Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə83/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   79   80   81   82   83   84   85   86   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
231
“Türk-İslam” Araşdırma Mərkəzi
Mərkəz  2008-ci  il  sentyabrın  6-da  yaradılmışdır.  “Müasir  İnkişaf” 
İctimai  Birliyinin  tərkibində  fəaliyyət  göstərdiyi  üçün  sənədləri  qeydiyyata 
göndərilməmişdir.  Qurumun  fəaliyyəti  Birliyin  İdarə  Heyətinin  təsdiq  etdiyi 
Əsasnamə ilə tənzimlənir. Mərkəzin fəaliyyətini “Müasir İnkişaf” İctimai Birliyi 
İdarə Heyətinin üzvü Aqşin Atalızadə koordinasiya edir. 
Mərkəzin  əsas  fəaliyyəti  elmi-ideoloji  istiqamətlidir.  Əsas  məqsədi  və 
vəzifələri  Azərbaycan  Respublikasının,  Türk-İslam  dünyasının  müxtəlif 
inkişaf istiqamətləri, o cümlədən tarix, geosiyasət, din, ideologiya, sosiologiya, 
iqtisadiyyat,  hüquq,  mədəniyyət,  ictimai  problemlər,  təhsil  və  s.  sahələr  üzrə 
elmi-ideoloji  araşdırmalar  aparmaqla  möhkəm  baza  yaratmaq;  Azərbaycan 
Respublikasının strateji maraqlarına uyğun olaraq digər Türk və İslam ölkələri ilə 
ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivlərini araşdırmaq, bu əlaqələrin 
daha da canlandırılması istiqamətində təkliflər hazırlayıb təqdim etməkdir. 
Qərargahı Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 78 ünvanında yerləşir, bir 
otaqdan ibarətdir, kompüter və sürətli internetlə təchiz olunmuşdur. http:/www.
uluturk.info saytında ayrıca internet səhifəsi var. 
Mərkəzdə ictimai əsaslarda 3 nəfər işləyir. İqtisadiyyat, Təhsil və mədəniyyət, 
Hüquq, Tarix və coğrafiya, Din, İdeologiya, Beynəlxalq münasibətlər, Sorğuların 
təşkili, Humanitar, İctimai problemlər  şöbələri fəaliyyət göstərir. 1 beynəlxalq 
tərəfdaşı var. 
Mərkəzdə 2009-cu il iyunun 13-də “Azərbaycanda, Qafqazda, dünyada gedən 
geosiyasi proseslər”; 2009-cu il sentyabrın 12-də “Beynəlxalq iqtisadi krizisdən 
sonra yaranmış situasiyada Türk və İslam dövlətlərinin geosiyasi durumu”; 2009-
cu  il  oktyabrın  17-də  “Türkiyə  və  Ermənistan  arasında  imzalanmış  protokol”;  
2009-cu  il  noyabrın  14-də  “İrana  münasibət:  Türklərin  milli  oyanışı,  yoxsa 
Güney  Azərbaycanın  istiqlalı”;  2009-cu  il  dekabrın  5-də  “Milli  kimliyimizə 
daha bir baxış” (məruzəçi kimi Mərkəzin eksperti Ceyhun Bayramlı çıxış edib); 
2010-cu  il  yanvarın  16-da  “Uyğur  türkləri”  (məruzəçi  kimi  “Müasir  İnkişaf” 
İctimai  Birliyinin  İdarə  Heyətinin  sədr  müavini  Tariyel  Faziloğlu  çıxış  edib); 
2010-cu il fevralın 20-də “Azərbaycanda yeni kommunizm təhlükəsi” (məruzəçi 
kimi  Mərkəzin  eksperti  Vüqar  Zifəroğlu  çıxış  edib);  2010-cu  il  mayın  15-də 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
232
“Azərbaycan  Xalq  Cümhuriyyətinin  dövlət  quruluşu  və  idarəçilik  problemləri” 
(məruzəçi kimi “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü Aqşin 
Atalızadə  çıxış  edib);  2010-cu  il  sentyabrın  25-də  “Türkiyə  Cümhuriyyətində 
Konstitusiya  dəyişikliyi  və  onun  nəticələri”  (məruzəçi  kimi  beynəlxalq  hüquq 
üzrə mütəxəssis Fərman Salmanlı çıxış edib); 2010-cu il oktyabrın 16-da “Din 
və  ya  dünyəvilik”;  2010-cu  il  dekabrın  18-də  “Qərbin  inkişafının  səbəbləri 
və  nəticələri”  (məruzəçi  kimi  professor  Şahlar  Əsgərov  çıxış  edib);  2011-ci  il 
yanvarın  15-də  “İdeoloji  mübarizədə  Kütləvi  İnformasiya  Vasitələrinin  rolu” 
(məruzəçi  kimi  “Oğuz”  Müstəqil  Araşdırmaçılar  Qrupunun  sədri,  BDU-nun 
müəllimi Vüqar Zifəroğlu çıxış edib); 2011-ci il martın 12-də “İslamda müxtəlif 
cərəyanlar və onun Azərbaycan cəmiyyətinə təsiri” (məruzəçi kimi dinşünas Saleh 
Kazımov çıxış edib) mövzularında ekspertlərin, mütəxəssislərin, alimlərin iştirakı 
ilə müzakirələr aparılmışdır. 
Bununla bərabər, 2011-ci il martın 12-də “İslamda müxtəlif cərəyanlar və onun 
Azərbaycan  cəmiyyətinə  təsiri”  mövzusunda  keçirilmiş  tədbirin  iştirakçılarının 
təklifləri  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Strateji  Araşdırmalar 
Mərkəzinə göndərilmişdir. 
Mərkəz 5 il ərzində 13 konfrans təşkil etmiş və 1  tövsiyə-təklif irəli sürmüşdür. 
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək 
məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır.
“REGİON” Beynəlxalq Analitik  Mərkəz (RBAM)  
 
“Region” Beynəlxalq Analitik Mərkəzi (RBAM)  2009-cu ildə  təsis  edilib, 
2012-ci  ildə  Ədliyyə  Nazirliyində  qeydiyyatdan  keçib.    Mərkəzin  təsisçisi  və 
rəhbəri  politoloq  Razi  Nurullayevdir.  Rəsmi  internet-facebook  səhifəsi:  https://
www. facebook. com/ Region.BAM?ref=profile-dir.
Əsas fəaliyyət istiqamətləri:
Ermənistanın  Azərbaycana  təcavüzünün,  Dağlıq  Qarabağ  münaqişəsinin 
nəticələri barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, Cənubi Qafqaz 
da daxil olmaqla, köhnə post-sovet məkanı üzrə geosiyasi təhlillərin aparılması 
mövcud  münaqişələrin  həlli  istiqamətində  tövsiyyələrin,  ölkənin  Avropaya 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
233
inteqrasiyası yönümündə siyasət sənədlərinin hazırlanmasıdır.
RBAM Azərbaycanda və regionda beyin mərkəzi kimi fəaliyyət göstərdiyini 
vurğulayır.  Cənubi  Qafqaz  da  daxil  olmaqla,  köhnə  post-sovet  məkanı  üzrə 
geosiyasi  təhlillərin  aparılması,  mövcud  münaqişələrin  həlli  istiqamətində 
tövsiyyələrin,  ölkənin  Avropaya  inteqrasiyası  yönümündə  siyasət  sənədlərinin 
hazırlanmasını həyata keçirir.
 
Bununla  yanaşı,  RBAM  həm  də  iqlim  dəyişikliyinin  siyasətə  təsiri 
üzrə araşdırmalar aparır, incəsənət və mədəniyyət, sosial media elementlərininin 
inkişaf  etməkdə  olan  ölkələrə  təsirini  öyrənir,  o  cümlədən  ictimai  müzakirələr, 
konfranslar, seminarlar və digər tədbirlər təşkil edir.
4.9. Regional prosesləri təhlil edən Araşdırma və Beyin Mərkəzləri ilə 
keçirilən sorğunun ümumi statistikası 
Kateqoriya 
Orta hesabla
Ümumi 
Büdcə
15000
90000
Qərargah (otaqların sayı)
2
12
Daimi kadrlar
2.7
16
Müddətli müqavilə əsasında
işləyən kadrlar
1.2
7
Şöbələrin sayı
3.8
23
Beynəlxalq tərəfdaşların sayı
1
6
Xarici səfərlərin sayı
6.3
38
Həyata keçirilmiş layihələrin sayı
6
36
Həyata keçirilmiş elmi konfransların sayı
0.5
3
Çap edilmiş kitabların sayı
11.8
71
Çap edilmiş hesabatların sayı
0.5
3
Məqalələrin sayı
10.3
62
Dövlətə tövsiyələr
0.3
2
Beynəlxalq səviyyəli layihələr
1
6
Cari layihələr
2.8
17
5 il ərzində kitabların sayı
0.2
1


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə