Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə92/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   88   89   90   91   92   93   94   95   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
261
Qanunda QHT-lərdə işləyənlərin kateqoriyaları, ümumiyyətlə, Azərbaycanda 
“beyin  mərkəzləri”nin  fəaliyyət  mexanizmlərini  əks  etdirmir.  Belə  ki,  qanunun 
8-ci maddəsinin birinci bəndində ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər 
və  köməkçilərin  aid  olması  bildirilir.  Dünya  və  Azərbaycan  praktikası  “beyin 
mərkəzləri”ndə təsisçilərin və əməkdaşların olmasını əks etdirir. Ümumiyyətlə, 
beyin məhsulunun hazırlanmasında iştirak edən bir təşkilata üzvlərin olması yox, 
analitik, ekspert və tədqiqatçıların olması vacibdir. 
ABM-lərin  hüquqi-qanunverici  statusu  və  qeydiyyatının  sadələşdirilməsi 
gündəmdə duran məsələlərdəndir. Sorğudan göründüyü kimi, milli məkanda fəal 
olan  bir  sıra ABM-lər  var,  lakin  onlar  qeydiyyatdan  keçə  bilməmişlər.  Bunun 
səbəbləri də onlara məlum deyil. 
“Beyin  mərkəzləri”nin  əsas  meyarlarından  biri  onlarıın  şəbəkələşməsi  və 
KİV-lərdə fəallığıdır. BM-lərin bir çoxu nəinki KİV-lərlə əməkdaşlıq etmir, on-
ların ümumiyyətlə rəsmi internet səhifələri də yoxdur. Bəzilərinin rəsmi saytları 
olsa da, orada layihələr, tərəfdaşlar, görülmüş və görüləcək işlər haqqında lazı-
mi məlumatlar əks olunmur. Təşkilatın fəaliyyətini əks etdirən illik hesabatlar da 
əksər  hallarda  bu  saytlarda  yerləşdirilmir.  Saytlar  informasiya  agentliyi  forma-
tında işləyirlər. Buna görədir ki, “beyin mərkəzi”nin rəhbəri KİV-lərə müsahibə 
verərkən o, mərkəzin rəhbəri kimi deyil, müstəqil ekspert kimi təqdim olunur və 
ictimai rəydə belə tanınır. Ümumiyyətlə, istisnalar olmaqla, Azərbaycanda “beyin 
mərkəzləri”nin internet şəbəkəsində fəaliyyəti gözəçarpan deyil. Şəbəkələşmə və 
əməkdaşlıq baxımından yalnız ekoloji profilli ABM-lərin internetdə fəallığı baş-
qaları üçün nümunə kimi qeyd edilə bilər.
 Təcrübə göstərir ki, zərurət yarandıqda lazımi addımlar atılır, fondlar yaradılır 
və dövlət tərəfindən hərtərəfli şəkildə dəstəklənir. Bu yuxarıda deyilən “innovasi-
on maliyyələşmə” metoduna da aiddir. “Azərbaycan-2020. Gələcəyə baxış” İnki-
şaf Konsepsiyası qəbul olunub. Bu, sənədin reallaşdırılması çərçivəsində sonrakı 
8-10 il ərzində ölkədə ÜDM-in iki dəfə artacağı güman edilir. Burada həlledici rol 
iqtisadiyyatın qeyri-neft sektoruna aid olacaq. Beyin mərkəzləri də fəaliyyətinin 
xüsusiyyətləri baxımından intellektual, qeyri-neft sektoruna aid təşkilatlardır.
Konsepsiyanın  reallaşması  yönündə  ölkədə  qeyri-neft  sektorunun,  İKT-nin 
inkişafına xüsusi diqqət ayrılır. Həm də hazırda bu sektor yüksək templərlə in-
kişaf edir. Hər il dövlət büdcəsinə ən çox daxilolmalar məhz bu sahəyə aid olur. 
RİTN  nəzdində  “Azərbaycanda  İnformasiya Texnologiyalarının  İnkişafı  Dövlət 
Fondu” yaradılıb. Fondun əsas məqsədi ideyalarını həyata keçirmək üçün qrant, 
eləcə  də  aşağı  faizlərlə  kreditlər  ayırmaqla  «Startup»ları  inkişaf  etdirməkdir. 
məzmunda üçüncü cümlə əlavə edilmişdir, üçüncü cümlə müvafiq olaraq dördüncü cümlə hesab edilmişdir.)


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
262
Bununla  yanaşı,  yerli,  eləcə  də  xarici  şirkətlərin  bazarını  formalaşdırmaq  üçün 
ölkədə texnoparklar yaradılır. Bu da «Startup» üçün əlavə imkanlar və şəraitlər 
vəd  edir.  Azərbaycanda  «Startup»lar  dövrü  başlayır.  Texnoparklar  üzrə  qanun 
layihəsi hazırlanıb. Azərbaycanda texnoparkların iştirakçıları üçün güzəştli şərtlər 
tətbiq  edirlər. Artıqgüzəştli  vergi  ödəmələrinin  tətbiqi  haqqında  da  qərar  qəbul 
edilib. Texnoparkın iştirakçıları olan bütün şirkətlər 7 il ərzində tam olaraq vergi 
ödəmələrindən azad olunacaqlar. Gələcəkdə fiskal və monetar güzəştlərin tətbiqi 
də nəzərdə tutulur.
Deyilənləri  nəzərə  almaqla  beyin  mərkəzlərinin  fəaliyyətini  tənzimləyən 
normativ-hüquqi bazanın formalaşdırılması üçün mövcud qanunvericiliyə əlavə 
və dəyişikliklər etmək, “beyin mərkəzləri”nininkişafı üçün də fond, yaxud “beyin 
mərkəzləri inkubatoru” yaratmaq olar. 
Daha bir məsələ dövlət və “beyin mərkəzləri” arasında tərəfdaşlıq, əməkdaşlıq 
ideyalar mübadiləsinin stabil, davamlı ənənəsinin yaradılmasıdır
Analitik mərkəzlərlə bağlı bir sıra tövsiyələri qeyd etmək olar ki, bu tövsiyələrə 
əməl edilməsi hər hansı mühitin müqavimətindən asılı olmayaraq onların siyasi 
statuslarının yüksəlməsinə kömək edə bilər.
 5.3. Tövsiyələr
Tədqiqatın gedişində əldə edilən nəticələr, sorğuda səslənən təklif və qənaətlər 
Azərbaycanda ABM-lərin  reallığı,  inkişafı  və  perspektivləri  ilə  bağlı  aşağıdakı 
məsələləri əhatə edən tövsiyələrin verilməsini şərtləndirir:
1.   ABM-lərin qeydiyyata alınması məsələsi;
2.   Davamlı maliyyə mənbələrinin mövcudluğu;
3.  ABM-lərin  fəaliyyəti  və  funksiyalarının  hüquqi-qanunvericilik  bazasının 
müəyyənləşməsi, yaxud ictimai birliklər haqqında qanuna əlavə və dəyişikliklər 
edilməsi;
4.   Özünü  QHT,  yaxud  ABM  kimi  identikləşdirmənin  meyarlarının 
müəyyənləşməsi.
Davamlı maliyyə mənbələrinin təminatı məqsədi ilə bu sahəyə maliyyə ya-
tırımları edən orta sinfi müvafiq vergilərdən azad etmək, bunun üçün banklar və 
dövlət tərəfindən güzəştli faizlərlə kreditlər vermək, aşağı gəlir tariflərini tətbiq 
etmək məqsədəuyğundur. Qrant və maliyyə mənbələrinə dair internet portalı da 
yaradıla bilər (məsələn: www.qrands.az). 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığın  mexanizmi  kimi 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
263
şəbəkələşmə və ölkədə “A-dan Z-yə” www.think.tank.az internet şəbəkəsini ya-
ratmaq günün tələbidir. Burada  reytinq dəyərləndirmələri keçirmək və s.-lə ABM-
lər üçün əlverişli inkişaf mühitinin formalaşmasına nail olmaq olar.
ABM-lər öz maliyyə mənbələrini, yaxud sifarişçi bazalarını şaxələndirməli və 
zənginləşdirməlidirlər. Tədqiqat istiqamətlərinin və araşdırmalarının ixtisaslaşma-
sı  və  genişləndirilməsi  müxtəlif  mənbələrdən  vəsait  cəlb  edilməsini  şərtləndirə 
bilər  (Qərbin  aparıcı  analitik  mərkəzləri  bu  strategiyadan  fəal  şəkildə  istifadə 
edirlər).
 ABM-lər intellektual istehsala yeni formalı – cari siyasi məsələlərlə (policy-
briefs) bağlı esse, konkret tövsiyəli arayışlar, təkliflər və s. kimi analitik məhsul 
daxil etməlidirlər.
ABM-lər  öz  məhsulunu  təqdim  etmək  üçün  müasir  vasitələrdən  (məsələn, 
yeni  texnologiyalar,  internet)  və  xüsusilə  də  “aqressiv  marketinq”  adlanan 
mexanizmlərdən (müxtəlif formalı tədbirlər, maarifləndirici məlumat vərəqələrinin 
yayılması və s.) istifadə etməlidirlər. 
Azərbaycanda QHT-lərin təşkilatlanma, tənzimlənmə və qeydiyyat məsələləri 
ali  idarəetmə  orqanı  olan  Ümumi  Yığıncaqda  müəyyən  edilir.  Bu,  BM-lərin 
fəaliyyəti və təşkilatlanması prinsiplərini əks etdirmir. Bu da öz növbəsində ölkə 
qanunvericiliyində “beyin mərkəzləri”nin iş praktikasının və idarə olunmasının 
əks edilmədiyinə dəlalət edir. Birlik və fondların prizmasından baxdıqda ABM-lər 
bunların heç birinə aid olmur. Bu məsələlərin həlli üçün: 
1. ABM-lərin fəaliyyətinin hüquqi bazasının yaradılması üçün qeyri-hökumət 
təşkilatları (ictimai fond və birliklər) haqqında qanunun 1-ci maddəsinə “beyin 
mərkəzi” və ya sadəcə “mərkəz” anlayışının əlavə olunması;
2.  “Beyin  mərkəzləri”nin  siyasi  proseslərdə  iştirakının  aktivləşdirilməsi 
məqsədi ilə ya adı çəkilən qanunun 2.4 maddəsinə əlavə edilməsi, ya da QHT-lərə 
Dövlət Dəstəyi Şurasının qrantları əsasında ayrıca siyasi araşdırmalar və ya “be-
yin mərkəzləri” fondunun yaradılması mühüm rol oynaya bilər. 
3. “Elm haqqında” qanun layihəsində elmi mərkəzlərin fəaliyyətinin əsaslarını 
tənzimləyən  maddə  də  əksini  tapmışdır.    Qanun  layihəsinin  17-ci  maddəsi  
“Elmi mərkəzlər” adlanır. 8 bənddən ibarət olan bu maddədə elmi mərkəzlərin 
fəaliyyətinin qanunverici əsaslarını təmin və  müəyyən edilir. 17-ci  Maddənin 
17.5  bəndində  deyilir: “17.5. Elm, təhsil və iqtisadiyyatın inteqrasiya mərkəzləri-
”texnopark”,  “texnopolis”,  “texnoinkubator”  və  s.elmi-tədqiqiat  potensialının. 
təhsil  və  innnovasiya    meylli  subyektlərlə  birləşdirilməsi  məqsədi  ilə  yaradılır. 
Göründüyü kimi burada inkişaf etmiş və innovasiyalı cəmiyyət quruculuğunun 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə