Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə89/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   85   86   87   88   89   90   91   92   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
251
həyata  keçirilməsi  diaqra-
mından  göründüyü  kimi,  son 
5  ildə  regional  məsələlər  və 
hərbi-təhlükəsizlik  kateqori-
yasına  aid  olan  BM-lərin  ak-
tivliyi  müşahidə  edilir,  lakin 
bu  aktivlik  dövlətə  verilən 
təklif  və  tövsiyələrdə  əks 
olunmur. Qeyd edilən mənzərə 
bu  sahədə  dövlət  –  “beyin 
mərkəzləri”  münasibətlərinin, 
onlar  arasında  əməkdaşlığın 
fəallaşmasını  tələb  edir,  Belə 
ki,  ABM-lərin  irəli  sürdüyü 
təşəbbüslər qarşılıqsız qalır. 
Cari  layihələr  üzrə  də 
sosial-iqtisadi  sahədə  fəaliyyət 
göstərən  ABM-lərin  üstünlüyü 
hiss  olunur.  Bununla  bərabər, 
regional  məsələlər  sahəsində 
fəaliyyət  göstərən  ABM-lər 
də  fəallıqlarını  artırmışlar. 
Hərbi-təhlükəsizlik  sahəsində 
fəaliyyət  göstərən  ABM-lərin 
kəmiyyət baxımından azlığı özünü göstərir. Lakin digər kateqoriyalarda vəziyyət 
əksinədir. İlk növbədə ictimai-siyasi istiqamətli ABM-lərin fəallığının səngiməsi 
hiss  olunur.  Əslində  bunun  vətəndaş  cəmiyyəti  təsisatlarının  elmi-intellektual 
araşdırmalara üz tutmasının nəticəsi olduğunu ehtimal etmək olar.
Azərbaycanda  “beyin  mərkəzləri”nin  maliyyələş-dirilməsində  xarici  donor-
lardan asılılıq hələ də olduqca böyükdür. Adı çəkilən maliyyə mənbələrinin 48 
faizini xarici donorlar, bununla müqayisədə dövlət tərəfindən maliyyələşdirmə 27 
faiz təşkil edir. 14 faiz şəxsi maliyyə imkanlarının, 11 faiz isə Azərbaycan biz-
nes təşkilatlarının payına düşür. Orta sinfin ABM-lərin maliyyə donoru qismində 
zəif iştirak etməsi yerli məkanda ən böyük problemlərdən biridir. Belə ki, yuxa-
rıda qeyd edildiyi kimi, inkişaf etmiş ölkələrdə məhz  biznes təşkilatları “beyin 
mərkəzləri”ni yaradır və maliyyələşdirir. Dövlət tərəfindən maliyyələşmənin sor-
ğu keçirilən ABM-lər məkanında 27 faiz təşkil etməsi o qədər  də aşağı göstərici 
deyil. Eyni zamanda, ABM-lərin davamlı inkişafına nail olmaq üçün orta sinfin 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
252
bu sahədə iştirakının qanun-
verici  əsasları  və  stimulları 
mümkün qədər tez müəyyən 
edilməli,  dövlət  dəstəyi  
bu  sahədə  daha  aşkar  hiss 
edilməlidir. 
Aşağıda  göstərilən  di-
aqramdan görünür ki, xarici 
donorlardan  asılılıq  kateqo-
riyalar arasında, demək olar 
ki, bərabər bölünmüşdür. Bu 
dinamika yalnız ekoloji sahədə bir qədər yüksək, hərbi-təhlükəsizlik sahəsində isə 
bir qədər aşağıdır.   
Azərbaycanda    ümumi  olaraq  bir  il  ərzində  “beyin  mərkəzləri”nin  büdcəsi 
565  800  manat  təşkil  edir.  Bu  göstərici  üzrə  sosial-iqtisadi  sahədə  fəaliyyət 
göstərən BM-lər ümimi vəsaitlərin 52 faizini təşkil edir. Azərbaycanda vətəndaş 
cəmiyyəti bazasında yaradılan ABM-lərin təhlilinin yekunları  bu sahənin inki-
şafına  bir  çox  amillərin  maneə  yaratdığını  göstərir.  Ən  başlıca  problemlərdən 
biri ABM-lərin  maliyyələşdirilməsi  ilə  bağlıdır.  Maliyyələşmənin  davamlı  olan 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
253
dövlət  və  ya  qeyri-dövlət 
mənbələri yoxdur. Nəticədə 
BM  funksiyalarına  trans-
formasiya  olunmaq  istəyən 
ayrı-ayrı  təşkilatlar  davam-
lı  maliyyə  mənbələrinin 
yoxluğu  səbəbindən  QHT 
funksiyalarını 
yerinə 
yetirmək  məcburiyyətində 
qalırlar. Bu da son məhsulun 
keyfiyyətində  və  həcmində 
əksini tapır. 
Məhdud maliyyə imkanları, müvafiq olaraq, zəif kadr potensialının mövcudlu-
ğunu şərtləndirir. ABM-lərdə daimi əsaslarda orta hesabla 2-3 əməkdaş işləyir. İs-
tisna olaraq yalnız sosial-iqtisadi sahəni qeyd etmək olar ki, burada bu göstəricilər 
2-2.5  dəfə  artıqdır.  Xarici  donorların  qrantları  qısamüddətli  olur  (1-2  il).  Bu 
vəziyyət, yəni  stabil kadr resursunun olmaması hər dəfə yeni layihə üçün yeni 
kadrların axtarılmasına, vaxt itkisinə və sonda işin keyfiyyətinə təsir edir.


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
254


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
255
V
FƏSİL
NƏTİCƏLƏR 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
256
5.1. Yekunlar
Azərbaycanda  “beyin  mərkəzləri”  ictimai-siyasi  sistemin  yeni  subyektidir. 
ABŞ-ın və Avropanın “beyin mərkəzləri”nin 100 ildən çox olan tarixi fonunda yer-
li “beyin mərkəzləri”nin 15-20 illik tarixi müddətində onların fəaliyyəti, dövlətin 
bu sahəyə xüsusi qayğısı və dəstəyinin formalaşması, dünya “beyin mərkəzləri” 
məkanına inteqrasiya etməsi təqdirəlayiq haldır. 
Azərbaycanda  “beyin  mərkəzləri”nin  yaranması  dövlət  müstəqilliyinin  əldə 
edilməsindən  sonra  başlamış,  lakin  əsas  canlanma  2000-ci  ildən,  xüsusilə  də 
2003-cü ildən sonraya təsadüf edir. Azərbaycanda 2003-cü ildən etibarən 40-a ya-
xın yeni “beyin mərkəzi” yaranmışdır. Bu fəallığın səbəbləri sırasında:
1.   Ümummilli lider Heydər Əliyevin neft strategiyasının reallaşmasının nəticəsi 
kimi Azərbaycanın iqtisadi inkişafın lideri səviyyəsinə çıxması;
2.   Dövlət başçısı İlham Əliyevin “təbii resursların,“qara” qızılın insan kapitalına 
çevrilməsi”ni bəyan etməsi
3.   2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı 
ilə  SAM-ın,  həmçinin  QHT-lərə  Dövlət  Dəstəyi  Şurasının  yaradılması  və 
vətəndaş  cəmiyyətinin  subyektlərinin  inkişafına  dövlətin  birbaşa  maliyyə 
dəstəyinin formalaşması həlledici yer tutur. 
Eyni zamanda, on ildə “beyin mərkəzləri”nin kəmiyyət baxımından inkişafının 
sürəti onların fəaliyyətinin keyfiyyətində hələ ki, əks olunmamışdır. Ölkədəki “be-
yin mərkəzləri”nin qarşısında bir sıra kompleks problemlər durur.
Azərbaycanda BM institutunun Qərbdəki həmkarları ilə müqayisəsinə gəldikdə 
isə  qeyd  etmək  lazımdır  ki,  onların  təşkilatlanma  proseslərini  keçdikləri  tarixi-
siyasi,  ictimai,  mədəni,  hüquqi,  texnoloji  mühitin  özünəməxsusluğu  (nisbətən 
daha az rəqabətsizliyi) və yeni fenomen olması, kadr, maddi, sosial təcrübə və 
resursların çatışmazlığı və s. amillərlə şərtlənmişdir. Həmin amillərə misal kimi 
aşağıdakıları göstərmək olar:
  Əksər  ABM-lər  bilavasitə  özlərinə  məxsus  olmayan  funksiyaları  daşımaq 
və  başlıca  missiyasını  icra  etmək  iqtidarında  deyil.  Funksiyalar  dedikdə:  alter-
nativ  və  kreativ  ideya  və  təkliflər  irəli  sürmək,  innovasiyalı  cəmiyyətdə  sosial 
təşəbbüskarlığın episentri olmaq, mütərəqqi transformasiyaların, yeniliklərin stra-
tegiya  və  taktikalarını  araşdırmaq  və  ifadə  etmək,  ictimai  maraqları  cəlb  edən, 
səsləndirən və cəmləyən strukturlar olmaq və s. nəzərdə tutulur.
Hələlik bu gün üçün siyasi elita və ABM-lər arasındakı münasibətlərin infrast-
rukturu formalaşmamışdır. Buna görə də mərkəzlərin siyasi subyektlərlə (iri sahib-
karlar, yüksək vəzifəli şəxslər, siyasi təşkilatlar və s.) əməkdaşlıq münasibətləri, 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə