Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə84/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   80   81   82   83   84   85   86   87   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
234
5 il ərzində layihələrin sayı
11.8
71
5 il ərzində hesabatların sayı
0.3
2
5 il ərzində konfransların sayı
4.2
25
5 il ərzində məqalələrin sayı
35
210
5 il ərzində dövlətə təkliflərin sayı
0.2
1
4.10. Təhlükəsizlik və hərbi sahədə fəaliyyət göstərən 
Araşdırma və Beyin Mərkəzləri
 
“Atlas” Araşdırmalar Mərkəzi 
Mərkəz 2005-ci ildə yaradılmış, hələlik qeydiyyatdan keçməmişdir. Təsisçiləri 
Elxan Şahinoğlu və Afət Quliyevadır. Hazırkı rəhbəri Elxan Şahinoğludur. 
Mərkəzin əsas fəaliyyət istiqamətləri siyasi və təhlükəsizlik araşdırmaları, siyasi 
sənədlərin  hazırlanması,  bölgədəki  proseslərin,  Dağlıq  Qarabağ  münaqişəsinin 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
235
həllindəki  danışıqlar  prosesinin  izlənilməsi,  bu  mövzulara  aid  kitabların  nəşri 
və  dəyirmi  masaların  təşkilidir.  Məqsədi  Azərbaycanın  milli  və  təhlükəsizlik 
maraqlarına  birbaşa  və  dolayısıyla  toxunan  məsələlərin  araşdırılması,  bunların 
analiz, şərh, müsahibə, dəyirmi masalar yolu ilə geniş ictimaiyyətə çatdırılmasıdır. 
Mərkəzin büdcəsi ianələr əsasında formalaşır. Qərargahı Bakı şəhəri, Musabəyov 
qəsəbəsi, Mirəli Seyidov küçəsi, mənzil 47 ünvanında yerləşir, iki otaqdan ibarətdir 
və kompüterlərlə təchiz olunmuşdur. Veb-portalı hazırlanmaqdadır. 
Mərkəz beynəlxalq səviyyədə Türkiyənin iki araşdırma mərkəzi ilə sıx əlaqələr 
qurub.  Bunlar  21-ci  Əsr  Türkiyə  İnstitutu  və  “Qafqaz”  Strateji  Araşdırmalar 
Mərkəzidir.  Mərkəzin  rəhbəri  Elxan  Şahinoğlunun  təhlilləri  Türkiyənin  bu  iki 
mərkəzinin dərgilərində yer alır. Bununla bərabər, Mərkəz Kiyevdə yerləşən Yaxın 
Şərq Araşdırmaları Mərkəzi ilə də əməkdaşlıq edir.  Mərkəzin rəhbəri mütəmadi 
olaraq xarici ölkələrdə keçirilən konfranslara dəvət alır. Sonuncu belə konfrans 
Latviyadakı Soros Fondu nümayəndəliyinin dəvəti ilə 2010-cu ilin dekabr ayında 
həyata  keçirilib.  E.Şahinoğlu  Riqada  iki  məruzə  ilə  çıxış  edib.  “Azərbaycanın 
daxili  və  xarici  siyasəti”  mövzusunda  birinci  məruzə  Latviya  ekspertləri  və 
diplomatları  qarşısında  edilib.  İkinci  məruzə  isə  Latviya  Sosial  Tədqiqatlar 
İnstitutunun tələbələri qarşısında həyata keçirilib. İkinci məruzə daha çox Dağlıq 
Qarabağ münaqişəsinin yaranma tarixi və indiki durumunu əhatə edib. Mərkəzin 
rəhbəri  ayrı-ayrı  illərdə  NATO-nun  mənzil-qərargahına  dəvət  alıb.  ABŞ-da 
“Münaqişələrin həlli və onların qarşısının alınması” mövzusunda keçirilən tədbirlə 
bağlı 24 günlük səfərdə olub. Həmçinin bir neçə il əvvəl Misir və Livanda olan 
Elxan Şahinoğlu buradakı siyasi durum haqqında təhlillərlə çıxış edib. Mərkəzin 
rəhbəri Yunanıstanda  yaşayan  türklərin  durumunu  araşdırmaq  məqsədilə  Qərbi 
Trakyada da 10 günlük səfərdə olub. Səfərdən sonra o, Qərbi Trakyadakı türklərin 
problemləri mövzusunda silsilə yazılarla çıxış edib.
Mərkəz fəaliyyətə başladığı gündən bu günədək onlarla tədqiqat layihəsi həyata 
keçirmişdir. Bu araşdırmaların əsas mövzuları “Dağlıq Qarabağ münaqişəsinin həlli 
yolları”, “Xəzərin statusundakı son durum”, “Azərbaycan-Türkiyə müasibətlərinin 
bu  günü  və  perspektivi”,  “Gürcüstanla  strateji  əlaqələrin  üstünlüyü”,  “Rusiyanın 
Cənubi  Qafqazdakı  rolu”,  “İranda  mümkün  dəyişikliklər  və  Güney  Azərbaycan 
problemi”, “Azərbaycanın hərbi doktrinasının üstünlükləri” və s. olmuşdur.
Mərkəz  bir  neçə  konfrans  həyata  keçirmişdir.  Son  iki  konfrans  “Cənubi 
Qafqazda sabitlik və inkişaf platformasının gerçəkləşməsi imkanları” və “Dağlıq 
Qarabağın statusu necə olmalıdır?” mövzularında olub.
Mərkəz rəhbərinin son kitabı isə “Dağlıq Qarabağ: statussuz status” adlanır. 
2010-cu  ilin  sonunda  çap  edilən  kitabda  dünyada  mövcud  olan  10  status 
modelindən  söhbət  açılır  və  bu  modellərin  Dağlıq  Qarabağa  tətbiqi  imkanları 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
236
araşdırılır. Alınan nəticəyə görə, ərazi bütövlüyünü əsas tutan modellərdən hər biri 
Dağlıq Qarabağ üçün münasibdir. 
Mərkəzin dövlət qurumları, o cümlədən Xarici İşlər Nazirliyi ilə əlaqələri yox 
dərəcəsindədir. Dövlət qurumları Mərkəzin araşdırmaları və tövsiyələri ilə çap və 
elektron mediası vasitəsilə tanış olsalar da, Mərkəzlə təmasları yoxdur.
Mərkəzin  layihələri  yalnız  öz  büdcəsi  hesabına  həyata  keçirilir,  sifarişlər 
əsasında beynəlxaq səviyyəli layihələr də reallaşdırılır. Bu sıraya daha çox siyasi 
sənədlərin (policy paper) hazırlanması aiddir.
Mərkəz hazırda bir neçə layihə üzərində çalışır. Bunlardan biri ərəb dünyasında 
baş verən son hadisələrin analizi və bunların Cənubi Qafqaza təsir imkanlarının 
araşdırılmasıdır. Digər layihə Mərkəzin hər zaman üzərində çox çalışdığı “Dağlıq 
Qarabağ  münaqişəsinin  hazırkı  danışıqlar  raundunun  monitorinqi”dir.  Başqa 
sözlə,  Mərkəz  “Növbəti  il  münaqişənin  həllində  önəmli  il  ola  bilərmi”  sualına 
cavab tapmağa çalışır.  
Mərkəz “Dağlıq Qarabağ və təhlükəsizlik” mövzusunda xeyli araşdırma həyata 
keçirməsinə  baxmayaraq,  qeydiyyatı  olmadığından  QHT-lərə  Dövlət  Dəstəyi 
Şurasının müsabiqələrində iştirak edə bilmir və nəticədə problemlər yaşanır. 
Əməkdaşlığın  prioritet məsələlərinə gəldikdə isə, Mərkəz heç olmasa ayda 
bir dəfə fikir mübadiləsinin, birgə “beyin hücumu”nun təşkil edilməsini, analitik 
məhsulların birgə hazırlanması və ya mübadiləsini vacib sayır. Mərkəzin rəhbəri 
hesab  edir  ki,  necə  ki  mətbuata  və  QHT-lərə  Dövlət  Dəstəyi  Şuraları  fəaliyyət 
göstərir, eləcə də mövcud və özünü təsdiq etmiş ABM-lərin də dövlət dəstəyinə 
ehtiyacı var.
    
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM)
Mərkəz  2006-cı  ilin  mart  ayında  yaradılmış  və  2009-cu  il  fevralın  19-da 
qeydiyyatdan  keçmişdir. Təsisçiləri  Hatəm  Cabbarlı,  İlham  Həsənov  və  Elmira 
Məmmədovadır. Rəhbəri Hatəm Cabbarlıdır. 
Mərkəz  Azərbaycanın  milli  mənafeyinin  qorunmasının  önündəki  fürsət  və 
əngəlləri, təhlükəsizliyini təhdid edən problemləri aydınlaşdırmaq və analiz etmək, 
elmi fundamental siyasət və bu siyasətə uyğun strategiyalar hazırlamaq, bunları 
dövlət  və  ictimaiyyətlə  paylaşaraq  milli  təhlükəsizlik  mədəniyyətinin  inkişaf 
etdirilməsi çalışmaları ilə regional və qlobal stabillik və sülhə xidmət etməyi hədəf 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə