AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
251
həyata keçirilməsi diaqra-
mından göründüyü kimi, son
5 ildə regional məsələlər və
hərbi-təhlükəsizlik kateqori-
yasına aid olan BM-lərin ak-
tivliyi müşahidə edilir, lakin
bu aktivlik dövlətə verilən
təklif və tövsiyələrdə əks
olunmur. Qeyd edilən mənzərə
bu sahədə dövlət – “beyin
mərkəzləri” münasibətlərinin,
onlar arasında əməkdaşlığın
fəallaşmasını tələb edir, Belə
ki, ABM-lərin irəli sürdüyü
təşəbbüslər qarşılıqsız qalır.
Cari layihələr üzrə də
sosial-iqtisadi sahədə fəaliyyət
göstərən ABM-lərin üstünlüyü
hiss olunur. Bununla bərabər,
regional məsələlər sahəsində
fəaliyyət göstərən ABM-lər
də fəallıqlarını artırmışlar.
Hərbi-təhlükəsizlik sahəsində
fəaliyyət göstərən ABM-lərin
kəmiyyət baxımından azlığı özünü göstərir. Lakin digər kateqoriyalarda vəziyyət
əksinədir. İlk növbədə ictimai-siyasi istiqamətli ABM-lərin fəallığının səngiməsi
hiss olunur. Əslində bunun vətəndaş cəmiyyəti təsisatlarının elmi-intellektual
araşdırmalara üz tutmasının nəticəsi olduğunu ehtimal etmək olar.
Azərbaycanda “beyin mərkəzləri”nin maliyyələş-dirilməsində xarici donor-
lardan asılılıq hələ də olduqca böyükdür. Adı çəkilən maliyyə mənbələrinin 48
faizini
xarici donorlar, bununla müqayisədə dövlət tərəfindən maliyyələşdirmə 27
faiz təşkil edir. 14 faiz şəxsi maliyyə imkanlarının, 11 faiz isə Azərbaycan biz-
nes təşkilatlarının payına düşür. Orta sinfin ABM-lərin maliyyə donoru qismində
zəif iştirak etməsi yerli məkanda ən böyük problemlərdən biridir. Belə ki, yuxa-
rıda qeyd edildiyi kimi, inkişaf etmiş ölkələrdə məhz biznes təşkilatları “beyin
mərkəzləri”ni yaradır və maliyyələşdirir. Dövlət tərəfindən maliyyələşmənin sor-
ğu keçirilən ABM-lər məkanında 27 faiz təşkil etməsi o qədər də aşağı göstərici
deyil. Eyni zamanda, ABM-lərin davamlı inkişafına nail olmaq üçün orta sinfin
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
256
5.1. Yekunlar
Azərbaycanda “beyin mərkəzləri” ictimai-siyasi sistemin yeni subyektidir.
ABŞ-ın və Avropanın “beyin mərkəzləri”nin 100 ildən çox olan tarixi fonunda yer-
li “beyin mərkəzləri”nin 15-20 illik tarixi müddətində onların fəaliyyəti, dövlətin
bu sahəyə xüsusi qayğısı və dəstəyinin formalaşması, dünya “beyin mərkəzləri”
məkanına inteqrasiya etməsi təqdirəlayiq haldır.
Azərbaycanda “beyin mərkəzləri”nin yaranması dövlət müstəqilliyinin əldə
edilməsindən sonra başlamış, lakin əsas canlanma 2000-ci ildən, xüsusilə də
2003-cü ildən sonraya təsadüf edir. Azərbaycanda 2003-cü ildən etibarən 40-a ya-
xın yeni “beyin mərkəzi” yaranmışdır. Bu fəallığın səbəbləri sırasında:
1. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının reallaşmasının nəticəsi
kimi Azərbaycanın iqtisadi inkişafın lideri səviyyəsinə çıxması;
2. Dövlət başçısı İlham Əliyevin “təbii resursların,“qara” qızılın insan kapitalına
çevrilməsi”ni
bəyan etməsi;
3. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə SAM-ın, həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması və
vətəndaş cəmiyyətinin subyektlərinin inkişafına dövlətin birbaşa maliyyə
dəstəyinin formalaşması həlledici yer tutur.
Eyni zamanda, on ildə “beyin mərkəzləri”nin kəmiyyət baxımından inkişafının
sürəti onların fəaliyyətinin keyfiyyətində hələ ki, əks olunmamışdır. Ölkədəki “be-
yin mərkəzləri”nin qarşısında bir sıra kompleks problemlər durur.
Azərbaycanda BM institutunun Qərbdəki həmkarları ilə müqayisəsinə gəldikdə
isə qeyd etmək lazımdır ki, onların təşkilatlanma proseslərini keçdikləri tarixi-
siyasi, ictimai, mədəni, hüquqi, texnoloji mühitin özünəməxsusluğu (nisbətən
daha az rəqabətsizliyi) və yeni fenomen olması, kadr, maddi, sosial təcrübə və
resursların çatışmazlığı və s. amillərlə şərtlənmişdir. Həmin amillərə misal kimi
aşağıdakıları göstərmək olar:
Əksər ABM-lər bilavasitə özlərinə məxsus olmayan funksiyaları daşımaq
və başlıca missiyasını icra etmək iqtidarında deyil. Funksiyalar dedikdə: alter-
nativ və kreativ ideya və təkliflər irəli sürmək, innovasiyalı cəmiyyətdə sosial
təşəbbüskarlığın episentri olmaq, mütərəqqi transformasiyaların, yeniliklərin stra-
tegiya və taktikalarını araşdırmaq və ifadə etmək, ictimai maraqları cəlb edən,
səsləndirən və cəmləyən strukturlar olmaq və s. nəzərdə tutulur.
Hələlik bu gün üçün siyasi elita və ABM-lər arasındakı münasibətlərin infrast-
rukturu formalaşmamışdır. Buna görə də mərkəzlərin siyasi subyektlərlə (iri sahib-
karlar, yüksək vəzifəli şəxslər, siyasi təşkilatlar və s.) əməkdaşlıq münasibətləri,