
26 www.thinktankforarabwomen.org


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
104


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
105
III
FƏSİL
 Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin 
ümumi mənzərəsi: yaranması, xüsusiyyətləri
təsnifatı, statusu və perspektivləri


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
106
3.1. Dövlət müstəqilliyinin bərpası və Araşdırma və Beyin 
Mərkəzlərinin təşəkkülü
Azərbaycanın müstəqil milli inkişaf strategiyasına və gələcək hədəflərə ma-
lik olması “beyin mərkəzi” təsisatlarının yaranmasına, inkişafına, prioritetlərini 
müəyyən etməyə və fəaliyyətini koordinasiya etməyə təkan verir.
Ölkədə innovasiyalı cəmiyyətin özəyi və aparıcı qüvvəsi ola biləcək yeni in-
tellektual elitanın formalaşması prosesi gedir və bu sahəyə dövlətin həssas siyasəti 
öz  müsbət  nəticələrini  verməkdədir.  İntellektual  elitaya  cəmiyyətə  məlum  olan 
təbəqələrlə yanaşı, analitik-ekspert cəmiyyəti, biliyə əsaslanan cəmiyyətin atribut-
larından olan  ABM-lər də daxildir.
  Ölkədə  keyfiyyətli  və  rəqabətədavamlı  “beyin  mərkəzləri”  strukturunun 
formalaşması  gündəmdə  duran  aktual  məsələlərdəndir.  Dövlətçiliyin  inkişa-
fı  məsələlərində  strateji  layihələrin  hazırlanmasına  və  ya  ekspertizasına,  siyasi 
qərarların qəbul edilməsi prosesinə BM-lərin cəlb edilməsi sahəsində əhəmiyyətli  
dünya təcrübəsi mövcuddur. Bir sıra Avropa ölkələrində bu fəaliyyətin qanunveri-
ci əsasları da təmin  edilmişdir.
Azərbaycana gəldikdə isə “analitik-ekspert”, “analitik informasiya”, “araşdır-
ma mərkəzi”, “beyin mərkəzi”, “beyin tresti”, “fikir fabriki”  terminlərinin (hətta 
onlarla  yanaşı  ingiliscə  sinonim  olan  “think  tank”  sözünün  də)  milli  leksikona 
daxil edilməsi  son dövrə aid olan hadisələrdəndir.     
Tədqiqat  və  təhlil  xarakterli  apaşdırmalar  aparan  dövlətyönlü  strukturlar 
ölkəmizdə nisbətən uzun tarixə malik olsalar da, siyasətin intellektual təminatı və 
planlaşdırılması funksiyasına malik müstəqil mərkəzlərin yaranması  son dövrlərə 
təsadüf  edir.  Bu  prosesə  müstəqil  dövlətçiliyin  yaranması,  demokratik-hüquqi 
dövlət quruculuğu, modernləşmə və insan kapitalının inkişafını strateji hədəflər 
kimi müəyyən edən siyasi kursla  təkan verilmişdir.
Hər bir ölkədə olduğu kimi Azərbaycanda da ABM-lərin təşəkkülü və inki-
şafının təhlili milli reallığın nəzərə alınmasını tələb edir. Qeyd edilən aspektdə 
milli reallıq dedikdə müstəqil və demokratik dövlət idarəçiliyinin yaranma tarixi, 
bazar iqtisadiyyatı və sahibkarlığın inkişaf mərhələləri, coğrafi amil, cəmiyyətdə 
elmi-mədəni  irs  və  mühit,  politoloji  və  analitik  tədqiqatların  xeyriyyəçiliklə 
maliyyələşdirilməsi  ənənəsi, siyasi lobbiçilik təcrübəsi və s. nəzərdə tutulur. 
Reallıq ondan ibarətdir ki, ABŞ-da ilk BM-lər dövlətin yaranmasından 3-4 əsr 
sonra təşəkkül tapmışdırsa, Azərbaycanda onlar müstəqil dövlətin yaranmasının 
ilk onilliyində ortaya çıxmışdır. Bu isə qeyd edilən qurumların gələcəyi haqqında 
nikbin düşünməyə artıq bir əsas verir. Digər tərəfdən, bu təşkilatların yaranmasına 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
107
“beyin mərkəzi” institutunun Qərbdəki modelləri və müsbət təcrübə  də təsir edir. 
Azərbaycanda ABM-lər boş yerdə yaranmamışdır. Elmə, biliyə dəyər verilməsi 
Azərbaycan xalqının tarixi, milli-mənəvi irsinə aid olan xüsusiyyətlərdəndir. Şərq, 
islam dünyasında ümumbəşəri dəyərlərə ilk önəm verən, ilk demokratik, dünyəvi 
dövlət quran, universitet yaradan bir ölkədə   akademik tədqiqat institutları, ra-
sional elmin inkişafı əhəmiyyətli tarixi təcrübəyə malikdir. Daha uzaq tarixdən 
başladıqda Azərbaycanda qeyri-hökumət təsisatları, vətəndaş cəmiyyəti qurumları 
hələ XIX əsrin sonu - XX əsrin əvvəllərindən yaranmağa və cəmiyyət həyatına 
inteqrasiya  etməyə  başlamışdır.  XX  əsrin  əvvəllərində Azərbaycan  Demokratik 
Cümhuriyyətində  müxtəlif  sosial  təbəqələrin  maraqlarını  müdafiə  edən  ictimai 
siyasət  institutlarının  sələfləri  yaranmağa  başlamışdı.  Cümhuriyyətin  süqutu 
vətəndaş cəmiyyəti institutlarının yaranmasına da ən böyük zərbəni vurmuşdur. 
  Bütövlükdə  isə  sovet  dönəmində  ideoloji-siyasi  çərçivələr  bu  institutların, 
xüsusilə  də  politoloji  tədqiqatlar  ənənəsinin  formalaşması  və  inkişafına  böyük 
zərbə vurmuşdur. İctimai təsisatlar dedikdə üç qrupun - ictimai təşkilatlar, kütləvi 
ictimai birliklər (kooperativ təşkilatları, könüllü cəmiyyətlər, yaradıcılıq ittifaqla-
rı) və ictimai özfəaliyyət orqanlarının (könüllü xalq drujinaları, klublar, şuralar, 
komitələr) başa düşüldüyü bir zamanın nəticəsi olaraq onların  passivliyi, vətəndaş 
institutlarına inamın çox aşağı səviyyədə olmasını şərtləndirmiş, bu gün həmin 
sahənin sürətli templə inkişafına təsir edən “irsə” çevrilmişdir.
Postsovet məkanında BM-nin yaranmasına tədqiqatçılar müxtəlif cür yanaşır-
lar. Bir qisim hesab edir ki, bu cür mərkəzlər ötən əsrin 60-cı illərində yaranmışdır. 
Digər  müəllifə  görə  isə  “Analitik  mərkəzlər  keçmiş  Şərq  bloku  ölkələrində  və 
MDB-də  1990-cı illərdən etibarən yaranmağa başlamışdır. MDB dövlətləri bir-
birindən həm analitik mərkəzlərin sayına, həm də onların ictimai-siyasi həyatda 
oynadıqları rola görə fərqlənirlər. Ən çox mərkəz  Rusiyada yaranmışdır.( Ray-
mond Strayk, göstərilən əsəri..)” 
Təbii ki, hər iki yanaşma birtərəflidir. Belə ki, ötən əsrin 30-cu illərində Rusi-
yada yaradılan “Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı İnstitutu” hazır-
da da qlobal reytinqlərdə  ilk yerlərdə təmsil olunur.
Sovet dövründə dövlətyönlü “beyin mərkəzləri” olmasa da, onların analoqu 
hesab edilə biləcək, humanitar profilli “qeyri-akademik” (akademiya nəzdində ol-
mayan) qurumlar mövcud olmuş və onlar siyasi hakimiyyətin analitik-informasiya 
təminatı funksiyasını yerinə yetirmişlər. Bundan başqa, humanitar profilli akade-
mik institutlar dövlət strukturlarından davamlı olaraq müvafiq tapşırıqlar almış və 
onları yerinə yetirmişlər.
İşğalçı  dövlətin  təcavüzkar  siyasəti  nəticəsində  başlayan  Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  başladığı  dövrdə  mərkəzi  orqanla-


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə