Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə34/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   101

70
– Yox, mən sözü bir dəfə deyirəm. 
Murad süfrədən çörək, qızardılmış quzu budu götürüb çıxmışdı. 
Yerdə  oturub  plovu  şapalaqlayıb  ötürən  qaçaq  Xalıq  Muradın  qabağında  dil  uzadıb 
demişdi ki, bir tikə çörək nədi ki, ondan ötəri sən bir mücrü cəvahirdən keçdin. Sən istəmirsən, 
onda mən gedib gətirərəm, sən payını götürmə. 
Sən bu işi tutsan, onda gərək düşmən olaq. 
– Olaq da.  
– Bir mücrü daş-qaşa görə? 
– Azdı? İndiyə kimi yol kəsirik, özümüzü oda atırıq, ələ keçirdiyimizin hamısını da aparıb 
paylayırsan  kasıb-kusuba.  Bizimki  də  olub  aldım  qoz,  satdım  qoz,  mənə  qaldı  şax-şaxı.  Daha 
bəsdi. Özümüzə də bir gün ağlamaq vaxtı çatıb. 
Murad yoldaşlarına baxmışdı. 
– Kim Xalıq kimi fikirləşirsə, ayrılıb getsin. 
Görmüşdü ki, elə hamısı onun kimi fikirləşirmiş. 
Atını minib demişdi.   
– Salamat qalın. Mən getdim. 
Ona  çox  yalvarmışdılar,  qalıb  onlara  yenə  də  başçılıq  eləsin,  qalmamışdı.  Atını  sürüb 
getmişdi. Ərdəbilə tərəf üz tutmuşdu. Çünki bu illər ərzində yollarda onun rast gəldiyi adamların 
çoxu müridlər idi, həqiqət axtarmaq ümidilə getdiklərini deyirdilər. O da baxtını sınamağı qərar 
vermişdi. 
Əlincə qalasının qaranlıq, nəm zindanlarında bir məhbus vardı. Daş qəfəsə yerləşməyən bu 
cavan  səbrsizlikdən  daş  divarları  uçurub  dağıtmağa  can  atırdı.  Amma  biləklərinə  bilərzik  kimi 
bərkidilmiş  zəncirlər  divara  mıxlanmışdı.  Ayağındakı  paslı  kündələr  onun  hərəkətlərini 
ağırlaşdırırdı.  Onunla  üz-üzə  divara  zəncirlənən  qocanın  bədəni  tük  gətirmişdi,  ağ,  nurani 
saqqalını  his  basmışdı.  Qaşları  uzanıb  çuxurdakı  gözlərini  örtmüş,  kipriklərinə  qarışmışdı. 
Zəncirlərə  də,  kündələrə  də  sakit,  mə’lul-mə’lul  baxırdı.  Onlara  əyinə  geyilən  paltar  kimi 
öyrəşmişdi. 
– Dözümlü ol, ey cavan. 
– Səbr elə, səbr elə. Mən buradan çıxacam, çıxandan sonra düşmənlərimin hamısını belə
zəncirə vurub illərlə işıq üzünə həsrət qoyacağam. 
Qocanın  səsində  də  bu  zindana  ahəngli  bir  qəribəlik  vardı.  Elə  bil  o  elə  burada  əlləri 
zəncirdə, ayaqları kündədə doğulmuşdu, buraya öyrəşmişdi. 
– Cavanlıqda mən də sənin kimi deyirdim. İndi məni buraxsalar da getmərəm. 
– Neçə ildi buradasan, qoca? 
– Sayını itirmişəm. – Qolunu qaldırıb divardakı hansı yazınınsa üstünü təmizləyib oxumaq 
istədi. Qolu qalxmadı. Qolu əzələ qaldırar. Onda isə əzələ qalmamışdı. Cır-cındır arasından bir 
dəri, bir sümük, çöp kimi nazik qolu görünürdü. Onun zənciri qaldırmağa gücü qalmamışdı. 
– İndi hansı padşahın vaxtıdı? 
– Ağqoyunluların. 
– Onlar kimnən sonra gəlib? 
– Qaraqoyunlulardan. 
– Əmir Teymurun oğlu Miranşah necə oldu? 
– Əmir Teymura, Miranşaha bax ha! Onlar çoxdan o dünyadadır. Səni bura kim salıb? 
– Çoxdan burdayam, lap çoxdan. Məni buraya Miranşah saldırıb, ömürlük. 
– Bəs səni niyə buraxmırlar? – Cavan oğlan təəccüblə soruşdu. 
 
– Mən hürufiyəm. Fəzlüllah Nəiminin cavan müridlərindən idim. O vaxt mənim on səkkiz, 
on doqquz yaşım vardı: Dedilər kamilliyin, hürufiliyin yeri zindandı. 
– Hürufi. Qaraqoyunlular ki, onları tə’qib eləmirdi. 
– Nə bilim. Bu altmış ildə neçə zindanban dəyişib? 
– Mən səni azad edərəm. 
Onlar divarda üz-üzə zəncirlənmişdilər. Özləri də samanın üstündə oturmuşdular. Qocanın 
əynindəki  cır-cındırı  saymasaq  lüt-üryan  idi.  Cavanın  əynində  isə  bahalı  parçadan  təzə  libas 


71
vardı. Bir neçə yerindən cırılmışdı. Tutulanda, əlbəyaxa olmuşdu. O, Uzun Həsənin qardaşı oğlu 
Rüstəm  Mirzə  idi.  Əmisi  oğlu  Sultan  Yaqubun  oğlu  Bəysunqurun  taxtını  təcavüzdən  qorumaq 
üçün  Süleyman  Bican  oğlu  ilə  Əbih  Sultan  onu  Əlincədə  zəncirləməyi  ən  təhlükəsiz  yol 
bilmişdilər. 
– Məni azad eləyərsən? Özün məndən də qara gündəsən, ay cavan. Məni azad eləyəcək bir 
məxluq  var.  Günlərin  bir  günü,  elə  bu  yaxınlarda  gələcək  və  azad  eləyəcək  –    deyən  qocanın 
dodağında xəfif bir təbəssüm gəzdi.   
– Xəbər göndərib? 
– Bəli. 
– Doğrudan? 
 Rüstəm Mirzənin qocaya paxıllığı tutdu. Onu yox, gərək Rüstəm Mirzəni azad eləyələr. 
– Buradan çıxmaq istəyirsən? 
– Yox, istəmirəm. 
–  Əgər  istəmirsənsə,  onda  qoy  məni  xilas  eləsin.  Sən  qoca  kişisən,  heç  bir  iş  görə
bilməyəcəksən.  Amma  mən  çıxan  kimi  taxt-tacı  ələ  keçirəcəm,  səni  çıxardıb  sarayda  pambıq 
içində saxlayaram. Nədi, razısan? 
– Yox, cavan şahzadə. Mənim xilaskarım sənə kömək eləyə bilməz. 
–  Nə  üçün  eləmir?  Onu  dünya  malından  qəni  eləyərəm.  Özü  ağırlığında  qızıl  verərəm. 
Mahal bağışlayaram. 
Rüstəm Mirzə odlu-odlu danışır, qollarını atıb-tutmaq istəyir, amma zəncirlər o hərəkətləri 
yarımçıq saxlayırdı. Bundan da az qalırdı ürəyi partlasın. Bağlı olmasa qocanın saqqalını əlinə
keçirib  başını  divara  vurar,  onu  bu  işə  razı  salardı.  Amma  indi  ən  kəskin  silahı  onun  dili  idi.
 
 
– O, hədiyyə götürmür. Ona qızıl-cəvahir lazım deyil. 
–  Bu  dünyada  elə  adam  olar  ki,  qızıla-cəvahirə  e’tinasız  baxsın?  Əmir  Teymur  bütün 
ölkələrin xəzinəsini əlinə toplamışdı, yenə doymurdu. Gedirdi Çinin də var-dövlətini alsın. 
– Öləndə neylədi o var-dövləti? Özüylə apardı? 
– Yox. Aparıb neyləyəcəydi. Övladlarına qaldı. 
– Görürəm, sən də hökmran olmaq istəyirsən. Amma nə üçün? Nəyə lazımdır o taxt-tac ki, 
hamı ona nifrət eləyir. Qan tökməyə, adamları öldürməyə, şəhərləri talamağa gedirsən? 
– Onu gələcək göstərər. Sən mənə qurtuluş yolu göstər. Qoy sənin xilaskarın məni aparsın. 
– Rüstəm Mirzənin sözlərində hökm olsa da, danışığının ahəngində yalvarış vardı.  
– Mən ona hökm edə bilmərəm. 
– Kimdi axı səni xilas edəcək məxluq. 
– Əzrayıl.  
Rüstəm  Mirzənin  qolları  boşaldı.  Başını  aşağı  saldı.  Yanağına  milçəkmi,  arımı,  hansı 
böcəksəmi  qonmuşdu,  onu  dalayırdı.  Amma  bayaqdan  onu  qovmağı  da  ağlına  gətirmirdi.  İndi 
onu qovmaq üçün sifətini qoluna sürtdü. Xeyli fikrə getdi. Amma darıxdı. Danışmayanda taleyi, 
dərdi tez yadına düşürdü. 
– Düzdü, Əzrayıl səni xilas eləyə bilər, məni yox. Mən hələ buradan çıxacam. Əzrayıla o 
qədər iş tapacağam ki. Birinci onun cənginə sarayın ən sadiq köpəyi Əbih Sultanı verəcəm. Məni 
o gətirib bu zindana salıb. Yoxsa mənim bir tükümə toxunmağa da heç kimin ixtiyarı və gücü 
çatmazdı. Çıxan kimi yox, heç Əzrayıla da ümid olmayacağam. Əzrayıl xəbər tutana qədər onu 
öz qılıncımla özüm doğrayacam.  
Sənin əqidən odur ki, çıxan kimi kimisə öldürəsən, elə deyilmi, cavan şahzadə? 
– Bəli! Bəs sənin əqidən nə olub? Bu qədər ki, onun yolunda əziyyətlər çəkmisən, yəqin ki
taleyinə lə’nət oxuyursan. 
–  Yox,  cavan  oğlan.  Biz  bütün  insanları  kamilliyə  çatdırmaq  istəyirdik–  Mürşidimizin 
buna  görə  diri-diri  dərisini  soydular.  O,  uf  demədi.  Öz  əqidəsinə  qurban  getmək  kamillikdir. 
Mən də həmçinin. Amma sən heç nəyə qurban getmədən hökmdar taxtına çıxmaq, çıxan kimi də
kimlərisə qurban vermək üçün indidən fikirləşib tədbir tökürsən. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə