Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə82/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   78   79   80   81   82   83   84   85   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
228
8.  “Qarabağ problemi: sülh imkanları və risklər” mövzusunda kitabın hazırlanması 
(Türkiyədə çap olunub)
9.  Rusiya-İran münasibətləri (xüsusi tədqiqat);
10. Türkiyə-İsrail münasibətləri (xüsusi tədqiqat); 
11. Rusiya Federasiyasının Qafqaz siyasəti (xüsusi tədqiqat);
12. Azərbaycanla Türkiyə arasında hərbi münasibətlər (xüsusi tədqiqat);
13.  Qarabağ problemi: yolun harasındayıq (xüsusi tədqiqat, silsilə yazılar şəklində 
türk mediasında dərc olunub).
Bununla  bərabər  Mərkəz  Dağlıq  Qarabağ  problemi  üzrə  1  elmi  konfrans 
keçirmişdir. Layihələr dövlət, xarici donorlar və təşkilatın öz imkanları tərəfindən 
maliyyələşdirilmişdir. 
Mərkəz  tərəfindən  həyata  keçirilmiş  beynəlxalq  səviyyəli  layihələrin  sayı 
4-dür: 
-  Cənubi  Qafqaz  -  gənc  liderlər  zirvəsi,  Azərbaycan  üzrə  fəaliyyətlərin 
koordinasiyası;
-  Türkiyə  Respublikasında  (universitetlərdə,  “beyin  mərkəzləri”ndə  və  s.) 
Azərbaycan tarixinin, coğrafiyasının, mədəniyyətinin, bayramlarının və əsas 
problemlərinin  tanıdılması,  ikitərəfli  münasibətlərə  töhfə  fəaliyyətlərinin 
koordinasiyası.
Hal-hazırda  Mərkəz  beynəlxalq  münasibətlər  üzrə  xüsusi  jurnalın  dərc 
olunması və  “Inside Caucasus” adlı kitabın hazırlanması üçün Azərbaycan üzrə 
fəaliyyətlərin koordinasiyasını həyata keçirir. 
Mərkəz 5 il ərzində 200-dən çox kitab, hesabat və məqalə hazırlamış və çap 
etdirmiş,  50-yə yaxın tədqiqat layihəsi həyata keçirmişdir. 
Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı  genişləndirmək 
ideyalarına müsbət yanaşır.
Qafqaz Etnososial Araşdırmalar Mərkəzi
Mərkəz  2006-ci  il  martın  7-də  yaradılmış,  həmin  il  sentyabrın  29-da 
qeydiyyatdan  keçmişdir.  Təsisçiləri Yaqub Yaqubov  və  Elşən  Hacıyevdir.  Hal-
hazırda rəhbəri Vəfa Həsənovadır. 
Mərkəzin əsas məqsədi və vəzifəsi Qafqazda gedən prosesləri öyrənmək və 
araşdırmaqdır. 
Qərargahı  Bakı  şəhəri,  Nəsimi  rayonu,  F.Qasımzadə    küçəsi,  36  ünvanında 
yerləşir. İnternet səhifəsi www.qesam.org-dur. Mərkəzin bir xarici səfəri olmuşdur. 
Mərkəz “Ermənistan Respublikası” (məlumat-sorğu kitabçası) adında  tədqiqat 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
229
layihəsi və “Ermənistan Respublikası Cənubi Qafqazda separatizmi dəstəkləyən 
qüvvə kimi” adında elmi konfrans keçirmiş, 2 hesabat və 1 kitab nəşr etdirmişdir. 
Dövlət siyasətinin təkmilləşdirilməsi məqsədi ilə “Ermənistan Respublikası” 
(məlumat-sorğu  kitabçası)  güc  strukturları  və  müvafiq  dövlət  orqanlarının 
kitabxanalarına göndərilmişdir. 
Hal-hazırda  Mərkəz  2  tədqiqat  layihəsinin  üzərində  işləyir.  Bunlar  erməni 
diasporları xəritəsi və onların potensialları haqqında məlumat-sorğu kitabçası və  
Gürcüstan haqqında məlumat kitablarıdır. 
Mərkəz  tərəfindən  Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı 
genişləndirmək və artırmaq məqsədi ilə aşağıda qeyd olunan təkliflər verilmişdir:
-  mütəmadi olaraq Ermənistanda baş verən daxili proseslər və erməni amili ilə 
bağlı bütün məsələlər üzrə dəyirmi masa və konfransların keçirilməsi;
-  Ermənistandakı  müasir  etnik  vəziyyət  üzrə  dövlət  və  qeyri-hökumət 
qurumlarının birgə layihələr həyata keçirməsi;
-  İlin analitik kitabı müsabiqəsi;
-  Problemli sahələr üzrə refleksiv qrupların təşkil olunması; 
-  “Beyin hücumu”nun təşkil edilməsi üçün “beyin hücumu”nun razılaşdırılmış 
komponentlərinin bölüşdürülməsi;
-  Azərbaycanı  əhatə  edən  bütün  dövlətlərin  milli  tərkibləri,  daxili  siyasətləri, 
beynəlxalq  fəaliyyətləri,  iqtisadi  imkanları,  hərbi  gücü,  siyasi  partiya  və 
təşkilatları,  mədəniyyətlərinin  inkişafı  və  ümumi  vətəndaş  tipinin  müəyyən 
edilməsinə dair tədqiqatların aparılması.
Qafqaz Tədqiqat Resurs Mərkəzi 
Mərkəz  2003-cü  ildə  Avrasiya  Əməkdaşlıq  Fondu  (AƏF)  tərəfindən  təsis 
edilmişdir.  2008-ci  ildə  AƏF-in  tərkibində  qeydiyyatdan  keçmişdir.  Hazırkı 
rəhbəri Gürsel Əliyevdir. 
Mərkəzin  əsas  fəliyyət  istiqaməti  sosialdır.  Əsas  məqsədi  yüksək  səviyyəli 
tədqiqat  resurslarından  istifadə  etmək  imkanlarının  artırılmasına,  sosial 
tədqiqatlarla  və  praktiki  fəaliyyətlə  məşğul  olan  alimlərin,  mütəxəssislərin 
potensialının  gücləndirilməsinə,  dialoq  və  əməkdaşlığın  genişləndirilməsinə 
yardım göstərməkdir.
Mərkəzin illik budcəsi:


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
230
Texniki: 7 789 USD
Tədqiqat: 28 700 USD
Kitab: 10 000 USD
Təqaüd proqramları: 25 500 USD
Konfransların və təqdimatların təşkili: 15 850 USD.
Mərkəzin  qərargahı  Bakı  şəhəri,  B.Səfəroğlu  küçəsi,  122  ünvanında  (Xəzər 
Universitetinin  2-ci  mərtəbəsində)  yerləşir  və  3  otaqdan  ibarətdir.  Sürətli 
internet və kompüterlərlə təchiz edilmişdir. İnternet səhifəsi www.crrc.az, www.
crrccenters.org-dur.  Mərkəzdə  daimi  əsaslarda  6,  müddətli  müqavilə  əsasında 
isə  il  ərzində  3-4  nəfər  işləyir.  Mərkəzdə  Kitabxana,  Kompüter  laboratoriyası, 
Proqram şöbəsi adında şöbələr fəaliyyət göstərir. Mərkəzin xaricdə rəsmi tərəfdaşı 
özünün Gürcüstandakı regional ofisidir. Bununla bərabər, Mərkəzdə il ərzində 4-5 
xarici səfər təşkil olunur. 
Mərkəz 5 layihə həyata keçirmişdir: 
1.  Parlament köməkçi üzvlərinin sorğusu (DAI Inc., Azərbaycanda Parlament 
Proqramı USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi);
2.  Azərbaycanda sosial müdafiə və sosial inteqrasiyaya dair tədqiqat (Avropa 
Komissiyası, DG Məşğulluq, Sosial İşlər və Bərabər İmkanlar);
3.  Ermənistan və Azərbaycanda obyektiv media əhatə dairəsi (Xarici 
Əməkdaşlıq Birliyi); 
4.  Azərbaycanda hüquq və məhkəmə sisteminin tədqiqatı və Fokus Qruplar 
(GTZ);
5.  Transölkələr ticarət əməkdaşlığının Azərbaycan və Gürcüstan (GİZ) arasında 
öyrənilməsi.
Hər il təxminən 50 açıq mühazirə təşkil edir. 
Mərkəz “Azərbaycanda sosial qoruma və sosial müdaxilə” adında beynəlxalq 
hesabat  hazırlamışdır.  (e-versiyası:  http://ec.europa.eu/social/main.jsp?catId
=89&langId=en&newsId=1045&moreDocuments=yes&tableName=news). 
Layihələrin həyata keçirilməsində yerli və xarici donorlar dəstək olur. 
Hal-hazırda Mərkəz: 
1.  DAI  Inc.,  USAID-in  Azərbaycandakı  Parlament  Proqramının  -  Parlament 
köməkçi üzvlərinin sorğusunu;
2. ACİ Beyin Mərkəzi Fondunun - gənc tədqiqatçılar üçün təqaüd proqramlarını 
həyata keçirir. 
Bununla bərabər, Mərkəz 5 il ərzində 5 tədqiqat layihəsi həyata keçirmişdir. 
Mərkəz  problem  istiqamətlər  üzrə  birgə  tədqiqat  layihələrinin  həyata 
keçirilməsini  Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığın 
genişləndirilməsində əsas vasitə hesab edir. 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə