Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə90/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   86   87   88   89   90   91   92   93   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
257
əlaqələri qeyri-rəsmi formada olub, qanunverici əsasları təmin edilməmişdir.
  Nəticədə  müstəqil  aktorlar  kimi  deyil,  əsasən  ekspert-agentlər  kimi  çıxış 
edən mərkəzlər üstünlük təşkil edir. Analitik mərkəzin siyasi statusu təkcə onun 
lazımi intellektual və kadr ehtiyatı, müstəqil və kütləvi təşkilati mövqeyi ilə de-
yil,  həm  də  siyasi  elita  ilə  əlaqələrinə  görə  müəyyənləşdirilir.  Hazırkı  şəraitdə 
müstəqil  mərkəzlərin  dövlət  və  korporativ  siyasətin  formalaşdırılmasına  təsir 
imkanları yüksək deyil. Analitik mərkəzlər “nüfuzlu” olmaq və “nəbzi tutmaq” 
üçün müəyyən dərəcədə öz müstəqilliklərini qurban verməli, ya da əsas “nüfuz 
kapitalı”nın olmaması ilə barışmalıdırlar.
Mövcud rəqabət mühitinin olmaması, plüralizmin aşağı səviyyəsi və maliyyə 
mənbələrinin qıtlığı mərkəzlərin qarşılıqlı əməkdaşlığı və koordinasiyasına deyil, 
qütbləşməsinə, həmçinin siyasi tədqiqat və araşdırmalar “bazarının” bəzi təcrübəli 
mərkəzlər tərəfindən “inhisarlaşmasına” səbəb olmuşdur.
 İstənilən ölkədə analitik strukturların meydana gəlməsi, təkamülü və inkişafı 
müəyyən zaman müddəti tələb edir və həmin müddət nəzərə alınarsa, siyasətin 
intellektual təminatı ənənəsini formalaşdırmaq mümkün olar.
Müstəqilliyin əldə edilməsindən sonra müxtəlif tipli siyasi araşdırma qurum-
ları,  akademik  universitetlərin  nəzdində  mərkəzlər,  dövlət  strukturları  yanında 
və kommersiya prinsipi ilə işləyən, ideoloji və vətəndaş mərkəzlərini də özündə 
ehtiva edən Araşdırma və Beyin Mərkəzləri sistemi inkişaf etməyə başlamışdır. 
İnkişafın yeni mərhələsindən başlayaraq, siyasi hakimiyyətin qeyd edilən sahəni 
prioritet hesab etməsi və bu sahəyə diqqəti, müəyyən səviyyədə rəqabət mühitinin 
yaradılması ölkədə müstəqil mərkəzlərin inkişafına güclü təsir edə bilər.
 Azərbaycanda ekspertiza və analitikanın, o cümlədən ölkədə islahatlar apa-
rılması  ilə  bağlı  genişmiqyaslı  məqsəd  və  vəzifələri  diqqətdə  saxlayan  analitik 
mərkəzlərin inkişafı və həm də perspektivləri mövcuddur.
Belə  şəraitdə  milli  məkanda  özlərini  analitik  mərkəzlərlə  identikləşdirən 
subyektlərin fəaliyyəti və davranış strategiyası “beyin mərkəzi” adlanan institutun 
statusuna adekvat deyil. 
Burada  fəaliyyətlərinə  yenidən  baxan,  yeniləşmə  imperativinə  əməl  edən, 
dövlətçilik üçün əhəmiyyətli tədqiqatlar ortaya qoymaq əzmində olan ABM-lərin 
bu istəyinin qarşılıq tapmaması, yaxud bu məramın naməlum qalması da öz təsirini 
göstərir. Bu da həm dövlətin bu sahəyə daha həssas maddi, mənəvi, hüquqi, siyasi 
dəstəyini verməsini, həm də ABM-lərin fəallığının artırılmasını tələb edir.
Analitik mərkəzlərin xarici maliyyədən asılı vəziyyətə düşməsi və yad təsirlərə 
məruz  qalan  “agentlərə”  çevrilməsi  təhlükəsi  olmamış  deyil.  İqtisadi  və  Sosial 
İnkişaf Mərkəzinin (İSİM) “QHT Davamlılıq İndeksi - Azərbaycan” adlı hesa-
batında bu qurumların strateji planlaşdırma və idarəçilik prizmasından təhlil və 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
258
tədqiqatlar aparmaması vurğulanmışdır (s.3): “Rəsmi məlumatlara görə, 2011-ci 
il üçün Azərbaycanda QHT sektorunun qrant büdcəsi 29 milyon manat olub. Bu 
məbləğin cəmi 2,5 faizi dövlətin ayırmasıdır. Yerdə qalan məbləğ isə xarici do-
nor təşkilatların ayırmalarıdır”. Sorğunun nəticələri də göstərdi ki, Azərbaycanda 
“beyin mərkəzləri”nin maliyyələşdirilməsində ən passiv təbəqə orta sinif, biznes 
sahəsidir.
Təəccüb doğuran məqamlardan biri də odur ki, dünyada “beyin mərkəzləri”nin 
əsas maliyyə mənbəyi hesab olunan xeyriyyəçilik institutu Azərbaycanda, demək 
olar ki, yoxdur. Azərbaycanda xeyriyyəçilik ənənələri hələ XIX əsrin ikinci yarı-
sında yaranmışdır, lakin bugünkü Azərbaycanda siyasi araşdırmalara xeyriyyəçilik 
edən biznes təşkilatlarının adlarını çəkmək olduqca çətindir.
Bu sahədə Azərbaycanda yalnız Heydər Əliyev Fondunun adını çəkmək olar. 
Azərbaycanda dövlətin müxtəlif strukturları ilə əməkdaşlıq edən və layihələri 
sifarişlə həyata keçirən “beyin mərkəzləri” aktivdir. Vətəndaş cəmiyyəti ilə sıx 
əməkdaşlıq edən dövlət strukturları sırasında xüsusilə İqtisadi inkişaf Nazirliyi, 
Vergilər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi 
fəal mövqe tutur. 
Bəzi ölkələrin ABM-lərinin inkişaf tarixi göstərir ki, müxtəlif üsullarla qeyri-
formal münasibətlərin yaradılması müəyyən müddətdə ictimai siyasət institutla-
rına əhəmiyyətli təsir edir, lakin davamlı islahatlar və qanunverici əsaslar təmin 
edilmədikdə yenidən yad təsirə məruz qalaraq manipulyasiya alətinə, ölkə imicini 
mənfi yöndə tanıtmağa işləyən siyasi agentlərə çevrilməklə nəticələnir. 
Tədqiqatlar göstərir ki, qeyd edilən amillər təmin edildikdə maliyyə mənbələrini 
və tədqiqat istiqamətlərini şaxələndirməklə, mərkəzlər tərəfindən fəal marketinq 
və informasiya siyasəti yürütməklə, beynəlalq auditoriyaya özünü tanıtmaqla nü-
fuzlu və müstəqil siyasi aktor statusunu saxlamaq mümkündür. Bu nəticəni anali-
tik mərkəzlərlə bağlı təcrübələr sübut edir. 
  Azərbaycanda  son  10  ildə  ABM-lərin  fəaliyyətlərinin  təhlilinin  yekunları 
barədə  onu  demək  olar  ki,  ötən  illərdə  ən  müxtəlif  fəaliyyətlə  məşğul  olan  bu 
qurumların işində hal-hazırda kristallaşma prosesi gedir. Təklifin tələbi dəfələrlə 
ötüb keçdiyi vaxtlar arxada qalmaqdadaır.
  Bundan  əlavə,  vətəndaş  cəmiyyəti  və  ictimai  siyasət  institutlarının  özü-
nü  identikləşdirmə  prosesi  gedir.  Hər  bir  təsisat  seçim  qarşısında  qalmasa  da, 
zamanın  çağırışlarını  və  ABM-lərin  müasir  dünyada  artan  nüfuzunu,  eləcə  də 
perspektivlərini görərək, fəaliyyətinin qeyri-hökumət təşkilatının, yoxsa araşdır-
ma  mərkəzinin  meyarlarına  daha  çox  cavab  verməsini  müəyyənləşdirir.  Yaxın 
gələcək üçün əsas tədqiqat profilini dəqiqləşdirir. Hər iki institutun mahiyyətcə 
ictmai siyasət institutu olması isə bu seçimə təkanverici amil kimi təsir edir.


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə