Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə42/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   101

86
–  Düzdü.  Mən  günahkaram.  Ancaq  ziyarətə  gələn  düşməndən  heyf  almazlar.  Mən  onun 
babasının qəbrinə pənah gətirmişdim. İmam övladı məni kölgəsində saxlaya bilmədi? 
– Ziyarətlə sənin günahın bağışlanası günah deyil. 
Səsin sərtliyindən, Əbih Sultan başa düşdü ki, onun sonu çatıb. Amma ümid işığı görürdü. 
O özü elə bu adamları axtarırdı. Tapıb... 
– Mən günahımı yuyaram 
– Nəylə? 
– Şeyxin övladlarını verərəm. 
–  Aldada  bilməzsən.  Sənin  özünü  Süleyman  Bicanoğlu  axtarır.  Daha  əlində  ixtiyarın 
qalmayıb. 
Əbih  Sultanın  başını  açsalar  da,  onun  qolları  bədəninə  sarınmışdı.  Kötük  kimi  yanı  üstə
yıxmışdılar.  Onsuz  da  indi  ona  qolları  lazım  deyildi.  Qolları  açıq  olsa,  əlində  qılınc  olsa  belə
buradan özünü xilas eləyə bilməyəcəkdi. Ona dil lazım idi. Dilini də işə salmışdı. 
– Mən kimnən danışıram? Hüseyn Lələ bəylə? 
– Tutaq ki, Şeyx Heydərin uşaqlarını bizə necə verərsən? 
Mənə kömək eləsən, adam versən, onların xilası əlimdə olacaq. 
– Necə? 
– Rüstəm Mirzə Əlincədədi. Onu qurtarıb taxta çıxarmaq lazımdı. 
– Tutaq ki, onu qurtardıq, taxta çıxartdıq. Sonra uşaqları bizə verməsə necə? 
– Verər. Onun gücü yoxdu. Onu taxta sənin adamların çıxarandan sonra hər şeyə razı olar. 
Bu fikir Hüseyn Lələnin ağlına batdı. 
– Sözlərinə inana bilmirik. 
–  Siyasətin  nə  olduğunu  bilməmiş  deyilsən.  Dünən  qanını  içdiyin  adama  bu  gün  qurban 
getməyə razı olursan. Ağqoyunlu sarayı üçün nələr eləmişəm, bunu bütün məmləkət bilir. İndi 
heç bir günahım olmasa da həyatım bir tükdən asılıdır. Rüstəm Mirzəni taxta çıxarmaq üçün səni 
görməyə gəlmişəm. Əslində mən Şeyxin övladlarından çox, özümü fikirləşirəm. Əbih Sultan elə-
belə,  səssiz-küysüz,  rüsvayçılıqla  həyatdan  gedə  bilməz.  Əvvəlki  mərtəbəyə  qayıtmağım  üçün 
hökmdar dəyişməlidir. Qurana əl basıb söz verirəm ki, Rüstəm Mirzə taxta çıxan kimi Sultanəli 
Ərdəbil padşahı olacaq. 
– Onda şərtlərimizi yazaq, möhür basaq. 
Əbih Sultan fikrə getdi.  
Bəlkə onlar bu yazını alandan sonra Bəysunqurla əlaqə yaradacaqlar, şeyxin övladları üçün 
onu verəcəklər. Yox. Bəysunqur bu alış-verişə getməz. Onsuz da Əbih Sultan artıq onun üçün 
yoxdur. 
– Yaman fikrə getdin Əmir İbrahim? – Əbih Sultanın bir adı da Əmir İbrahim idi. 
– Yox, mən razı. Yazaq. 
Onlar  şərtlərini  yazdılar.  Bundan  sonra  hər  ikisi  barmaqlarındakı  üzükləri  çıxardılar. 
Müridin gətirdiyi davada batırıb kağıza basdılar. 
ƏLİNCƏ QALASINDA 
Əlincənin qapıları açıldı. Əbih Sultap dönüb Hüseyn Lələyə baxdı. Demək burada hələ də
onun  hökmü  işləyir.  Əvvəl  o  atını  sürdü.  Bu  onun  Bəysunqura  hədiyyə  apardığı  qara  monqol 
madyanı  deyildi.  Dədə  bəy  ilxılarını  yəhərlətdirmiş,  müridlər  atlara  süvar  olub  Əlincəyə
gəlmişdilər. Dədə bəy özü də burada idi. Hər əmri o verməli idi. Əgər Əbih Sultanda satqınlıq 
görsələr, özü qılıncı onun başına endirəcəkdi. 
Atın  ayaqları  daş  döşənmiş  qala  meydanında  çaqqıltı  salaraq  yeridi.  Dədə  bəy  də  onun 
yanında. Qalabəyi onları qarşılayırdı. Yeriyib Əbih Sultana baş əydi: 
– Ya əmir, müntəzirəm hökmünə. 


87
Qalabəyi  yaşlı,  ağ  saçları  dəbilqəsinin  altından  çıxan  cəngavər  idi.  Qara  sifəti  vardı,  iri, 
çevrilmiş  dodaqları  sifətindən  də  qara  idi,  O, Əbih  Sultanın  hökmünə, hikkəsinə çoxdan bələd 
olmuşdu. İndi uzatdığı möhürlü fərmanı açıb baxmadı. 
– Rüstəm Mirzəni aparmağa gəlmişəm. Bu da fərmani hümayun. 
 
