AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
264
mühüm elementlərindən olan “texnopark”, “texnopolis”, “texnoinkubator” və s.
inteqrasiya mərkəzləri kimi əksini tapsa da, “beyin mərkəzləri” anlayışı burada
qeyd edilməmişdir.
Qanun layihəsinin 17.8 bəndində göstərilir: “17.8. Elmi fəaliyyət sahəsində
əhəmiyyətli nailiyyətlər əldə edən yüksək ixtisaslı elmi kadr potensialına və
maddi texniki bazaya malik olan elmi müəssisə və ya təşkilatlara müvafiq icra
hakimiyyəti tərəfindən elmi mərkəz statusu verilə bilər.”
Elm haqqında” Azərbaycan Respublikası qanununun layihəsində “20-
ci maddə. “Elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları və digər
subyektlər” adlanır.Maddənin 20.3. bəndinin sonunda deyilir: “..öz tərkibində
elmi müəssisə və elmi innovasiya fəaliyyətini həyata keçirən müxtəlif struktur
bölmələri yarada bilərlər.”
Qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, “beyin mərkəzləri” sözünün də
qanun layihəsində əksini tapmasına ehtiyac var. Müzakirəsi gözlənilən “Elm
haqqında” Qanun layihəsinin 17.”Elmi mərkəzlər” haqda maddəsinə, yaxud da
20-ci maddəyə: “20. Elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları və
digər subyektlər”-”beyin mərkəzləri” haqda bəndin (və ya sözün) əlavə edilməsi
məqsədəuyğun ola bilər.
4. “Beyin mərkəzləri”nin fəaliyyətinin keyfiyyətinin artırılması üçün
layihələrin və tədqiqatların həyata keçirilməsi üzrə treninqlərin təşkili.
5. Bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində tətbiq olunan “1 faiz
qaydası”nda subsidiyalaşdırmanı bir forma kimi Azərbaycanda da tətbiq etmək
olar. İcra hakimiyyəti orqanlarının dövlət büdcəsindən aldığı vəsaitlərin bir qis-
minin sosial sifarişlərə və xidmətlərə xərclənməsi mexanizmləri işlənib həyata
keçirilə bilər.
2
5.4. Araşdırma və Beyin Mərkəzlərinin gələcəyi:
mümkün ssenarilər və proqnozlar
Azərbaycanda analitik mərkəzlərin inkişaf perspektivləri genişdir. Bu həm
mərkəzlərin vəziyyəti, həm ölkədə mövcud olan inkişaf dinamikası və dünyanın
inkişaf meyillərinin xüsusiyyətləri ilə bağlıdır.
Analitik mərkəzlərin inkişaf dinamikasının qiymətləndirilməsinə dair
anketlərdə verilən suallara cavablarda mövqelər yarı bölünmüşdür: cavabı
verənlərin 49,1%-i hesab edir ki, analitik mərkəzlər tərəqqi mərhələsindədir,
48,2%-i əmindir ki, onlar durğunluq vəziyyətindədir. Sorğuda “geriləmə” ilə bağlı
2
Yenə orada, səh. 94.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
265
qiymətləndirməni heç kim qeyd etməmişdir. Anlayışlarla bağlı belə əks-mövqelər
hələlik çox pərakəndə olan mənzərənin proqnozlaşdırılmasını çətinləşdirir.
Tamamilə aydındır ki, analitik mərkəzlərin gələcəyi ölkənin ümumi inkişaf
variantlarına uyğun müəyyənləşərək (yəni hazırkı vəziyyət olduğu
kimi qalmaya-
caq), inkişaf proseslərinin təsiri altında keyfiyyət dəyişiklikləri baş verəcək.
Həm dövlət (və universitetlər), həm də qeyri-dövlət (və özəl universitetlər)
analitik strukturlarının mütərəqqi dinamik inkişafı təmin edilə, onların hakimiyyət
və cəmiyyətlə səmərəli əməkdaşlıq mexanizmləri yaradıla bilər. Mərkəzlər
ictimai-siyasi proseslərin fəal iştirakçılarına çevrilə bilərlər.
Bunun əksi olduğu hallarda analitik strukturların durğunluğu, onların ictimai
gərəksizliyi və təcrid olunması, mövcud olduğu səviyyədə qalması müşahidə
ediləcək. Eyni zamanda, mərkəzlər məhdud bir dairə üçün çalışmaqda davam
etdikcə
nə cəmiyyətə, nə də ictimai rəyə əhəmiyyətli təsir göstərə biləcəklər.
Optimist ssenariyə görə, mövcud potensiallarını daha da inkişaf etdirməklə
ABM-lərin həm milli məkanda, həm də dünyada tədricən tanınmış müstəqil
tədqiqat strukturlarına çevrilməsi baş verə bilər. Bu ssenari ölkədə yeni
keyfiyyət mərhələsinə keçidin tələblərindən irəli gələrək siyasi sistemin davam-
lı demokratikləşməsini, demokratik prosedurların və təcrübələrin təkmilləşdiril-
məsini, demokratik institutların gücləndirilməsini, siyasətdə ictimai rəyin və iş-
tirakın genişləndirilməsini nəzərdə tutur. Xüsusilə də dünya BM-lərinin inkişaf
meyillərinə uyğun olaraq, onların neoliberal (siyasi-ideoloji) məsələlərdən daha
çox yeni yüzilliyin başlıca çağırışlarından olan innovativ və kreativ fəaliyyətə
köklənə bilməsi bir çox şeyi həll edə bilər.
Pessimist ssenariyə görə, status-kvo saxlanılarsa, analitik mərkəzlərin xari-
ci maliyyə və qrantlardan asılı olaraq öz müstəqilliyini itirəcəkləri ehtimal edilə
bilər. Ölkəmizdə ABM-lərin inkişaf perspektivləri haqqında danışarkən onu da
qeyd etmək lazımdır ki, tədqiqatdan göründüyü kimi, onların fəaliyyətinin dövlət
və orta sinif səviyyəsində maddi və mənəvi baxımdan dəstəklənməsi, koordina-
siyası və rəqabətli mühitin formalaşması olmasa, bu, nəticədə yenə də xarici do-
nor təşkilatlardan maliyyələşən analitik mərkəzlərin güclənməsində gətirib çıxara
bilər. Bu isə sonda onların dövlətin imicinin güclənməsinə deyil, zəifləməsində
maraqlı olan xarici mənbələrin ixtiyarına verilməsi deməkdir. Dövlət əhəmiyyətli
sahədə təxminən maliyyə asılılığının yarısının xarici donorların payına düşməsi
təhlükə doğura biləcək faktdır. Müxtəlif tipli analitik mərkəzlərin inkişafı yalnız
onların öz fəaliyyətlərinin səviyyəsini yüksəltməklə deyil, həm də daxili siyasi
proseslərdə islahatların mahiyyəti və ABM-lərin Qərbdəki analoqlarına müvafiq
şəkildə mütərəqqi institutsionallaşmasını təmin edən amillərlə bağlıdır.
Bu da, hesabatda qeyd edildiyi kimi, hədəf qrupların ehtiyaclarının ödənilməsinə