Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə91/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   87   88   89   90   91   92   93   94   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
259
Ümumi  cəhət  kimi  demək  olar  ki,  yerli ABM-lərin  statusuna  rəqabətsizlik 
mühiti, müstəqil ekspertizanın inkişaf etməməsi başlıca problem kimi təsir edir. 
Bununla belə, bu vəziyyətmüstəqil analitik və ekspert “şəbəkəsinin” inkişafının 
qeyri-mümkünlüyü anlamına gəlmir. 
Status və nüfuza malik analitik mərkəzlər mövcuddur. İctimai fəallığın inkişafı 
ilə getdikcə həm elita və ictimaiyyət arasında, həm də elitalar arasında dialoq daha 
səmərəli olacaq. Bu zaman çox şeylər analitik mərkəzlərin özündən asılı olacaq, 
onlar kim olduqlarını, təyinatlarının, rol və funksiyalarının nədən ibarət olduğunu 
izah etməli və öz peşəkarlıqlarını, siyasətin intellektual təminat subyektləri kimi 
gərəkli olduqlarını sübut etməli olacaqlar. 
Mövcud  mərkəzlər  cəmiyyətin  bir  çox  problemləri  ilə  ciddi  şəkildə  məşğul 
olmağa  başlayıblar.  Demokratik,  hüquqi  dövlət  quruculuğu,  qanunvericiliyin 
təkmilləşdirilməsi, informasiya cəmiyyətinin formalaşması, elektron hökumət və 
bir çox digər sahələr üzrə sosial təşəbbüslər bu qurumlar tərəfindən irəli sürülür.
Belə  demək  olarsa,  ictimai  siyasət  institutları  və  ABM-lərdə 
“nəsillərarası  münaqişə”  yaşanmır.  Yeni  iş  metodlarına  keçid  ziddiyyətsiz 
baş verir, problem sadəcə təşkilatların öz ideoloji, siyasi və elmi mövqelərini 
aydınmüəyyənləşdirməsindən gedir. Məhz bu məqamda da yaradıcı intellektual 
araşdırmaçılıqla məzmun, ideya və konseptual baxımdan əvvəlki metodologi-
yanı saxlayaraq özünü BM adlandıranlar arasında qarışıqlıq, qeyri-müəyyənlik 
mövcuddur. ABM ilə QHT arasında sərhəd və hüdudların aydın görünməsi üçün 
müəyYən müddətin keçməsi lazım gələcək. 
Yerli  BM-lərin  ən  zəif  yeri  qrantlardan,  alınan  nəticələrin  sifarişdən  ası-
lı  olmasıdır.  Milli  ABM-lərin,  analitik-ekspert  cəmiyyətinin  dezinteqrasiyasını 
şərtləndirən məsələ də ilk növbədə gözə çarpmayan bu faktordur. 
Azərbaycan dövlətinin sadalanan bütün istiqamətlər, xüsusilə də intellektual 
potensialın,  insan  kapitalının  inkişafı  üzrə  həssas  siyasəti  görülən  real  işlərə 
əsaslanır.  Resurslarımıza  nəzər  salsaq  görərik  ki,  ilk  növbədə,  ən  böyük  resurs 
dövlətin  siyasi  müstəqilliyi,  hüquqi  qanunvericilik  mühiti  və  insan  kapitalının 
gerçək  qüvvəyə  çevrilməsində  göstərdiyi  siyasi  iradədir.  Bir  sözlə,  konkret 
proqramlar,  elmin  inkişaf  strategiyası,  dövlətin  siyasəti  və  dəstəyi  ideya  və 
təşəbbüslərə  maraq  olan  yerdə  mümkündür.  Deməli,  növbəti  addımı  ABM-lər 
birlikdə atmalıdırlar.
  Bütövlükdə,  bir  daha  vurğulamaq  istərdik  ki,  ən  başlıca  maneə  kimi  bir 
tərəfdən  BM-nin  fəaliyyətinin  hüquqi-qanunvericilik  bazasının  aydın  olmama-
sı,  qeydiyyat,  maliyyə  mənbələrinİN  zəifliyi,  xarici  donorlardan  asılılıq,  kor-
porativ  xeyriyyəçiliyin  tamamilə  yox  olması  və  onun  stimullaşdırılması,  digər 
tərəfdən isə: analitik mərkəzlərin tədqiqatlarının konkret istiqamətlərinin, maliyyə 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
260
mənbələrinin, ixtisaslaşmasının vəstrategiyasının olmaması cəmiyyətdə fəal PR 
siyasətinin  zəifliyi,  media  ilə  passiv  əlaqələr,  sosial-siyasi,  iqtisadi  tövsiyə  və 
təşəbbüs funksiyanın gözə görünməməsi, dövlət institutları ilə zəif əməkdaşlıq, 
peşəkar kadrların çatışmazlığı və s. kimi nöqsanları şərtləndirir.
Müasir dövrdə Azərbaycanda ekspert birliyi ilə qərar qəbul edən şəxslər ara-
sında tələb və ehtiyac olan qarşılıqlı konstruktiv münasibətlər sistemi formalaş-
mamışdır.
5.2.Qanunvericilik bazası ilə bağlı yekunlar
Azərbaycanda “beyin mərkəzi” yeni bir siyasi subyekt olduğundan onun sadəcə 
QHT kimi yox, məhz “beyin mərkəzi” kimi adekvat statusdamöhkəmlənməsi üçün 
bir sıra addımların atılması vacibdir. 
Azərbaycanın mövcud qanunvericilik bazası bu gün üçün ABM anlayışını və 
onun funksiyalarını yerinə yetirən təşkilatların status, hüqüq və vəzifələrini əks et-
dirmir. ABM-lər ilə bağlı digər problemlərin hamısı, demək olar ki, məhz bu məsələ 
ilə sıx bağlıdır. İlk növbədə ABM-lərin qeydiyyatı məsələsi sadələşdirilməlidir. 
Konkret deyilsə, QHT bazasında yaradılmış “beyin mərkəzləri”nin fəaliyyəti 
“Qeyri-hökumət  təşkilatları  (ictimai  fondlar  və  birliklər)  haqqında”  qanunla 
tənzimlənməlidir. Lakin qanun, adından göründüyü kimi, yalnız birlik və fondları 
əhatə edir. Qanunun birinci maddəsində Azərbaycanda qeyri-hökumət təşkilatının 
tərifi verilir və bu kateqoriyaya yalnız birlik və fondlar daxil edilir. Lakin qanunda 
sadalanan “ictimai birlik” anlayışı, onun funksiyaları, işin təşkili, ümumiyyətlə, 
ABM-lərin nümunəsindən olduqca uzaqdır. 
Dünyanın  aparıcı  dövlətlərində  fəaliyyət  göstərən  BM-lər  ölkənin  siyasi 
proseslərində (seçkilər, qanun layihələrinin hazırlanması və müzakirəsi və s.) fəal 
iştirak  edirlər.  Lakin  13  iyun  2000-ci  il  tarixdə  qəbul  edilmiş  “Qeyri-hökumət 
təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının 
Qanununun” 2.4 maddəsi ABM-nin səlahiyyətlərini məhdudlaşdırır.
1
 
1  2.4.  Qeyri-hökumət  təşkilatı  Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan  Respublikası  Milli
Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım
göstərə bilməz. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq qeyri-hökumət təşkilatları
Azərbaycan  Respublikasında  keçirilən  prezident  seçkiləri,  Milli  Məclisə  seçkiləri  və  bələdiyyələrə  seçkiləri
müşahidə edə və exit-poll həyata keçirə bilərlər. Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin
seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı exit-polla əlaqədar
tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər. Qeyri-
hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında və öz nizamnaməsində nəzərdə tutulmuş qay-
dada hüquqi normativ aktların təkmilləşdirilməsi təklifləri ilə çıxış edə bilər.( 13 iyun 2008-ci il tarixli 649-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2008-ci il, № 190, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 699) ilə 2.4-cü maddənin ikinci cümləsində
“müşahidə edə” sözlərindən sonra “və exit-poll həyata keçirə” sözləri əlavə edilmişdir və 2.4-cü maddəyə yeni


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə