AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
103
Müəllif yazır:”Bununla belə, beyin mərkəzləri məkanı hələlik daha çox kişilərin
dünyasıdır.”( “But otherwise, Thinktankistan is still very much a man’s world”.)
Bir məlumatı da qeyd etmək yerinə düşərdi ki, 2010-cu ildə Misirdə “Ərəb
Qadınları üçün Beyin Mərkəzi” yaradılmışdır.
26
Bütövlükdə dünyada qadınların rəhbərlik etdiyi BM-lərin sayı çox deyil və
onlar haqqında məlumatlar “Əlavə”
də verilmişdir.
Bax: ƏLAVƏ: Dünyada qadınların başçılıq etdiyi ABM-lər
(ƏLAVƏLƏR
)
26 www.thinktankforarabwomen.org
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
105
III
FƏSİL
Azərbaycanda Araşdırma
və Beyin Mərkəzlərinin
ümumi mənzərəsi: yaranması,
xüsusiyyətləri,
təsnifatı,
statusu və perspektivləri
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
106
3.1. Dövlət müstəqilliyinin bərpası və Araşdırma və Beyin
Mərkəzlərinin təşəkkülü
Azərbaycanın müstəqil milli inkişaf strategiyasına və gələcək hədəflərə ma-
lik olması “beyin mərkəzi” təsisatlarının yaranmasına, inkişafına, prioritetlərini
müəyyən etməyə və fəaliyyətini koordinasiya etməyə təkan verir.
Ölkədə innovasiyalı cəmiyyətin özəyi və aparıcı qüvvəsi ola biləcək yeni in-
tellektual elitanın formalaşması prosesi gedir və bu sahəyə dövlətin həssas siyasəti
öz müsbət nəticələrini verməkdədir. İntellektual elitaya cəmiyyətə məlum olan
təbəqələrlə yanaşı, analitik-ekspert cəmiyyəti, biliyə əsaslanan cəmiyyətin atribut-
larından olan ABM-lər də daxildir.
Ölkədə keyfiyyətli və rəqabətədavamlı “beyin mərkəzləri” strukturunun
formalaşması gündəmdə duran aktual məsələlərdəndir. Dövlətçiliyin inkişa-
fı məsələlərində strateji layihələrin hazırlanmasına və ya ekspertizasına, siyasi
qərarların qəbul edilməsi prosesinə BM-lərin cəlb edilməsi sahəsində əhəmiyyətli
dünya təcrübəsi mövcuddur. Bir sıra Avropa ölkələrində bu fəaliyyətin qanunveri-
ci əsasları da təmin edilmişdir.
Azərbaycana gəldikdə isə “analitik-ekspert”, “analitik informasiya”, “araşdır-
ma mərkəzi”, “beyin mərkəzi”, “beyin tresti”, “fikir fabriki” terminlərinin (hətta
onlarla yanaşı ingiliscə sinonim olan “think tank” sözünün də) milli leksikona
daxil edilməsi son dövrə aid olan hadisələrdəndir.
Tədqiqat və təhlil xarakterli apaşdırmalar aparan dövlətyönlü strukturlar
ölkəmizdə nisbətən uzun tarixə malik olsalar da, siyasətin intellektual təminatı və
planlaşdırılması funksiyasına malik müstəqil mərkəzlərin yaranması son dövrlərə
təsadüf edir. Bu prosesə müstəqil dövlətçiliyin yaranması, demokratik-hüquqi
dövlət quruculuğu, modernləşmə və insan kapitalının inkişafını strateji hədəflər
kimi müəyyən edən siyasi kursla təkan verilmişdir.
Hər bir ölkədə olduğu kimi Azərbaycanda da ABM-lərin təşəkkülü və inki-
şafının təhlili milli reallığın nəzərə alınmasını tələb edir. Qeyd edilən aspektdə
milli reallıq dedikdə
müstəqil və demokratik dövlət idarəçiliyinin yaranma tarixi,
bazar iqtisadiyyatı və sahibkarlığın inkişaf mərhələləri, coğrafi amil, cəmiyyətdə
elmi-mədəni irs və mühit, politoloji və analitik tədqiqatların xeyriyyəçiliklə
maliyyələşdirilməsi ənənəsi, siyasi lobbiçilik təcrübəsi və s. nəzərdə tutulur.
Reallıq ondan ibarətdir ki, ABŞ-da ilk BM-lər dövlətin yaranmasından 3-4 əsr
sonra təşəkkül tapmışdırsa, Azərbaycanda onlar müstəqil dövlətin yaranmasının
ilk onilliyində ortaya çıxmışdır. Bu isə qeyd edilən qurumların gələcəyi haqqında
nikbin düşünməyə artıq bir əsas verir. Digər tərəfdən, bu təşkilatların yaranmasına