Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə35/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   31   32   33   34   35   36   37   38   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
95
2011-ci  ildə  transmilli  təşkilatların  yaratdığı  yeni  beynəlxalq  qurumlar-
dan biri də “BRICS” (Braziliya, Rusiya, Hindistan, Çin və sonrakı illərdə əlavə 
edilən Şimali Afrika) adlanan BM-dir. 2001-ci ildə “Qoldman Saks” (Goldman 
Sachs) qrupunun yaxın onilliklərdə dünyada iqtisadi inkişafın lideri və “Böyük 
səkkizliyə” (G7) qarşı duracaq əsas rəqib kimi BRICS ölkələri blokunu proqnoz 
verməsi, həmin bloka daxil olan ölkələr arasında çoxşaxəli, o cümlədən BM-lər 
sahəsində  əməkdaşlığa  təkan  vermişdir.  Son  beş  ildə  ölkələr  arasında  müxtəlif 
fərqlərə  baxmayaraq,  blokun  siyasi  və  mədəni  əlaqələri  xüsusilə  intensiv  inki-
şaf etməkdədir. BRICS ölkələrinin “The BRICS Report” adlanan   hesabatında, 
2011-ci ildə keçirilən sonuncu sammitdə blokun iqtisadi və diplomatik siyasətinin 
gücləndirilməsi məqsədi ilə “beyin mərkəzi” - “BRİCS İqtisadi və Ticarət Araşdır-
maları Şəbəkəsi” yaradılmışdır.
17
Yeni transmilli BM şəbəkəsinin təsisçiləri 5 üzv ölkənin BM-ləridir (Fundação 
Getúlio Vargas (Brazil), Eco-Accord (Russia), CUTS International (India), Shang-
hai WTO Affairs Consultation Center (China), South African Institute of Internati-
onal Affairs (South Africa). Bundan əlavə,  BRICS ölkələrinin Siyasət Mərkəzi də 
təsis edilimşdir (The BRICS Policy Center (BPC). 
TBMŞ-nin rəhbərliyinin vəzifələri aşağıdakılardır:
1.  Şəbəkəni inkişaf etdirmək – təşkilatçılıq və kapital təminatı;
2.  Şəbəkənin tədqiqat obyekti üzrə adekvat konsultasiyalarının balansını təmin 
etmək; 
3.  Şəbəkənin fəaliyyəti üçün lazım olan maliyyə vəsaiti ilə təminat;
4.  “Strukturda qeyri-rəsmilik  prinsipi”ni qoruyub-saxlamaq;
5.  Üzvlük məsələlərində qətiyyətlilik;
6.  Gündəlik məsələlərdə qətiyyətlilik;
7.  Şəbəkənin fəaliyyətində üzvlərin iştirakını artırmaq; 
-   biliklərin yayımlanması 
-  seminar və konfransların keçirilməsi
-  materialların və təkliflərin hazırlanması
-  layihələrin  icrası. 
8.  Koordinasiya işini həvəsləndirmək. 
Beləliklə, TBMŞ, onun idarə olunması və fəaliyyəti olduqca mürəkkəb pro-
sesdir. İdarə edən şəxs (rəhbər kadr) bir neçə marağı eyni vaxtda təmin etməlidir. 
Eyni zamanda, şəbəkə fəaliyyətində iştirak edən insanlar da iki müxtəlif qrupa 
bölünürlər. Birinci qrupda şəbəkənin işində fəal iştirak edən üzvlərdir. Digər qrupa 
isə şəbəkə layihələrinin icrası üçün maliyyə dəstəyi göstərən üzvlər daxildir. Bu 
iki qrup insan arasında konfliktin yaranması ehtimalı var. 
17 BRICS Trade & Economics Research Network (BRICS-TERN) http://cuts-international.org/BRICS-TERN/


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
96
Nəzərə alsaq ki, TBMŞ yeni bir təsisatdır və onu idarə edən şəxslər üzvlər və 
sponsorlar arasında olan fərqi (daha çox kimə önəm verdiyi nöqteyi-nəzərindən) 
tapıb, lakin nizamlamaq məsələsi ilə bağlı bəzi çətinliklər qarşıya çıxır.
Onu da qeyd edək, TBMŞ-nin gələcək fəaliyyəti ilə bağlı fikirlər müxtəlifdir. 
Belə  ki,  bəziləri  düşünür  ki,  bütün  şəbəkələr  deyil,  yalnız  onların  bir  qis-
mi  məqsədlərinə  çata  biləcəklər.  Digərləri  fikirləşir  ki,  bu  şəbəkələrin  son  5 
ildəki  fəaliyyəti  nəzərdən  keçirilərsə,  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  onların 
gücləndirilməsi ehtimalları yüksəkdir. 
2.5 “Böyük 20-lərin” (G20) Xarici siyasət sahəsində fəaliyyət göstərən  
Beyin Mərkəzlərinin (XSFBM) “Qlobal Forumunun” təsis edilməsi
Transmilli ABM-nin yaranmasına ən son nümunə, «Böyük 20-lərin» (G20) 
Xarici  siyasət  sahəsində  fəaliyyət  göstərən    Beyin  Mərkəzlərinin  Sammitində 
(3  iyun  2012-ci  il)  G20  ölkələrinin  beyin  mərkəzləri  arasında  sabit  əlaqələrin 
yaradılmasını davamlı təmin edəcək “Qlobal Forumun” təsis edilməsidir.
Sammitin mövzusu «Qlobal dəyişikliklər. Getdikcə artan məsuliyyətlər» kimi 
müəyyən  edilmişdir.(  «Global  Challenges,  Increasing  Responsibilities».  G20 
Foreign Policy Think Tank Summit. An International Conference. 3-5 June 2012)   
Məlum olduğu kimi, beynəlxalq siyasi və iqtisadi arenada liderlik edən birlik 
kimi «Böyük 20-lərin» fəaliyyəti son beş ildə dünya nizamında baş verən “tektonik” 
dəyişiklikləri ən qabarıq şəkildə əks etdirir.Yeni geosiyasi dizaynın formalaşması, 
beynəlxalq münasibətlərdə həlledici aktor olmağa iddialı olan «Böyük 20-lərin» 
çoxtərəfli institutlardakı və toplantılardakı roluna yeni tələblər irəli sürmüşdür. 
«Böyük  20-lərə»  üzv  ölkələrin  əhalisi  bir  yerdə  dünya  əhalisinin  2/3-sini 
təmsil edir və qlobal daxili məhsulun 85%-dən çoxunu istehsal edir. G20 yeganə 
beynəlxalq  birlikdir  ki,  burada  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr 
görüşür və bərabər tərəflər kimi əsas iqtisadi məsələləri müzakirə edirlər. Davam 
edən iqtisadi böhran və digər qlobal problemlər dünyadakı problemlərin ağırlığının 
bölüşdürülməsinin  və  həlli  yollarının  tapılmasının  vacibliyini  ön  plana  çəkir. 
G20 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri əhatə edən ittifaqın formaca 
dəyişdirilməsində aparıcı rol oynamağa ümid edir.
Qeyd edilən beynəlxalq sammitin və konfransın təşkilinin təşəbbüskarlarından  olan 
Pensilvaniya Universitetinin professoru J.Mak-Qann yazır: “Çox az adama məlumdur 
ki, «Böyük 20-lərin» (G20) yaradılmasında bütün dünyada bir çox beyin mərkəzləri 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
97
qrupu   vasitəçi olub.  Biz,  G20 ölkələri və onlara xidmət edən beyin mərkəzləri 
qarşısında dayanan kəskin qlobal dəyişikliklərlə bağlı Filadelfiyada 3 günlük keçirilən 
dialoq  və  müzakirələri  dünyada  liderlik  edən  beyin  mərkəzlərinin  gətirdiyi  ənənə 
üzərində qurmağa ümid etmişik. G20-nin strateji proqramı qeyri-iqtisadi inkişaf, ticarət 
və iş yerlərinin yaradılması sahələrini əhatə eməklə siyasi problemləri və təhlükəsizlik 
məsələlərini  özündə  ehtiva  edir  və  beyin  mərkəzlərinin  yeni  fəaliyyət  məkanını 
yaradır. G20-nin xarici siyasətlə bağlı beyin mərkəzləri unikal mövqedə yerləşərək 
G20  ölkələrinin  öz  yeni  rollarına  və  regional  və  beynəlxalq  səviyyəli  vəzifələrinə 
müvəffəqiyyətlə uyğunlaşması üçün onları zəruri təhlil və məsləhətlərlə təmin edirlər. 
Bu deyildiyi kimi “yeni yaranan problemlərə” toxunduğundan xüsusilə doğrudur.” 
«Böyük 20-lərin» Xarici siyasət sahəsində fəaliyyət göstərən  Beyin Mərkəzlərinin bu 
proseslərdə nə kimi rol oynamasına aydınlıq gətirməyə davam edən  Mak-Qann daha 
sonra yazır: “On illərlə alimlər xarici siyasi proseslərdə beyin mərkəzlərinin rolunu 
müəyyən  etməyə  çalışıblar.  Mübahisəsiz  demək  olar  ki,  beyin  mərkəzləri  bilikləri 
inkişaf etdirir, ötürür və dəyişir, strateji proqramları təyin etmək və bəzi məsələləri 
prioritetliyinə  görə  müəyynləşdirmək  imkanına  malikdir  və  buna  görə  də  strateji 
dizaynda aparıcı rol oynayır. Beyin mərkəzlərinin xüsusiyyətlərinin izahı birmənalı 
deyil, dəyişkəndir. Ədəbiyyatda beyin mərkəzləri ilə bağlı iki əsas ümumiləşdirməyə 
rast gəlinir: birincisi, beyin mərkəzləri strategiyanın formalaşdırılması prosesində və 
ya  siyasətin  hazırlanmasında  müəyyən  rola  malikdir.  İkincisi,  dəyişikliklər,  yaxud 
transformasiyalar,  həmçinin,  siyasi  çağırışların  mürəkkəbləşdiyi  zamanlar  beyin 
mərkəzlərinin işi xüsusi zərurət kəsb edir”.
«Böyük 20-lərin»  beynəlxalq konfransının əsas məqsədi – beyin mərkəzlərinin 
beynəlxalq məsələlər, xarici siyasətlə bağlı ən yaxşı təcrübələrinin bərabər hüquqlu 
tərəflərlə müzakirəsi və üzv ölkələrin beyin mərkəzləri arasında sabit əlaqələrin 
yaradılması  üçün  “G20  XSFBM  Qlobal  Forumunun”  təsis  edilməsi  olmuşdur. 
Təşkilatçılar ümid edirlər ki, yalnız aparıcı beyin mərkəzlərinin belə bir forumu bu 
institutların hər birinin qarşılaşdığı problemlərin dünya miqyasında dərk edilmiş 
təhlilinə kömək edə bilər.
  Hesab  edilir  ki,  tərəflərin  bu  cür  bərabərhüquqlu  mübadiləsi  G20  beyin 
mərkəzlərinə təşkilati məsələlərin birləşməsini və müstəqil xarici siyasi problemləri 
qruplarda,  təqdimatlar  və  “Chatam  House  formatının”  tətbiq  edildiyi  dəyirmi 
masalarda müzakirə etmək imkanı verir. Xarici siyasətlə bağlı müzakirələrdə milli 
və millətlərarası məsələlərin də araşdırılması dünya siyasətinə, qlobal idarəetməyə 
və beynəlxalq əməkdaşlığa indi və gələcəkdə təsir edəcək.
Təsis edilən və davamlı olaraq fəaliyyəti nəzərdə tutulan XSFBM-nin Qlobal 
Forumunda müzakirə ediləcək xüsusi mövzulara: millətlərarası məsələlərlə bağlı 
strategiyanın müəyyənləşdirilməsi; G20-nin rolu, hüdudları və planları; dünyada 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə