Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə36/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   32   33   34   35   36   37   38   39   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
98
mövcud  və  yaranmaqda  olan  yeni  siyasi  konfiqurasiyanın,  fərqli  qüvvələr 
nisbətinin tənzimlənməsi və idarə edilməsi daxil edilmişdir. 
Təşkilati məsələlərə isə: siyasətə yönəlmiş tədqiqatların aparılması üçün daha yaxşı 
metodların tətbiqi, beyin mərkəzlərinin idarə edilməsi və səmərəli ictimai məsuliyyət 
strategiyasının həyata keçirilməsin nəzərdə tutulmuşdur.  Bununla da ümid edilir ki, 
G20 ölkələrinin üzləşdiyi əsas xarici siyasi məsələlərlə yanaşı beyin mərkəzlərində 
xüsusi  xarici  siyasi  məsələlər  də  müzakirə  ediləcək  və  beyin  mərkəzləri  həmin 
məsələlərin beynəlxaql rəyə ünvanlanmasında əsaslı rol oynaya bilər. Bu məsələlər 
tədqiq edilərkən ilk növbədə  təşkilat və ölkənin təhlükəsizliyi, həmçinin beynəlxalq 
münasibətlərlə bağlı araşdırmalar nəzərə alınacaq. Belə ki, xarici siyasətlə bağlı beyin 
mərkəzlərinin problemləri aradan qaldırmasında həmin ideya və fikirlərin konstruktiv 
və səmərəli katalizator-təkanverici qüvvə olduğu aydın  görünür.
Böyük  20-lərin”  ABM-nin 
Qlobal 
Sammitində 
Forumun 
təsis  edilməsini  vacib  edən  əsas 
səbəblərdən  biri  kimi  qeyd  edilir 
ki,  hazırda  inkişaf  etməkdə  olan  
və  artıq  inkişaf  etmiş  böyük 
dünya  dövlətləri  arasında  yaranan 
münasibətlər      beynəlxalq  ictimai 
rəyin  mürəkkəb  suallara  cavab 
axtarmasını şərtləndirir.
“Böyük  20-lərin”  XSFBM-nin 
Qlobal  Forumunun  əsas  məqsədi 
“G20” ilə beynəlxalq münasibətlərdə 
əhəmiyyətli  yer  tutan  ölkələr 
qrupunda 
beyin 
mərkəzlərinin  
dəyişən  rolunu  başa  düşmək  və 
təsdiq etməkdir”. 
Burada  bir  məqamı  vurğulaq 
yerinə  düşərdi.  Azərbaycanda  bu 
məsələnin-beyin 
mərkəzlərinin  
qlobal,  regional  və    transmilli 
məkanda  təşkilatlanma  kimi  yeni  mərhələyə  qədəm  qoymasının  XXI  əsrdə 
onların inkişafının ən mühüm xüsusiyyəti olması və aktuallığı “G20”-nin qeyd 
edilən konfransından daha əvvəl diqqət mərkəzində olmuşdur. Bu barədə SAM-
ın təşkilatçılığı ilə Bakıda keçirilən  İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 
Beyin Mərkəzlərinin   3-cü Forumunda məruzə edilmişdir. Məruzədə problemə 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
99
daha geniş aspektdən nəzər salınmış, eyni zamanda, hələlik transmilli ABM-nin 
yaranmasında  geosiyasi formata, “bloklaşma məntiqinə” müvafiq olaraq qlobal 
və regional təşkilatlanma meylinin üstünlük təşkil etməsinə diqqət cəlb edilmişdir. 
Müəllifin fikrinə görə, bu proseslərdə də qlobal geosiyasi məkanda olduğu kimi 
ABM-nin  qütbləşməsinin  aparıcı  meylə  çevrilməsi    arzuolunmaz  hal  olardı. 
Bəşəriyyətin ümumi gələcəyi naminə, yaradılacaq transmilli beyin mərkəzlərinin 
problemlərin  həllində  “qütbləşməsinin”  deyil,  prioritet  kimi  “beynəlxalq  
təhlükəsizliyin təmin edilməsini” önə çəkməsinin və bu yöndə ən böyük maneə 
olan həll olunmamış münaqişələrin aradan qaldırılmasına öz töhfəsinin verməsini 
vacibliyi qeyd edilmişdir.
18
 
Beləliklə,  TBMŞ-nin  intensiv  inkişafı  istər-istəməz  bir  məsələ  barədə 
düşünməyə əsas verir. Həm də belə bir sual yaranır ki, “beyin mərkəzləri”nin 
ideya  rəqabətinin  dünyada  (Şərqdə  və  Qərbdə)  balansı  mövcuddurmu,  yoxsa 
ideyalar  birtərəfli  -  ABM-lərin  çoxdan  yarandığı  ölkələrdən  digərlərinə  doğru 
istiqamətə yönəlmişdir? ABM-lərin yeni qlobal şəbəkələşməsində Şərq və Qərb 
ölkələrinin ABM-lərinin nisbəti necə görünür? Bu mənzərədə balans olmasa da, 
müəyyən səylərin göstərilməməsi dünyaya hansı perspektivləri vəd edir?
    Maraqlıdır ki, strateji düşüncə, stratagemalar ilk dəfə qədim Şərqdə yaranmış 
fenomendir. Stratagema - hər hansı strateji məqsədin, prinsipin obrazlı, simvolik 
ifadəsidir və əsasən rasionallığa köklənən Qərbdən fərqli olaraq Şərq təfəkkürünə 
xasdır
19
.
Ümumiyyətlə, Şərq-İslam ölkələrində hər hansı transmilli “beyin mərkəzləri” 
və onların şəbəkələşməsindən danışmaq olarmı?
    2012-ci  ildə  nəşr  edilmiş  “An  Arab  Think  Tank  Directory”  adlı  sorğu-
məlumatda,  ərəb-islam  ölkələrində  212  beyin  mərkəzinin  mövcud  olduğu 
qeyd edilir. Bu heç də kiçik rəqəm deyil. Həmin məlumata əsasən, Misirdə 38, 
İordaniyada 37, Fələstində 23, Tunisdə 28, Livanda 22, Mərakeşdə 20, İraqda 17 
və s. beyin mərkəzi mövcuddur. 
20
Bu  bölgədə  regional  və  ya  transmilli  beyin  mərkəzlərinin  formalaşması 
məsələləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar 
Mərkəzinin  təşkilatçılığı  ilə  1-3  mart  2012-ci  il  tarixlərində  Bakıda  keçirilən 
“İslam  Əməkdaşlıq  Təşkilatına  (İƏT)  üzv  ölkələrin  “beyin  mərkəzləri”nin  III 
Forumu”nda SAM ekspertlərinin səsləndirdiyi təkliflər  sırasında olmuşdur. 
18 Elnur Aslanov. Think Tank Diplomacy: Towards new intellectual space . İn : “Change and Transformation
in the Organisation of Islamic Cooperation (OIC) Countries”. 3rd THINK TANK FORUM OIC member states
2-3 march, 2012 , p.21-27.
19 Н.А.Медушевский,Криппендорф К. 36 стратегий для победы в эпоху конкуренции /Перев. с англ.
– СПб.: Питер, 2005. – 256 с.
20  http://foundationforfuture.  org/en/Portals/0/Conferences/Think%20Tank%20  Forum/Directory%20
of%20 Arab%20Think%20 Tanks % 20%28draft%2916July.pdf


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
100
Məlum olduğu kimi İƏT üzv ölkələrin beyin mərkəzlərinin 3-cü Forumu «İƏT 
ölkələrində dəyişikliklər və transformasiya” ümumi mövzusu altında keçirilmişdir. 
Forumda 5 bölmə- «Sosial-iqtisadi və siyasi dəyişikliklərin dinamikası», «Milli 
və beynəlxalq siyasətin inkişafına baxış», «İdarəetmədə və dövlət idarəçiliyində 
innovasiyalar», «İslam ölkələrində sülhyaratma və münaqişələrin nizamlanması 
missiyası» və «Yeni beyin mərkəzlərinin yaradılması, dəstəklənməsi və inkişafı»-
üzrə edilən məruzələr kitab şəklində ingilis dilində çap edilmişdir
21

İƏT  üzv  dövlətlərin  beyin  mərkəzlərinin  III  Forumunda  40-dan  çox  ölkəni 
təmsil edən dövlət xadimləri, alimlər, deputatlar, beyin mərkəzlərinin rəhbərləri, 
tanınmış yerli və beynəlxalq ekspertlər, diplomatik nümayəndələrin iştirak etdiyi 
Forumda  SAM-ın    təşəbbüsü  ilə  Şərq    bölgəsində  yaradılacaq TBMŞ-nin  ilkin 
layihəsi də təqdim edilmişdir. Təkliflər belə əsaslandırılmışdır ki, müasir dünyada 
baş verən qlobal dəyişikliklərə və kollektiv səylərin birləşdirilməsi rəğmən bəzi 
qüvvələrin  islamofobiya  mövqeyindən  çıxış  etməsi  sivilizasiyalararası  dialoq 
və  inteqrasiya  prosesində  fəal  iştirak  edən  transmilli  şəbəkələşməni  gündəmə 
gətirmişdir. Bunlar İƏT-ə üzv  ölkələrdə də yeni nəsil BM-lərin yaradılmasını, 
elmi-intellektual potensialın BM-lərin timsalında təşkilatlanmasını zəruri edir. O 
da vurğulanmışdır ki, Şərqdə: 1.insan resurslarının, 2. təbii sərvətlərin və 3. zəngin 
tarixi elmi irsin olmasına baxmayaraq, bu prosesin gecikməsi dövrün çağırışlarına 
adekvat olan vəziyyət  deyil. 
İƏT-ə üzv ölkələrin 2010-cu və 2011-ci illərdə İstanbulda keçirilən birinci və 
ikinci forumlarından sonra sayca üçüncü olan bu tədbirdə Azərbaycandan  səslənən 
təşəbbüsün  ortaq  platforma  və  qlobal  şəbəkələşmə  formatında    reallaşması 
transmilli ABM məkanında balansın təmin edilməsinə doğru ilk ciddi  addım ola 
bilərdi. 
2.6. Dünyada Araşdırma və Beyin Mərkəzlərinin gender landşaftı
ABM-lərin  daha  bir  xüsusiyyətinə  diqqət  yetirmək  maraqlı  olardı.  Qlobal 
məkanda BM-lərin gender aspektində mənzərəsi necədir? Qlobal reytinqdə əksini 
tapan  dünyanın  182  ölkəsindəki  6545  BM-in  rəhbərliyində  qadınların  sayı  nə 
qədərdir?
XX  əsrdə  qadınların,  demək  olar  ki,  heç  bir  BM  rəhbərliyinin  təmsilçiləri 
sırasında  olmaması  kimi  təəccüblü  ənənə  XXI  əsrdə  dəyişə  bilmişdirmi? 
Qadınların bu sahədə fəaliyyəti başqa sahələrdən fərqlənirmi?  
21 Change and Transformation in the Organization of Islamic Cooperation (OIC) Countries. 3rd Think Tank
Forum OİC Member States. Baku, 2-3 March 2012.480 p.


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə