Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə93/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   89   90   91   92   93   94   95   96   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
264
mühüm elementlərindən olan “texnopark”, “texnopolis”, “texnoinkubator” və s. 
inteqrasiya mərkəzləri kimi əksini tapsa da, “beyin mərkəzləri” anlayışı burada 
qeyd edilməmişdir.
Qanun layihəsinin 17.8 bəndində göstərilir: “17.8. Elmi fəaliyyət sahəsində 
əhəmiyyətli  nailiyyətlər  əldə  edən  yüksək  ixtisaslı  elmi  kadr  potensialına  və 
maddi texniki bazaya malik olan elmi müəssisə və ya təşkilatlara müvafiq icra 
hakimiyyəti tərəfindən elmi mərkəz statusu verilə bilər.”      
Elm  haqqında”  Azərbaycan  Respublikası  qanununun  layihəsində    “20-
ci  maddə.  “Elmi  fəaliyyətlə  məşğul  olan  qeyri-hökumət  təşkilatları  və  digər 
subyektlər”  adlanır.Maddənin  20.3.  bəndinin  sonunda  deyilir:  “..öz  tərkibində 
elmi  müəssisə  və  elmi  innovasiya  fəaliyyətini  həyata  keçirən  müxtəlif  struktur 
bölmələri yarada bilərlər.”  
Qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, “beyin mərkəzləri” sözünün də 
qanun layihəsində əksini tapmasına ehtiyac  var.           Müzakirəsi gözlənilən “Elm 
haqqında”  Qanun layihəsinin 17.”Elmi mərkəzlər” haqda maddəsinə, yaxud da 
20-ci maddəyə: “20. Elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları və 
digər subyektlər”-”beyin mərkəzləri” haqda bəndin (və ya sözün) əlavə edilməsi  
məqsədəuyğun ola bilər.
4.  “Beyin  mərkəzləri”nin  fəaliyyətinin  keyfiyyətinin  artırılması  üçün 
layihələrin və tədqiqatların həyata keçirilməsi üzrə treninqlərin təşkili. 
5.  Bir  sıra  Mərkəzi  və  Şərqi  Avropa  ölkələrində  tətbiq  olunan  “1  faiz 
qaydası”nda subsidiyalaşdırmanı bir forma kimi Azərbaycanda da tətbiq etmək 
olar. İcra hakimiyyəti orqanlarının dövlət büdcəsindən aldığı vəsaitlərin bir qis-
minin  sosial  sifarişlərə  və  xidmətlərə  xərclənməsi  mexanizmləri  işlənib  həyata 
keçirilə bilər.
2
 
5.4. Araşdırma və Beyin Mərkəzlərinin gələcəyi: 
mümkün ssenarilər və proqnozlar
Azərbaycanda  analitik  mərkəzlərin  inkişaf  perspektivləri  genişdir.  Bu  həm 
mərkəzlərin vəziyyəti, həm ölkədə mövcud olan inkişaf dinamikası və dünyanın 
inkişaf meyillərinin xüsusiyyətləri ilə bağlıdır.
Analitik  mərkəzlərin  inkişaf  dinamikasının  qiymətləndirilməsinə  dair 
anketlərdə  verilən  suallara  cavablarda  mövqelər  yarı  bölünmüşdür:  cavabı 
verənlərin  49,1%-i  hesab  edir  ki,  analitik  mərkəzlər  tərəqqi  mərhələsindədir, 
48,2%-i əmindir ki, onlar durğunluq vəziyyətindədir. Sorğuda “geriləmə” ilə bağlı 
2 Yenə orada, səh. 94.


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
265
qiymətləndirməni heç kim qeyd etməmişdir. Anlayışlarla bağlı belə əks-mövqelər 
hələlik çox pərakəndə olan mənzərənin proqnozlaşdırılmasını çətinləşdirir.
 Tamamilə aydındır ki, analitik mərkəzlərin gələcəyi ölkənin ümumi inkişaf 
variantlarına uyğun müəyyənləşərək (yəni hazırkı vəziyyət olduğu kimi qalmaya-
caq), inkişaf proseslərinin təsiri altında keyfiyyət dəyişiklikləri baş verəcək. 
Həm  dövlət  (və  universitetlər),  həm  də  qeyri-dövlət  (və  özəl  universitetlər) 
analitik strukturlarının mütərəqqi dinamik inkişafı təmin edilə, onların hakimiyyət 
və  cəmiyyətlə  səmərəli  əməkdaşlıq  mexanizmləri  yaradıla  bilər.  Mərkəzlər 
ictimai-siyasi proseslərin fəal iştirakçılarına çevrilə bilərlər.
Bunun əksi olduğu hallarda analitik strukturların durğunluğu, onların ictimai 
gərəksizliyi  və  təcrid  olunması,  mövcud  olduğu  səviyyədə  qalması  müşahidə 
ediləcək.  Eyni  zamanda,  mərkəzlər  məhdud  bir  dairə  üçün  çalışmaqda  davam 
etdikcə nə cəmiyyətə, nə də ictimai rəyə əhəmiyyətli təsir göstərə biləcəklər.
Optimist  ssenariyə  görə,  mövcud  potensiallarını  daha  da  inkişaf  etdirməklə 
ABM-lərin  həm  milli  məkanda,  həm  də  dünyada  tədricən  tanınmış  müstəqil 
tədqiqat  strukturlarına  çevrilməsi  baş  verə  bilər.  Bu  ssenari  ölkədə  yeni 
keyfiyyət mərhələsinə keçidin tələblərindən irəli gələrək siyasi sistemin davam-
lı demokratikləşməsini, demokratik prosedurların və təcrübələrin təkmilləşdiril- 
məsini, demokratik institutların gücləndirilməsini, siyasətdə ictimai rəyin və iş-
tirakın genişləndirilməsini nəzərdə tutur. Xüsusilə də dünya BM-lərinin inkişaf 
meyillərinə uyğun olaraq, onların neoliberal (siyasi-ideoloji) məsələlərdən daha 
çox  yeni  yüzilliyin  başlıca  çağırışlarından  olan  innovativ  və  kreativ  fəaliyyətə 
köklənə bilməsi bir çox şeyi həll edə bilər. 
Pessimist  ssenariyə  görə,  status-kvo  saxlanılarsa,  analitik  mərkəzlərin  xari-
ci maliyyə və qrantlardan asılı olaraq öz müstəqilliyini itirəcəkləri ehtimal edilə 
bilər.  Ölkəmizdə ABM-lərin  inkişaf  perspektivləri  haqqında  danışarkən  onu  da 
qeyd etmək lazımdır ki, tədqiqatdan göründüyü kimi, onların fəaliyyətinin dövlət 
və orta sinif səviyyəsində maddi və mənəvi baxımdan dəstəklənməsi, koordina-
siyası və rəqabətli mühitin formalaşması olmasa, bu, nəticədə yenə də xarici do-
nor təşkilatlardan maliyyələşən analitik mərkəzlərin güclənməsində gətirib çıxara 
bilər. Bu isə sonda onların dövlətin imicinin güclənməsinə deyil, zəifləməsində 
maraqlı olan xarici mənbələrin ixtiyarına verilməsi deməkdir. Dövlət əhəmiyyətli 
sahədə təxminən maliyyə asılılığının yarısının xarici donorların payına düşməsi 
təhlükə doğura biləcək faktdır. Müxtəlif tipli analitik mərkəzlərin inkişafı yalnız 
onların öz fəaliyyətlərinin səviyyəsini yüksəltməklə deyil, həm də daxili siyasi 
proseslərdə islahatların mahiyyəti və ABM-lərin Qərbdəki analoqlarına müvafiq 
şəkildə mütərəqqi institutsionallaşmasını təmin edən amillərlə bağlıdır. 
Bu da, hesabatda qeyd edildiyi kimi, hədəf qrupların ehtiyaclarının ödənilməsinə 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə