Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə38/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   101

78
Bəysunqurun  qulağına  çatıb.  Özünü  onun  gözündə  qaldırmaq  üçün  Rüstəm  Mirzənin  tutulub 
Əlincəyə salınmasında böyük canfəşanlıq göstərdi. Yenə də qoca tülkü Süleyman Bicanoğlu onu 
gözdən saldı. 
Əbih Sultan çox çətin vəziyyətdə idi. Onun beyni hər an bir tədbir tökür, elə işlər qururdu 
ki,  nizənin  ucu  ona  tərəf  düşməsin.  Xəta  ondan  yan  keçsin.  Kimə  dəyir-dəysin,  kimin  günahı
belə  yoxdursa,  qoy  asılsın,  başı  kəsilsin,  fikirlər  onunla  məşğul  olsun.  Əbih  Sultan  isə  sudan 
quru çıxsın. 
Onu əldən çıxardıqdan sonra Süleyman Bicanoğlunun kürkünə birə düşmüşdü. Bilirdi ki, 
nə  qədər  onun  meyitini  görməyibsə,  öz  başının  salamat  qalmağına  ümid  azdır.  O,  azan  çaylar 
kimidir. Birdən-birə gözləmədikləri yerdən vurub çıxacaq və sel çox şeyi yıxıb dağıdacaqdır. 
Əbih Sultan Muraddan yenə soruşdu: 
– Tacirsən? 
– Dedim ki, rəiyyətəm. 
–  Rəiyyətləri  mənə  tanıdırsan?  Rəiyyətin  çuxasının  bir  sapından  tutub  dartsan,  lüt  qalar. 
Öküzü  də  borc  alır,  xışı  da,  arvadının  tumanını  da.  Sən  lap  saray  adamına  oxşayırsan.  Çuxur 
Səddən gəlib Ərdəbilə niyə gedirsən?  
Murad  görürdü  ki,  bu  çox  həngaməli  adamdı.  Həmişə  buyurub,  cavab  verməyib,  cavab 
istəyib. İndi də onu öz itaətində saxlamağa çalışır. 
– Məni nə sorğu-suala tutmusan? Sənə bir axça borcum varsa, de, ikisini qaytarım. 
Əbih Sultan gördü ki, elə bu da onun kimi hökmlü-hikmətlidi, bir az səbrini basdı. Şirin 
dillə onun ürəyinə girmək istədi. 
– Rast düşmüşük. İkimiz də qəribik, gərək bilək də, kimik, nəçiyik. İndi elə bir vaxtdır ki, 
heç kimə e’tibar eləmək olmur. 
– Mən kimliyimi dedim. Bu tərəflərdə, – əlindəki qılıncı günbatana tərəf uzatdı, – karvan 
yollarının üstündə bir qaçaq Murad vardı. Eşitmisən? 
Əbih Sultan maraqla ona baxdı. 
– Eşitmişəm. Onun nəyisən? 
– Qaçaq Muradın özü. Bəs sən kimsən? 
– Mən! İndi tanıyacaqsan. Bir dəfə Trabzondan Qarabağa dəvə karvanı gedirdi. Onu sağ-
salamat  çatdırmağı  mənə  tapşırmışdılar.  Sonra  dedilər  ki,  burada  ən  qorxulu  qaçaq  Muradın 
dəstəsidir. Çox fikirləşdim, axırda bir dəvəyə alma yüklətdirdim.  
Murad gülümsədi: 
–  Tanıdım.  Əbih  Sultan,  sarayın  ən  hörmətli  əmiri.  Sənin  tədbirin  baş  tutmadı. 
Bilməmişdin  ki,  hələ  bir  igid  zəhərdən  ölməyib.  Almaları  zəhərləmişdin,  fikirləşmişdin  qaçaq 
Murad  nəfs  əhlidir,  qırmızı  almalara  tamah  salacaq.  Yox,  yemədi.  Sən  bizi  siçan  bilib  zəhərlə
qırmaq istədin. Ancaq zəhər sarayda daha çox lazım olur. 
Bu  söhbətdən  sonra  Murad  qılıncını  qına  qoydu.  Əbih  Sultan  da  onun  kimi.  Vaxtilə
düşmən olsalar da indi artıq tanış çıxmışdılar. Biri-birilərini tanımışdılar. Ötüb-keçmiş məsələyə
görə biri-birlərinə qılınc qaldırmayacaqdılar ki. 
– Yaxşı, neynədin bir karvan ipəyi? 
– Bir karvan niyə? Bir dəvə yükü. Sənin adamların qorxub qaçdı. Mən də tacirə dedim ki, 
sənin  var-dövlətin  bizə  lazım  deyil.  Xarəzmdən  yüz  qızı  satmağa  aparırdılar.  Onları
qurtarmışdıq. Əyin-başları tökülüb, onları geyindirmək lazımdır. Tacir də gördü biz acgöz adam 
deyilik, dedi ki, almalar zəhərlidi. Bundan sonra karvanı Trabzona qədər yola saldıq. 
– Ay köpək oğlu! 
Murad yenə əlini qılınca atdı. Amma Əbih Sultan sözünü düzəltdi. 
–  Taciri  deyirəm.  Məni  aldatdı,  haqqımı  vermədi.  Dedi  tamam  soyublar.  Heç  nəyim 
qalmayıb. 
– Deyər də. Onu qaçaqlara verəndən sonra hələ bir haqq da istəyirdin? 
Əbih Sultan razılaşdı. 
– Düz sözə nə deyəsən? Yaxşı, o yüz kənizi nə elədiniz? 


79
–  Onlar  uzaq  ellərdəniydi,  geri  qaytarmaq  mümkün  olan  iş  deyildi.  Hansı  qızın  hansı
igiddən xoşu gəldisə verdik ona. Hamısı da namuslu adamlara ərə getdi. 
Əbih  Sultan  bunların  hamısını  eşitmişdi.  Amma  onu  təzədən  danışdırıb  özündə  yəqinlik 
hasil eləmək istəyirdi, görsün doğrudanmı o Muraddır, ya yox. 
Murad soruşdu. 
– Sən ki, sarayda məşhur adam idin, bu nə gündü düşmüsən? 
– Sarayın vəfası bundan artıq olacaq?!  
Əbih  Sultan  başına  gələnləri  danışdı.  Dedi  ki,  onun  kimi  Ərdəbilə  gedir.  Onlar  yola 
düşdülər.  Axşama  qədər  getdilər.  Gün  əyilənə  yaxın  Murad  geri  dönüb  narahat-narahat  əlini 
qaşının üstünə qoydu. 
– Böyük bir dəstə gəlir. 
– Hanı? – Əbih Sultan da baxdı, bir şey görə bilmədi. 
– Toz görürəm. 
Quru  təpələrin  üfüqlə  birləşdiyi  yerdə  toz  qalxmışdı.  Gün  əyildiyindən  o  toz  aydın 
görünmürdü, narıncı rəngə çalırdı. 
Əbih Sultan əl-ayağa düşdü. 
– Onlar məni axtarır. Mən gizlənim. – O fikrini dəyişdi. Sən də mənimlə bərabər gizlən. – 
Ağlına gəlmişdi ki, onu tutsalar birdən Əbih Sultanın yerini deyər. Murad dedi: 
–  Atı  sür  dalımca  –  Murad  köhlənini  boz  yovşanlığa  vurub,  qayalıqlara  tərəf  uzaqlaşdı, 
Əbih  Sultan  da  onun  dalınca.  Qayaların  arasında  Murad  yəhərdən  düşüb  qayışla  atın  ağzını
bağladı.  –  Sən  də  bağla,  kişnəməsinlər.  Özləri  qayalardakı  kolların  arasından  baxırdılar.  Bir 
azdan dəstə göründü. Beş yüzə qədər atlı olardı. Qabaqdakı qara atlını Əbih Sultan tanıdı. 
– O qabaqdakı Süleyman Bicanoğludur. Qanımı şüşəyə tutsa ürəyi soyumaz. Murad, onlar 
atların izini görəcək. 
– Görməz. Sənin fikrin özündə deyildi. Mən qaçaq Muradam. Atları yoldan çıxarmışdım. 
Onlara iz verərəm? 
– Mən heç buna fikir verməmişəm. 
– Haradan fikir verəcəkdin. Həmişə hökmlü olmusan, yollar səninki olub. Mən də qaçaq 
düşüb atımı həmişə dağ-daşla sürmüşəm. 
– Bu yana döndüyümüz yerə çatdılar. – Murad da baxdı. Amma dəstə ötüb keçdi. İzə fikir 
vermədilər.  Dönüb  Əbih  Sultana  baxdı.  Onun  ağarmış  rəngi  qara  saqqalına  görə  daha  da 
ağarmışdı.  Alnında  iri  tər  damlaları  göründü.  Elə  bil  onu  sıxıb  bu  tər  damcılarını  zorla 
çıxarmışdılar. 
– Heç ölməyə adam göndərmisən?  
– Necə? 
–  Onların  da  anaları,  bacıları  var.  Onların  da  ürəyində  səndəki  kimi  qorxu  olur,  bunu 
bilirsən? 
Əbih  Sultan  dinmədi.  Murad  ilgəyini  biləyinə  keçirdiyi  toppuz  yırğalana-yırğalana 
qayalıqda gəzişirdi. 
– Bu tezlikdə yola çıxmaq qorxuludu. Qoy qaranlıq düşsün.  
– Qaranlıq düşsün? 
– Hə. 
Bu “qaranlıq düşsün” kəlməsi Əbih Sultanın ürəyinə qaranlıq, qara bir şübhə saldı. “Məni 
öldürmək  istəyir.  Əynimdəki  libasa,  monqol  atına,  dəstəyi  qaş-daşlı  qılınca,  xəncərə  görə.  Axı
quldurun biridi. Bəlkə mən ondan qabaq tərpənim”. 
– Qaranlıq düşəndə niyə? 
Murad onun qorxusunu başa düşdü. 
– Yaxşı, mənə inanmırsansa, mən çıxıb gedirəm. 
– Yox, heç yerə getmə. 
Əbih Sultan fikirləşdi ki, o e’tibarlı olsa ona arxalanmaq lazımdı. İndi o belə igid, qorxu 
bilməz  adamları  tapmalıdır.  Getsə  bəlkə  də  elə.  Süleyman  Bicanoğluya  onun  yerini  deyər. 
Qaçaq-quldurdan əl çəkibsə, üzə çıxmaq istəyəcək, üzə çıxmaq üçün də belə bir iş görməlidir. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə