Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə86/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   82   83   84   85   86   87   88   89   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
240
4.11. Təhlükəsizlik və hərbi sahədə fəaliyyət göstərən 
Araşdırma və Beyin Mərkəzləri  ilə keçirilən sorğunun 
ümumi statistikası 
Kateqoriya 
Orta hesabla 
Ümumi 
Büdcə
5300
26500
Qərargah (otaqların sayı)
0.8
Birində yoxdur
4
Daimi kadrlar
3.8
19
Müddətli müqavilə əsasında işləyən kadrlar  0.6
3
Şöbələrin sayı
1
5
Beynəlxalq tərəfdaşların sayı
0.6
3
Xarici səfərlərin sayı
6.4
32
Həyata keçirilmiş layihələrin sayı
4.2
21
Həyata keçirilmiş elmi konfransların sayı
1.8
9
Çap edilmiş kitabların sayı
0.6
3
Çap edilmiş hesabatların sayı
Məqalələrin sayı
14.6
73
Dövlətə tövsiyələr
Beynəlxalq səviyyəli layihələr
1
5
Cari layihələr
1.8
9
5 il ərzində kitabların sayı
0.6
3
5 il ərzində layihələrin sayı
43
215
5 il ərzində hesabatların sayı
5 il ərzində konfransların sayı
1.4
7
5 il ərzində məqalələrin sayı
14.6
73
5 il ərzində dövlətə təkliflərin sayı


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
241
4.12. Ekoloji sahədə fəaliyyət göstərən 
Araşdırma və Beyin Mərkəzləri
Sumqayıtın Ekoloji Reabilitasiya Mərkəzi
Mərkəz  2001-ci  ilin  may  ayında  yaradılmış,  2002-ci  il  avqustun  9-da 
qeydiyyatdan  keçmişdir.  Təsisçiləri  Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf 
Proqramı və Sumqayitın “Ecopark” ekoloji təşkilatıdır. Rəhbəri Arif  İslamzadədir. 
Mərkəzin  əsas  fəliyyət  istiqaməti  sosial,  ekoloji  və  iqtisadi  yönümlüdür. 
Məqsədi yerli, milli və beynəlxalq səviyyədə dövlət və qeyri-dövlət təşkilatları, 
işguzar  dairələr  və  birliklərlə  əməkdaşlığı  inkişaf  etdirməklə  Azərbaycan 
Respublikasının sosial-ekoloji problemlərinin həllinə kömək etməkdir. 
Mərkəzin qərargahı AZ 5000, Sumqayıt şəhəri, Nizami küçəsi, 16 ünvanında 
yerləşir, 5 otaqdan ibarətdir, internet və kompüterlərlə təmin olunmuşdur. Mərkəzdə 
daimi əsaslarda 4, müddətli müqavilə əsasında 7-10 nəfər işləyir. Mərkəzin 20-yə 
yaxın beynəlxalq tərəfdaşı mövcuddur. Onların ən əsasları Texas A&M University, 
Purdue University (ABŞ), Albert University (Kanada), Moskva Dövlət Universiteti, 
Coğrafiya İnstitutu (Qazaxıstan), MARİS (Hollandiya) və s.-dir. 
Mərkəz 2010-cu ildə 3 layihə həyata keçirmişdir: 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
242
1.  İqtisadiyyat - “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə   
     yardım”. Regional iqtisadi komponent. AB-nin layihəsi;
2. Energetika - “MDB-də enerji bazarının inteqrasiyasına və dayanıqlı inkişafına 
yardım”. “AB-nin layihəsi;
3.  İnformatika  -  “Sənaye  və  ekoloji  gostəricilər,  Xəzər  dənizinin  informasiya 
xidməti”.  AB-nin layihəsi; 
Bununla  bərabər,  Mərkəz  2010-cu  ildə  5  məqalə  çap  etdirmiş,  dövlət 
strukturlarına 1 layihə, 5 layihə-təklif hazırlayıb təqdim etmişdir. 
İnformatika, təhsil, dayanıqlı inkişaf mövzularını əhatə edən təkliflər aşağıdakı 
nazirlik və komitələrə göndərilmişdir:
-  Sumqayıt Şəhər İcra Hakimiyyətinə;
-  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə;
-  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə;
-  Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə;
-  Meliorasiya və Su Təsərrüfatı Komitəsinə;
-  “Azərkimya” İstehsalat Birliyinə və s.
Layihələrin maliyyələşdirilməsinə Avropa Birliyi dəstək olmuşdur. 
Mərkəz 2010-cu il ərzində 3 beynəlxalq səviyyəli layihə həyata keçirmişdir. 
Hal-hazirda 2 layihə işləmə səviyyəsindədir. Onların mövzuları  dayanıqlı inkişaf 
və ekoloji sistemlərin öyrənilməsidir. Layihələri Avropa Birliyi maliyyələşdirir. 
Mərkəz 5 il ərzində 9 tədqiqat layihəsi, 11 kitab hazırlamış, 3 konfrans keçirmiş 
və  dövlət strukturları üçün 8 tövsiyə tərtib etmişdir. 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır. 
“Ekoloji – Renesans” İctimai Birliyi
Birlik 2004-ci ildə yaradılmış, 2005-ci il iyulun 8-də qeydiyyatdan keçmişdir. 
Təsisçiləri İrşad  Abbasov və  Xaqani Mahmudovdur. Hal-hazırda rəhbəri İrşad 
Abbasovdur.  
Birliyin əsas fəaliyyəti ekoloji, sosial və iqtisadi istiqamətlidir. Əsas məqsədi 
və vəzifələri Azərbaycan Respublikasının Qərb bölgəsində mövcud olan və insan 
sağlamlığına  təsir  edən  lokal,  eləcə  də  qlobal  ekoloji  problemlərin,  həmçinin 
yerli özünüidarəetmə orqanlarının sosial-iqtisadi problemlərinin həllinə köməklik 
göstərmək, maarifləndirmə və məlumatlandırma yolu ilə vətəndaş cəmiyyətinin 
inkişafına dəstək verməkdir. 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
243
İllik  büdcəsi  25.000  manatdır.  Qərargahı  Gəncə  şəhəri,  Q.Nəbi  İ-döngəsi. 
ev  11  ünvanında  yerləşir,  3  otaqdan  ibarətdir,  sürətli  internet  və  kompüterlərlə 
təchiz edilmişdir. Təşkilatda daimi əsaslarda 5, müddətli müqavilə əsasında isə 7 
əməkdaş işləyir. 
Birlik  4 şöbədən ibarətdir:  Qadın və gənclərlə iş şöbəsi, Ətraf mühit şöbəsi, 
Bələdiyyələrlə iş şöbəsi, İqtisadi və sosial inkişaf şöbəsi. 
Rəsmi  tərəfdaşları  Gürcüstan  Respublikasının  “Spektr”  İB,  İmeretiya 
Region  Gənclərinin  Elmi  İnformasiya  Assosiasiyası,  Qafqaz  REM  və  Avropa 
Ekoforumudur.
Təşkilat üzvləri 20-yə yaxın xarici səfərdə olmuşlar. 
Birlik 2010-cu il ərzində 4 layihə həyata keçirmişdir:
-  Gədəbəy rayonunda dağ-mədən sənayesinin ətraf və sosial mühitə təsirləri,
-  Daşkəsən rayonunda dağ-mədən sənayesinin ətraf və sosial mühitə təsirləri,
-  Şəmkir  rayonunda  kommunal  sferanın  mövcud  durumu  və  region 
bələdiyyələrinin potensialının artırılma yolları. 
3  konfrans  təşkil  etmişdir:  “Meşələrin  effektiv  idarə  olunması”,  Regionun 
alternativ  enerji  mənbələri  və  ondan  istifadənin  perspektivləri”,  “Yerli  sosial-
iqtisadi inkişafda bələdiyyələrin rolu”.
“Gəncə  şəhərinin  ətraf  mühitinin  yerli  Fəaliyyət  Planının  hazılanması”  adlı 
layihə beynəlxalq səviyyəli olmuşdur.  
Hal-hazırda  Birlik  “Meşə  bizim  sərvətimizdir  və  biz  onu  qorumalıyıq” 
adlı  tədqiqat  layihəsi  həyata  keçirir.  Layihəni  QHT-lərə  Dövlət  Dəstəyi  Şurası 
maliyyələşdirir. 
5  il  ərzində  Birlik  7  tədqiqat  layihəsi,  2  konfrans  keçirmiş  və  1  kitab  çap 
etmişdir. 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır. 
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi
Mərkəz  qeydiyyata  alınmayıb.  Təsisçiləri  Telman  Zeynalov,  Fəridə 
Rüstəmbəyova və Fərixə Qədimbəyovadır. Rəhbəri Telman Zeynalovdur. 
Ətraf mühitin mühafizəsi və ekoloji siyasət Mərkəzin əsas fəaliyyət sahəsidir. 
Əsas  məqsədi  ətraf  mühitin  bərpası,  ona  dair  cəmiyyətdə  yeni  ekoloji  şüurun 
formalaşması,  treninq-seminarların  keçirilməsi,  təbiətə  dair  müasir  kitabların, 
broşuraların, təlimatların nəşri, tükənməz enerji və tullantıların idarə olunmasına 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə