AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
260
mənbələrinin, ixtisaslaşmasının vəstrategiyasının olmaması cəmiyyətdə fəal PR
siyasətinin zəifliyi, media ilə passiv əlaqələr, sosial-siyasi, iqtisadi tövsiyə və
təşəbbüs funksiyanın gözə görünməməsi, dövlət institutları ilə zəif əməkdaşlıq,
peşəkar kadrların çatışmazlığı və s. kimi nöqsanları şərtləndirir.
Müasir dövrdə Azərbaycanda ekspert birliyi ilə qərar qəbul edən şəxslər ara-
sında tələb və ehtiyac olan qarşılıqlı konstruktiv münasibətlər sistemi formalaş-
mamışdır.
5.2.Qanunvericilik bazası ilə bağlı yekunlar
Azərbaycanda “beyin mərkəzi” yeni bir siyasi subyekt olduğundan onun sadəcə
QHT kimi yox, məhz “beyin mərkəzi” kimi adekvat statusdamöhkəmlənməsi üçün
bir sıra addımların atılması vacibdir.
Azərbaycanın mövcud qanunvericilik bazası bu gün üçün ABM anlayışını və
onun funksiyalarını yerinə yetirən təşkilatların status, hüqüq və vəzifələrini əks et-
dirmir. ABM-lər ilə bağlı digər problemlərin hamısı, demək olar ki, məhz bu məsələ
ilə sıx bağlıdır. İlk növbədə ABM-lərin qeydiyyatı məsələsi sadələşdirilməlidir.
Konkret deyilsə, QHT bazasında yaradılmış “beyin mərkəzləri”nin fəaliyyəti
“Qeyri-hökumət təşkilatları (ictimai fondlar və birliklər) haqqında” qanunla
tənzimlənməlidir. Lakin qanun, adından göründüyü kimi, yalnız birlik və fondları
əhatə edir. Qanunun birinci maddəsində Azərbaycanda qeyri-hökumət təşkilatının
tərifi verilir və bu kateqoriyaya yalnız birlik və fondlar daxil edilir. Lakin qanunda
sadalanan “ictimai birlik” anlayışı, onun funksiyaları, işin təşkili, ümumiyyətlə,
ABM-lərin nümunəsindən olduqca uzaqdır.
Dünyanın aparıcı dövlətlərində fəaliyyət göstərən BM-lər ölkənin siyasi
proseslərində (seçkilər, qanun layihələrinin hazırlanması və müzakirəsi və s.) fəal
iştirak edirlər. Lakin 13 iyun 2000-ci il tarixdə qəbul edilmiş “Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununun” 2.4 maddəsi ABM-nin səlahiyyətlərini məhdudlaşdırır.
1
1 2.4. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Milli
Məclisinin və bələdiyyələrin seçkilərində
iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım
göstərə bilməz. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq qeyri-hökumət təşkilatları
Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Milli Məclisə seçkiləri və
bələdiyyələrə seçkiləri
müşahidə edə və exit-poll həyata keçirə bilərlər. Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin
seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı
exit-polla əlaqədar
tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər. Qeyri-
hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında və öz nizamnaməsində nəzərdə tutulmuş qay-
dada hüquqi normativ aktların təkmilləşdirilməsi təklifləri ilə çıxış edə bilər.( 13 iyun 2008-ci il tarixli 649-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2008-ci il, № 190,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 699) ilə 2.4-cü
maddənin ikinci cümləsində
“müşahidə edə” sözlərindən sonra “və exit-poll həyata keçirə” sözləri əlavə edilmişdir və 2.4-cü maddəyə yeni