Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə35/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   101

72
Qoca başını divara söykəyib gözlərini yumdu. Titrək, quru dodaqları vird eləməyə başladı. 
Rüstəm Mirzə onun dediklərinə qulaq asırdı. 
– Axır ki, mənə ən ağır cəzanı verdilər. Bu altmış ildə gördüklərim toy-bayram imiş. Nə
böyük əzablar verirsən mənə, ulu tanrı. Əcəl, gəl çıx, Əzrayıl, gözümü yollarına dikmişəm. 
Rüstəm Mirzə elə bildi ki, qoca onun halına acıyır. Ona görə özünə ölüm arzulayır ki, kənc 
şahzadənin əzablarını görməsin. 
– Qoca, – deyə dilləndi. – Özünə ölüm arzulama, həyat şirindi. Bir dəfə gün işığına çıxsan, 
dünyanı  görsən,  axar  sulara,  dərin  göylərə  baxsan,  ölüm  fikrini  özündən  uzağa  qovarsan. 
İnandırıram  səni,  tezliklə  mənim  zəncirlərim  qırılacaq,  onların  yerinə  hökmdar  bazubəndi 
taxılacaq.  Bax  o  vaxt  səni  azad  eləyib  saraya  apararam.  Mənə  vəzirlik  eləyərsən.  Görürəm  ki, 
savadlı, müdrik adamsan. Özün da adam görməmisən, fitnələrdən, fəsadlardan uzaqsan. Düz yol 
göstərərsən.  
Qoca  gözlərini  açıb  qarşısındakı  qartalbaxışlı,  daralınlı,  yoğunbiləkli  gənc  şahzadəyə
baxmaq istəmirdi. Onun  əqidəsinə görə insan kamilləşdikcə qan-qadadan, dava-qırğından uzaq 
olmalıdır. Bu qan-qan deyən şahzadəni onunla üz-üzə qoymaq onun üçün ən böyük cəza idi. 
– Sən məni xilas edə bilməzsən. 
– Hökmdar istədiyini eləyə bilər. 
– Yox, hökmdarlar belə zindanlar tikmək, insan zəkasını buxovlamaq üçün gəlir. Sən də
elə  buna  çalışırsan.  Onsuz  da  mən  azadam.  Cismani  olaraq  zindandayam,  ruhən  isə  buludlar 
kimiyəm. Biz “ənəlhəq” demişik. 
Rüstəm Mirzə istehza ilə güldü. 
– Ənəlhəq! Haq, məndədi, əstəğfürullah, Allah mənəm. Bu xam xəyaldı. O şöhrətə, yə’ni 
Allah olmaq niyyətinə hələ heç kim çatmayıb və heç vaxt da çatmayacaq. Çingiz Xaqan da belə
bir  xəyala  düşmüşdü.  Nə  oldu  sonu?  Fi’ron  da  özünü  Allah  sayırdı.  Siçan  kimi  suda  boğulub 
öldü.  Əstəğfürullah,  onların  allahlığa  qalxmaq  iqtidarı  daha  çox  idi.  Çünki  yer  üzünün  allahı
idilər.  Amma  gücsüz,  yaşının  hamısını  zindanda  keçirmiş  qocanın  allahlıq  iddiası  gülünc 
deyilmi?  Bax,  bizi  üz-üzə  zəncirləyiblər.  Birimiz  allahlıq,  o  birimiz  hökmdarlıq  arzusundayıq. 
Görək kimin arzusu, niyyəti həqiqətdir? Sənin, ya mənim! 
Onun qocanı ələ salmaq, gülünc vəziyyətdə qoymaq niyyəti öz tə’sirini göstərdi. 
– Adi şeyləri qarışdırırsan. Allahlıq, kamillik insanın daxilindədir. Əgər o özünü hazırlayıb 
ruhən bu yüksəklikdə dayana bilirsə, yer üzündəki xeyir əməllər onun iradəsindən asılıdırsa, o 
haqdır! 
Rüstəm Mirzə deyəsən onu yavaş-yavaş başa düşməyə çalışırdı. Amma qəbul edə bilmirdi. 
 
 
–  Tutaq  ki,  kamilsən,  haqqa  çatmısan.  Biləklərin  zəncirdə  olarkən,  onda  sənin  xeyirxah 
əməllərin kimə lazımdır? Səsin ki, heç yerə çatmır. Bu isə allahlıqdan çox uzaqdır. Sən acizsən. 
Bizim dövrümüzdə aciz insan nə qədər kamil olsa da güclülərin ayağı altında qalıb məhv olacaq. 
–  Söhbət  tək  məndən  getmir.  Dünyadakı  insanların  hamısını  kamil  görmək  istəyirik. 
Hökmdardan tutmuş qula qədər. 
Rüstəm Mirzə ürəkdən qaqqa çəkib güldü. 
–  Bax,  bu  əsl  allahlıq  iddiasıdır.  Onların  hamısını  kamil  eləmək  ya  Allahın  ağlına 
gəlməyib,  ya  da  ağlına  gəlsə  də  bacarmayıb.  Yox,  mən  hürufi  olmaq  istəməzdim.  Bir  şey 
mə’lumdur  ki,  hamı  Allah  ola  bilməz.  Hamı  qul,  yaxud  hökmdar  olmağa  qadir  deyildir.  Yox, 
sizin əqidəniz bu dünya üçün deyil. O dünyada, orada da kamillərlə nadanları ayırıblar. Kamillər 
cənnətdə, cahillər cəhənnəmdə. 
– Yox, kamillər cəhənnəmdə, cahillər cənnətdə. 
  
Hava qaralmışdı. Qapının kilidi şaqqıldadı. Zindanban içəri girib hərəsinin yanına bir saxsı 
parçda su, onun da üstündə bir əl boyda arpa çörəyi qoydu. Heç bir söz demədən çıxdı və qapını
bağladı. Qapı açılıb-örtüləndən sonra elə bil içəri qatı zülmət çökdü. 
Sultan  Yaqub  öləndən  sonra  onun  yerinə  keçə  biləcək  övladı  Şirvanşah  Fərrux  Yasarın 
bacısından  olan  oğlu  Bəysunqur  idi.  Süleyman  Bicanoğlunun  qızından  hələ  dünyaya  övlad 
gəlməmişdi. Lap bələkdə qızı da olsa onu Sultan taxtına çıxarardı. Çünki sarayın ən hörmətli, ən 


73
qüdrətli adamı Süleyman Bicanoğlu olmuşdu. O, Şeyx Heydəri öldürəndən sonra Şirvanşahın da 
yaxın, e’tibarlı adamı olmuşdu. Sarayın ikinci məşhur şəxsiyyəti Əbih Sultan sayılırdı. O, Uzun 
Həsənin  vaxtından  hökmdarlarla  qohum  olmaq  niyyətində  olsa  da  baş  tutmamışdı.  Amma 
Diyarbəkrdəki qohum-əqrabalarının çoxluğu, onun qoşun toplamaq, sərkərdəlik bacarığı yüksək 
qiymətləndirilirdi. Rüstəm Mirzənin də qəsdinin üstünü o açmış, tərəfdarlarını qılıncdan keçirib 
özünü Əlincə qalasına saldırmışdı. Bundan sonra yerini daha isti, daha möhkəm hesab eləyirdi.  
Bəysunqura atasının Bağdaddan gətirib oğluna xoca təyin etdiyi alim Müzəffərəddin yenə
də dərs keçir, din tarixini, siyasət əsaslarını, riyaziyyatı, poeziyanı, coğrafiyanı və başqa elmləri 
tədris  eləyirdi.  Atasının  ölümünə  qədər  müəlliminin  yanına  şagirdi  gedirdisə,  Sultan  taxtına 
oturandan sonra müəllim onun yanına gəlir, baş əyir, əlini öpürdü. Bəysunqur müəlliminin onun 
qarşısında torpağı öpməyinə icazə vermirdi. Bu gün xoş bir hava idi və “Səkkiz behişt” sarayının 
Yaqut otağında Bəysunqur müəllimi ilə məsləhətləşirdi. 
–  Ayrı  ölkələrdən  Sultan  sarayına  gələn  elçiləri  nə  ilə  heyrətə  salmaq  olar,  xoca 
Müzəffərəddin? 
–  Taxtın,  tacın  qiyməti,  onların  üstündəki  daş-qaş.  Sonra  hökmdar  sarayının  taxtını
qoruyan  daş-qaşla  bəzənmiş  silah  qurşayan  qırx  nəfər  həbəş qul. Saray  ə’yanlarının geyimləri, 
sarayın  bəzək-düzəyi...  Böyük  vəzir  Nizamül-mülk  dövlətin  qüdrətinin  təcəssümünü  bunda 
gerürdü. Bundan əlavə zəmanənin böyük şairi bu sarayda olarsa, onun hörməti daha da arta bilər, 
sultanım. 
–  Xoca  Müzəffərəddin,  hərəmxana  da  hökmdarın  qüdrətini,  zövqünü  tə’yin  edər. 
Ölkəmizdə millətlər də çoxdur. Onların qızları barəsində o ağıllı kitablarda nə yazılıb? 
Sifətinə  hələ  tük  gəlməmiş,  taxta  oturandan  hələ  heç  bir  iş  görməyən  bu  on  yaşlı  uşaq 
dəbdəbə və hərəmxana rahatlığı barəsində düşünürdü. Xoca Müzəffərəddin onun bu fikrini uşaq 
marağı, erkən şöhrətpərəstlik, ya da böyük gələcəyi olan qüdrətli bir fatehin onun qəlbindəki ilk 
qığılcımları  hesab  etdi.  Amma  bu  təzahürün  hansına  aid  olduğunu  dərk  edə  bilmədi.  O, 
şagirdinin sualına mükəmməl cavab verməli idi. 
– Böyük hökmdar, hind qızlarının beli incə, şəvə saçları uzun, əqlləri isə bir o qədər gödək 
olur. Məkkə qızlarının şəkər dili, zə’rif dəriləri, naz-qəmzələri və ağılları çox məşhurdur. Onlar 
qısqanclığın, bədxahlığın nə olduğunu bilməzlər. 
– Türk qızları necə? 
–  Türk  qızları  gözəllik,  zəriflik  mücəssəməsidir.  Onların  gözlərindəki  məlahət  heç  bir 
gözəldə tapılmaz. Onlar uşaq doğmaqda də fərasət əhlidilər. Uşaqları da özləri kimi gözəl olur. 
– Yalnız tə’rif?! 
– Bəli. Onların bir qüsuru var ki, bu qüsur hökmdar hərəmxanasında qəbahət sayılmaz. 
– Nədir o qüsur? 
– Bədxərclik. 
– Bu qüsur deyil. 
– Rum qızları sizə mə’lumdurmu, sultanım?  
Bəysunqurun gözləri qabağında bir neçə dəfə gördüyü bibisi Aləmşahbəyim dayandı. 
– Bəli. Danış. 
– Onların saçları qızılı rəngə çalır. Həm də ipək kimi yumşaq olur. Onların dəniz kimi göy 
gözləri olur, ərinin bir sözündən çıxmır. Bədxərc deyillər və sədaqətdə əvəzsizdilər. 
Bəysunqur  son  sözləri  eşitmədi.  Onun  gözləri  qarşısında  qızıl  saçlı,  mavi  gözlü  bibisi 
Aləmşahbəyim dayanmışdı. Üç-dörd yaşında görmüşdü. Sonradan anası, Fərrux Yasarın bacısı
onun ərini nə qədər pisləsə də, ilk təəssürat onun qəlbindən silinib getməmişdi. İndi o üç oğlu ilə
bərabər zindandadır. 
O, müəlliminin getməyinə icazə verdi. Süleyman Bicanoğlunu çağırtdırdı. 
Beli  azacıq  donqarlaşan,  ağ  saçları  çalmasının  altından  çıxan  qaraşın,  tökmə  Süleyman 
Bicanoğlu  gəldi.  Çalmanı  lap  qaşlarının  üstünə  qədər  endirmişdi.  Alnındakı  çapığı  gizlətmək 
istəyirdi.  Amma  çapığın  ucu  onun  qaşını  da  yarıb  keçirdi.  Sol  qaşı  ağ  bir  zolaqla  iki  yerə
ayrılmışdı. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə