Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə85/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   81   82   83   84   85   86   87   88   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
237
seçən  bir  strateji  araşdırma  qurumudur.  Mərkəz  həyata  keçirdiyi  elmi,  analitik 
fundamental,  obyektiv  araşdırmalar,  toplantılar,  konfranslar,  simpoziumlar  və 
hesabatlarla  regionun  və  dünyanın  ciddi  araşdırma  mərkəzlərindən  biri  olmağa  
qərar vermişdir.
Əsas  məqsədi  beynəlxalq  proseslərin  strateji  analizinə,  Azərbaycanda 
demokratik  inkişaf  və  hüquqi  dövlət  quruculuğu  prosesinə,  dünyada  gedən 
proseslərin Azərbaycanda daha yüksək səviyyədə öyrənilməsinə, Azərbaycanda 
strateji  araşdırmalar  sahəsinin  inkişafına, Azərbaycanda  və  dünyada  baş  verən 
proseslərin dərindən analizinə, media sahəsində inkişafa, Azərbaycan mediası ilə 
dünya mediası arasındakı əlaqələrin səviyyəsinin artmasına öz töhfəsini verməkdir.
Mərkəzin stabil olaraq büdcə xərcləri təxminən 3.500-4000 AZN təşkil edir. 
Qərargahı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Eldar Babayev 
küçəsi, ev 78/48 ünvanında yerləşir. Kompüterlə və internetlə təchiz olunmuş bir 
otaqdan ibarətdir. Daimi işləyən əməkdaşlarının sayı 3-dür. Rəsmi internet səhifəsi  
www.atsam.org-dur. 
Mərkəzdə  Cənubi  Qafqaz,  Orta  Şərq,  Mərkəzi Asiya,  Avropa  və  Amerika, 
Təhlükəsizlik problemləri adlı şöbələr fəaliyyət göstərir. Mərkəzin əsas beynəlxalq 
tərəfdaşları  21-ci  Əsr  Türkiyə  İnstitutu,  Türkiyə  Beynəlxalq  Çalışmalar, 
Ekoavrasya  Fondudur.  Mərkəzdə  il  ərzində  iş  məqsədi  ilə  təxminən  3-4  xarici 
səfər təşkil olunur. 
Hal-hazırda  Mərkəz  www.qerbiazerbaycan.com  internet  səhifəsini  
hazırlamışdır.  Bu  layihə    Azərbaycan  Respublikasının  Prezidenti  yanında 
Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  maliyyə  dəstəyi  ilə 
reallaşdırılmışdır.  Mərkəz  fəaliyyəti  dövründə  200-dən  çox  tədqiqat  layihəsini  
həyata keçirmişdir. 
Mərkəz  Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  və 
koordinasiyanı  artırmaq  məqsədi  ilə  sadalanan  təkliflərin  hər  birini  müsbət 
qiymətləndirir. 
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar  
Mərkəzi İctimai Birliyi
Mərkəz 2005-ci ilin mayında yaradılmış, 2007-ci il dekabrın 26-da qeydiyyatdan 
keçmişdir.  Mərkəzi 
Cəsur  Məmmədov  (Sumərinli),  “Ayna”  və  “Zerkalo” 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
238
qəzetlərinin  əməkdaşı  İ.Abbasov,  Reportyorların  Azadlığı  və  Təhlükəsizlik 
İnstitutunun (RATİ) əməkdaşı
 təsis etmişdir. Rəhbəri Cəsur Məmmədovdur. 
Mərkəzin  əsas  fəaliyyət  istiqaməti 
müdafiə  və  təhlükəsizlik  sektorunda 
araşdırmalar aparmaq, hərbi jurnalistikanın inkişafını təşkil etməkdir. 
İllik büdcəsi 10-20 min manat arasında dəyişir. Mərkəzdə müddətli müqavilə 
əsasında 3, daimi əsaslarda da 3 nəfər çalışır. İldə 2-5 xarici səfər həyata keçirilir. 