– Atlardan düşün, ya əmirül-ümara, yol gəlib yorulmusunuz. 
– Qayıtmalıyam. Bir qurtum su içməyə də vaxt yoxdu. 
O,  Əlincə  qalasına  qalxmağa  ürək  eləməmişdi.  Qaladan  adam  çıxmasını  gözləmişdilər. 
Təbrizə gedən atlını saxlayıb sorğu-suala tutmuş, atdan salıb əl-qolunu bağlamış, öyrənmişdilər 
ki, Əbih Sultan barəsində Təbrizdən hələlik heç bir xəbər gəlməyib. Görünür nə Bəysunqur, nə
Süleyman  Bicanoğlunun  ağlına  gəlməmişdi  ki,  Əbih  Sultan  Əlincəyə  gələ  bilər.  Ona  görə  də
onun  şah  qəzəbinə  gəlməsi  barədə  heç  bir  fərman,  sərəncam  gəlməmişdi.  Əbih  Sultanın  da 
qorxduğu bir bu idi. Əgər Əlincə qalabəyisi bilsə, o qalaya girə bilməyəcək, Rüstəm Mirzəni də
xilas etmək mümkün olmayacaqdı. Belə olduqda başqa bir tədbir fikirləşmişdi. Üç min nəfərlik 
mürid qoşunu Təbrizin üstünə yeriyib Bəysunquru tutmalı, e’dam etməli idi. Amma bu fikrini nə
Dədə  bəyə,  nə  də  Hüseyn  Lələ  bəyə  demişdi.  Desə,  bəlkə  də  razı  olmayacaqdılar.  Onda  Əbih 
Sultanın boynu qılınc ağzında olacaqdı. 
– Tez olun, əlli tərpənin. 
Onlar burada olan müddətdə Təbrizdən çapar gəlsə, yenə də hər şey alt-üst ola bilərdi. 
Rüstəm Mirzəni gətirdilər. Qollarında zəncir, ayaqlarında kündə vardı. Kündələr o addım 
atdıqca, daş üstündə sürünür, ət ürpədən səs çıxarırdı. Qollarını qaldırıb qaşlarının üstünə qoydu. 
Günəş işığından az qalmışdı kor olsun. 
– Asmağa aparırsan? – Rüstəm Mirzə kinayə ilə soruşdu. 
–  Mən  buyruq  quluyam.  Hökmdar  istəyib,  mən  də  aparıram.  Fərman  belədir  ki,  Təbrizə
qədər başından bir tük əskik olmasın. 
– Təbrizdə hər tükümdən intiqam alacaqlar, eləmi? 
– Onu Sultan bilər, sən bilərsən. – Açın əllərini, ayaqlarını, ata mindirin. 
Əbih Sultanın əmrini yerinə yetirdilər. Murad Rüstəm Mirzənin mindiyi atın yüyənini öz 
əlinə aldı. 
– Bağlayın gözlərimi! – Günəş işığına baxandan sonra elə bil gözlərinə qum dolmuşdu. – 
Sonra  da  əlavə  elədi:–  Lazım  deyil,  bağlamayın.  Bəlkə  də  Təbrizdə  gözlərimdən  birdəfəlik 
məhrum oldum, heç olmasa yollara axırıncı dəfə baxaram. Nə görsəm qənimətdi. 
– Narahat olma, Rüstəm Mirzə. 
Bu  səsdən  sonra  Rüstəm  Mirzə  susdu.  Elə  bil  qaranlıq  mağaraya  düşmüşdü.  Göz-gözü 
görməyən  yerdə  əllərini  sürtüb  özünə  kömək  axtaranda  əlləri  yumşaq  bir  bədənə  toxunmuşdu. 
Soyuq və yumşaq bu bədənin ilan olduğunu birdən-birə bilmişdi. 
– Məni kim aparır? 
– Əbih Sultandı, – deyə o səsinə mülayimlik verdi ki, Rüstəm Mirzə e’tirazını bildirməsin. 
Rüstəm Mirzə sürüşüb yəhərdən düşdü. 
–  Getmirəm.  Qoy  məni  gəlib  buradan  Bəysunqurun  cəlladı  aparsın.  Ona  razıyam.  Əbih 
Sultan aparmasın. Əbih Sultan, yadında saxla, mən taxta çıxacam. Başıma tac qoyduğum birinci 
gün sənin ananı mən ağlar qoyacam. 
Dədə  bəy  təəccüblə  Hüseyn  Lələnin  üzünə  baxdı.  Onun  razılığını  istəyirdi.  Rüstəm 
Mirzəni  götürüb  aradan  çıxarmaq  üçün  onun  gözləri  ilə  razılığını  bildirmək  bəs  edərdi.  Lələ
qılıncının qəbzəsini bərk-bərk sıxıb dayanmışdı. Him-cimlə Dədə bəyə başa saldı ki, özünü ələ
alsın. 
Əbih  Sultan  əhvalatın  gedişinin  belə  dönməsini  gözləmirdisə  bir  anlığa  özünü  itirdi. 
Qalabəyinin  yanında  ona  öz  fikrini  başa  sala  bilməzdi.  Üstünə  hirslənmək,  ona  kobudluq  da 
göstərmək istəmirdi. Onsuz da onun yanında günahı çox idi. Sabah taxta çıxarsa ixtiyar Rüstəm 
Mirzənin  əlində  olacaq.  Hökmdar  nəsli  də  dəvə  kimi  kinli  olur.  Barmağının  onunu  da  şama 
çevirsən belə yaxşılığı yadlarında saxlamırlar. 
Rüstəm Mirzə qalanın meydançasında dayanıb var kücü ilə bağırırdı. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə