AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
257
əlaqələri
qeyri-rəsmi formada olub, qanunverici əsasları təmin edilməmişdir.
Nəticədə müstəqil aktorlar kimi deyil, əsasən ekspert-agentlər kimi çıxış
edən mərkəzlər üstünlük təşkil edir. Analitik mərkəzin siyasi statusu təkcə onun
lazımi intellektual və kadr ehtiyatı, müstəqil və kütləvi təşkilati mövqeyi ilə de-
yil, həm də siyasi elita ilə əlaqələrinə görə müəyyənləşdirilir. Hazırkı şəraitdə
müstəqil mərkəzlərin dövlət və korporativ siyasətin formalaşdırılmasına təsir
imkanları yüksək deyil. Analitik mərkəzlər “nüfuzlu” olmaq və “nəbzi tutmaq”
üçün müəyyən dərəcədə öz müstəqilliklərini qurban verməli, ya da əsas “nüfuz
kapitalı”nın olmaması ilə barışmalıdırlar.
Mövcud rəqabət mühitinin olmaması, plüralizmin aşağı səviyyəsi və maliyyə
mənbələrinin qıtlığı mərkəzlərin qarşılıqlı əməkdaşlığı və koordinasiyasına deyil,
qütbləşməsinə, həmçinin siyasi tədqiqat və araşdırmalar “bazarının” bəzi təcrübəli
mərkəzlər tərəfindən “inhisarlaşmasına” səbəb olmuşdur.
İstənilən ölkədə analitik strukturların meydana gəlməsi, təkamülü və inkişafı
müəyyən zaman müddəti tələb edir və həmin müddət nəzərə alınarsa, siyasətin
intellektual təminatı ənənəsini formalaşdırmaq mümkün olar.
Müstəqilliyin əldə edilməsindən sonra müxtəlif tipli siyasi araşdırma qurum-
ları, akademik universitetlərin nəzdində mərkəzlər, dövlət strukturları yanında
və kommersiya prinsipi ilə işləyən, ideoloji və vətəndaş mərkəzlərini də özündə
ehtiva edən Araşdırma və Beyin Mərkəzləri sistemi inkişaf etməyə başlamışdır.
İnkişafın yeni mərhələsindən başlayaraq, siyasi hakimiyyətin qeyd edilən sahəni
prioritet hesab etməsi və bu sahəyə diqqəti, müəyyən səviyyədə rəqabət mühitinin
yaradılması ölkədə müstəqil mərkəzlərin inkişafına güclü təsir edə bilər.
Azərbaycanda ekspertiza və analitikanın, o cümlədən ölkədə islahatlar apa-
rılması ilə bağlı genişmiqyaslı məqsəd və vəzifələri diqqətdə saxlayan analitik
mərkəzlərin inkişafı və həm də perspektivləri mövcuddur.
Belə şəraitdə milli məkanda özlərini analitik mərkəzlərlə identikləşdirən
subyektlərin fəaliyyəti və davranış strategiyası “beyin mərkəzi” adlanan institutun
statusuna adekvat deyil.
Burada fəaliyyətlərinə yenidən baxan, yeniləşmə imperativinə əməl edən,
dövlətçilik üçün əhəmiyyətli tədqiqatlar ortaya qoymaq əzmində olan ABM-lərin
bu istəyinin qarşılıq tapmaması, yaxud bu məramın naməlum qalması da öz təsirini
göstərir. Bu da həm dövlətin bu sahəyə daha həssas maddi, mənəvi, hüquqi, siyasi
dəstəyini
verməsini, həm də ABM-lərin fəallığının artırılmasını tələb edir.
Analitik mərkəzlərin xarici maliyyədən asılı vəziyyətə düşməsi və yad təsirlərə
məruz qalan “agentlərə” çevrilməsi təhlükəsi olmamış deyil. İqtisadi və Sosial
İnkişaf Mərkəzinin (İSİM) “QHT Davamlılıq İndeksi - Azərbaycan” adlı hesa-
batında bu qurumların strateji planlaşdırma və idarəçilik prizmasından təhlil və