Mərkəz 9 tədqiqat layihəsi həyata keçirmişdir. Bu layihələrdən aşağıdakıları 
qeyd etmək olar: 
-   Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırıl- masının 
monitorinqi (2007);
-   Azərbaycanın  müdafiə  və  təhlükəsizlik  sektorunda  ümumi  islahatların 
vəziyyəti (2008);
-   Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda itkilərin monitorinqi (2003-
2011-ci illər,  illik);
-   Azərbaycanın müdafiə xərcləri və onun səmərəliliyi (2005-2011-ci illər, illik);
-   Azərbaycan  –  NATO  əməkdaşlıq  sənədlərində  ordu  quruculuğundan  bəhs 
edən  öhdəliklərin  öyrənilməsi  və  onların  yerinə  yetirilməsi  vəziyyətinin 
araşdırılması (2005-2011-ci illər, illik);
-   Cənubi  Qafqazda  hərbi  təhlükəsizlik  vəziyyəti  və  ona  təsir  edən  məsələlər 
(2005-2011-ci illər, illik);
-   Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin öyrənilməsi 
və müharibə ehtimalının araşdırılması (2005-2011-ci illər, illik);
-   Hərbi  sahədə  informasiya  əldə  etmək  mədəniyyətinin  inkişafı  prosesinin 
öyrənilməsi (2010);
-   Hərbçilərin  sosial  rifahına  xidmət  edəcək  qanunvericilik  təkliflərinin 
hazırlanması (2011). 
Mərkəz 2 kitab çap etdirmişdir:
-   “İrəliyə, NATO-ya doğru” (2007);
-   “Hərbi sahədə informasiya əldə etmək mədəniyyəti: Azərbaycan və dünya 
təcrübəsi” (2010).
Layihələrin maliyyələşdirilməsini NATO İctimai Diplomatiya Bölməsi, Açıq 
Cəmiyyət  İnstitutu  –  Yardım  Fondu,  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında QHT-lərə Dövlət Dəstəyi Şurası təşkil etmişdir. 
Hal-hazırda Mərkəz aşağıdakı layihələr üzərində çalışır:
-  Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması 
prosesinin araşdırılması layihəsi;
-  Hərbi qulluqçuların sosial rifahına xidmət edən qanunvericilik təkliflərinin 
hazırlanması;


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
239
-  Müdafiə və təhlükəsizlik sektorunda itkilərin monitorinqi;
-  NATO-nun  Yeni  Strateji  Konsepsiyasından  irəli  gələn  yeni  tərəfdaşlıq 
siyasətində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın rolunun öyrənilməsi;
-  Xəzərin  təhlükəsizliyi  probleminin  araşdırılması:  ABŞ  və  Azərbaycan 
əlaqələrinin perspektivi. 
Layihələrin  maliyyələşdirilməsi  könüllülük  əsasında  və  Prezident  yanında 
QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən həyata keçirilmişdir. 
Mərkəzin:
-  “NATO-nun  Yeni  Strateji  Konsepsiyasından  irəli  gələn  yeni  tərəfdaşlıq 
siyasətində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın rolunun öyrənilməsi”;
-  “Xəzərin  təhlükəsizliyi  probleminin  araşdırılması:  ABŞ  və  Azərbaycan 
əlaqələrinin perspektivi” layihələri beynəlxalq səviyyəlidir. 
Mərkəz təklif olunan tövsiyələrə müsbət yanaşır. 
Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM)
Mərkəz  2008-ci  il  iyulun  15-də  yaradılmış,  2009-cu  il  iyulun  16-da 
qeydiyyatdan keçmişdir. Təsisçiləri Yaşar Cəfərli, İldırım Məmmədov və Cəsur 
Məmmədovdur. Rəhbəri Yaşar Cəfərlidir.  
Mərkəzin  əsas  fəaliyyəti  hərbi  istiqamətlidir.  Əsas  məqsədi  və  vəzifəsi 
təhlükəsizlik və müdafiə sahəsində analitik araşdırma və tədqiqatların aparılması, 
təhlil edilməsi, rəy və şərhlərin verilməsi, proqnozlaşdırmalardır. 
Mərkəzin illik təxmini büdcəsi 5.000-10.000 manat arasında dəyişir. Qərargahı 
AZ 1065, Bakı şəhəri, Bəsti Bağırova küçəsi, 14 ünvanında yerləşir və bir otaqdan 
ibarətdir. Sürətli internet və kompüterlərlə təchiz edilmişdir. İnternet səhifəsi www.
milaz.info-dur. Mərkəzdə müddətli müqavilə əsasında 4 əməkdaş işləyir. 
Mərkəz 2 layihə həyata keçirmişdir:   
1)  Həftədə bir dəfə bülleten buraxılır (layihə davam edir.)
2)  “Region ölkələrinin hərbi doktrinaları: stabillik, yoxsa qarşıdurma təhlükəsi”.
Layihələr fərdi ianələr və xarici donorların maliyyə dəstəyi hesabına həyata 
keçirilmişdir. 
Mərkəz “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək məqsədi ilə 
təklif olunan ideyalara müsbət yanaşır. Bununla bərabər, “beyin mərkəzləri”nin 
fəaliyyətinin  stimullaşdırılması  məqsədilə  dövlət  dəstəyinin,  xüsusi  dövlət 
sifarişlərinin təşkilini vacib sayır.   


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə