Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə30/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   101

62
O, gəlib Dədə bəyin yanında oturdu. Oturan kimi xidmətçi aftafa-ləyən gətirdi, o əllərini 
yudu.  Məhrəba  ilə  qurulayandan  sonra  yeməyə  başladı.  Dədə  bəy  bütöv  bişirdikləri  qoyunun 
budunu götürüb iri, ağ sağlam dişlərinə çəkirdi. Hüseyn Lələ göy şirli nimçəsinə düyü çəkdi. 
– İndi məni başa düşdün? 
– Hansı? – Dədə bəyin fikri yeməyin yanında idi. Hüseyn Lələ susdu. Fikrindən keçdi ki, 
düzdür,  o  vaxt  Şeyx  Heydərə  qoşulmuşdu.  İndi  üstündən  xeyli  keçib.  Şeyx  Heydər  yoxdu 
qabaqda.  Bəlkə  də  heç  bu  işə  qoşulmayacaq.  Varı,  dövləti,  ilxıları.  Ağrımaz  başına  dəsmal 
bağlamaq istəməz. Bəlkə də bu sirri ona nahaq yerə dedi. Bu da Şirvana hücum deyildi ki, var-
dövlət  çoxlarını  yoldan  çıxarıb  aparsın.  Şeyx  Heydərin  uşaqlarının  xilası  qan  tökmək,  qurban 
vermək tələb eləyir. Onların sağ-salamat çıxmağı bir tərəfdən, dünənki körpə uşaqlar bu hərəkatı
başa düşüb ona başçılıq edə biləcəklərmi? Bu qədər sualları olan bir məsələyə baş qoymaq hər 
adamın işi deyil. 
– Hansı söhbəti deyirdin? 
– Şeyxin övladları. 
– O qalanı dağıdaq. – Dədə bəy elə dedi ki, guya məclisdəki düyü təpəsini dağıtmaqdan 
gedirdi söhbət. 
– Mümkün deyil. Onlara hücum çəksək, uşaqları Allah eləməmişkən, elə ordaca. 
–  Onda  tədbiri  tök,  məndən  nə  asılıdı,  mən  hazır.  Rəhmətlik  Şeyx  Heydər  bir  dəfə  bura 
gəlmişdi.  Oturmuşduq  alaçığın  qabağında,  gözəl  də  bir  gün  idi.  Dedi  Dədə  bəy,  ilxıları  artır, 
lazım olacaq. Əlimi qaldırıb qoydum gözlərimin üstünə. O vaxtdan xeyli artıb. 
Hüseyn  Lələ  bəy  də  yeməyə  girişdi.  Gördü  ki,  var-dövlət  onun  ürəyini  hələ  döndərə
bilməyib. 
– Dədə bəy, qalanı üzük qaşı kimi araya almalıyıq. Yoxsa, uşaqlar əldən çıxar. Onları xilas 
edə bilməsək bizim başladığımız iş heç bir nəticə verməyəcək. 
Səkinə xalanın cürə sazı İsmayılı ovsunlamışdı. Tez-tez özünü onun yanına verir, çaldırır, 
qulaq  asır,  özü  çalmaq  öyrənirdi.  Səkinə  ona  dastanlar  danışır,  bu  dastanlar  qurtarmaq  bilmir, 
İsmayıl da elə hey qulaq asmaq istəyirdi. Amma səsi yox idi. Oxumurdu, çalırdı, sözlərini deyir, 
yenə çalırdı. 
– Rəhmətlik atam sağ olaydı, oxuyaydı, onda bilərdin aşıq nədi, atam-anam. 
Səkinə xala, Ruhani çaldınız ha, sonra sözlərini niyə demədiniz? 
– Çünki o şair batin əhli olub. Yanğısı da havada qalıb. Sözsüz də bəlli deyilmi? 
 
– Elə bu havaların hamısı yanğılıdı. 
Səkinə sazı döşünə basıb mizrabı cəsarətlə simlərə vurdu. Hücrəni qüdrətli bir musiqinin 
ahəngi  doldurdu.  İsmayıla  elə  gəldi  ki,  bəs  daş  divarlar  da  cingildədi,  cana  gəldi,  səs  verdi. 
İsmayıl otura bilmədi. Ayağa qalxdı. Elə bildi ki, boyu bir az da ucaldı, məğrurlaşdı. Bu hava 
onu heyran eləmişdi. Ürəyini dağa döndərmişdi. 
Sultanəli də gəlib qardaşı ilə yanaşı dayandı. Balaca qardaş qeyri-ixtiyari sağ qolunu onun 
kürəyinə  qoyub  qucaqladı,  sifətini  onun  qoluna  söykəyərək  iri,  ağıllı  gözlərini  bu  sehrli  səslər 
verən saza dikdi.  
Elə  bil  qabaqda  bir  atlı  çapırdı.  Yuxarı  qaldırdığı  qılıncından  odlu  şimşəklər  çaxırdı. 
Günəşin zərrələri qılıncın iti tiyəsində doğram-doğram olub hər zəri bir tərəfə uçurdu. Ağ at elə
bil qanad açmışdı. Yox, heç bir qartal belə hündürdə, belə həvəslə, can-dildən, ildırım kimi uça 
bilməz. O, qarşısına çıxan qayaları da yıxardı. At üstündəki adam bir anlığa başını geri qaytardı. 
Sifəti gün kimi alışıb yandı. Onun dodaqlarından nə’rə qopdu. 
– Oğullarım, ürəkli olun, arxamca gəlin, açın bu yolları. 
Amma  atlı  nə  qədər  çapırdısa  onlardan  uzaqlaşa  bilmirdi.  Çünki  onların  özləri  də  at 
belində idilər, irəli şığıyırdılar. 
Qarşıdakı  atlının  yolu  üstünə  alova  bürünmüş  köz  dağı  çıxdı,  Savalana  oxşayırdı. 
Yolundan  dönmədi,  atı  bu  dağın  üstünə  sürdü.  At  dördnala  dağın  başına  qalxdı.  Nallarından 
qucaq-qucaq  çınqı  tökülürdü.  Köhlən  bu  alovda  yanmırdı,  onun  rənginə  boyanmışdı,  al  rəngə
düşmüşdü.  Ancaq  sür’əti  azalırdı.  O  birdən-birə  qabaq  ayaqlarını  yerə  vurub  dayandı.  Zirvəyə 


63
çatmışdı.  Atlı  əmud  keçirdiyi  qolunu  qaldırıb  əlini  qaşlarının  üstünə  qoydu.  Burdan  hər  yer 
görünürdü. Buradan yaşıl düzənlər, diş-diş dağlar, burulğanlı çaylar... 
Musiqi kəsildi. 
– Bu havaya deyirlər: “Misri”. Səkinə xalanın səsi onu ayıltdı. 
– Çal, Səkinə xala, çal. 
Saz yenə dilə gəldi. 
Elə bil qayalardan, mamırların göz yaşından duru sular süzüldü, qotur, daş teştlərdən gur 
axınla  tökülüb  şəlalə  oldular.  Meşələr  çiçək  açdı.  Quşlar  min  bir  səslə  oxumağa  başladılar. 
Düzənlərdə  yovşanlar  yaşıl  otlar  arasında  boz-bənövşəyi  rəngə  çaldılar.  Onların  dibindən 
bənövşələr qalxdı. Bənövşənin iyi yovşan iyinə qarışdı. Yovşanların üstündən ceyran sürüləri ox 
kimi  süzüb  keçdi,  torağayları  hürküdüb  göylərə  qaldırdılar.  Torağayın  nəğməsi  zirvələrdə
eşidildi.  Firuzə  rəngli  dağların  başında  pambıqdan  ağ  buludlar  topa-topa  dayanmışdı.  Torağay 
səsi  o  buludları  firuzə  dağların  başından  ayırdı.  Buludlardan  ağ  yağışlar  yağmağa  başladı.  Elə
yağdı  ki,  o  yağışla,  meşələrin  çiçəklərinin  ləçəklərini  şəlaləyə  tökdü.  Çaylarda  çiçəklərin 
ləçəkləri axmağa başladı. 
– Bu havaya “Dübeyti” deyirlər, atam-anam.  
İsmayıl qardaşlarının qolundan tutdu. 
– ”Misri”ni eşitdiniz də? 
– Eşitdik.  
  
– Onunla dağı yıxmaq olar? 
– Olar. 
– Bu qalanı necə? – Onlar Sultanəliyə elə baxdılar ki, sanki hər şey qardaşından asılı idi. 
İmkan versə “Misri” qalanın daşını daş üstə qoymazdı. 
Oturdular.  Səkinə  xala  da  sakitcə  çəkilib  getdi.  Araya  dərin  sükut  çökdü.  Bu  sükutu 
hardansa gələn səslər pozdu. Sultanəli qulaq verdi. Sonra başını xalçanın üstünə qoyub diqqətlə
qulaq asmağa başladı. 
–  Nə  olub,  –  deyə  sazın  sehrli  tə’sirindən  qurtarmayan  İsmayıl  təəccüblə  qardaşının 
hərəkətinə baxdı və yavaşcadan: 
– Yerin altından səs gəlir. – dedi. 
Doğrudan da səs yerin altından gəlirdi. 
Bığlı qaya çapan külüngü var gücü ilə qayaya çırpırdı. Daş isə onun sözünə baxmırdı. O, 
qayanın yarısını birdəfəyə qoparmaq istəyirdi. Amma oradan xırda qəlpələr düşürdü. 
Neçə vaxt idi ki, burada işləyirdilər. Ondan başqa da adamlar vardı. Heç biri də qayanı nə
üçün deşdiklərini bilmirdilər. Əmr eləmişdilər, onlar da yerinə yetirirdilər. Amma çapar hamıdan 
çox can yandırırdı. Onun qulağına çatmışdı ki, ağqoyunluların bütün xəzinəsi burada gizlədilib. 
Onu  tutanlar  da  quldurlar  və  həramilərdir.  Lağım  atıb  xəzinəni  aparmaq  istəyirlər.  Söz 
vermişdilər ki, kim xəzinəyə çatsa, öz ağırlığı qədər qızıl verib evinə buraxacaqdılar. Ona görə
də hamıdan çox işləyirdi. 
Bax  indicə  külüng  daşı  yarıb  keçəcəkdi,  qızıllar  oradan  başıma  töküləcək.  Xəzinədə
qızıllar qum kimi oyulacaq, tökülüb əvvəl dizimə, sonra qurşağıma, döşümə, xirtdəyimə çıxacaq. 
Qoymaram. Oradan bir qızıl düşən kimi yerinə suvaq çəkib yolu çevirəcəm başqa səmtə. Sonra 
bunların əlindən qurtararam. Quldurun ömrü uzun olmaz. Onları ələ verən kimi qayıdıb buradakı
qızılları siçovul kimi yavaş-yavaş daşıyaram. 
Yaxşı  bəs  onları  ələ  verəndə  açıb  xəzinəyə  atılan  lağımı  deməyəcəklər?  Desələr  hər  şey 
əldən çıxar. Belə yerdə xəbərçilik mənə heç bir xeyir verməz. Onları bir-bir aradan götürərəm. 
Xəzinəni bir ilə, bir il nədi, lap bir aya yox, bir həftəyə daşıyıb gizlədərəm e’tibarlı yerdə. Ondan 
sonra  ye  də,  nəsilbənəsil.  Oğlanlarımı  evləndirərəm,  qızlarımı  ərə  verərəm.  Arvadların  sayını
artıraram, düzəldərəm hərəmxana. Yaşa da şah kimi. 
Bu  vaxt  külüng  daşı  deşib  keçdi.  O,  sevindiyindən  bir  an  dayandı.  Bədənindən  axan  isti 
təri  soyuq  tər  əvəz  elədi.  Tez  o  tərəf-bu  tərəfə  baxdı.  Lap  uzaqda,  lağım  əyilən  yerdə  məş’əl 
yanırdı.  Yanında  da  heç  kəs  yox  idi.  O,  külüngü  çəkib  çıxartdı.  Gözünü  lingin  yerinə  dikdi. 
Oradan şırıltı ilə çirkab axıb üz-gözünə töküldü. Çapar qalanın rahatxanasını vurub deşmişdi. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə