Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə40/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   101

82
–  Öyrədərəm,  oğul!  İndi  gör  sənə  nə  göstərəcəyəm.  O,  bərbəzəkli,  sədəf  düzülmüş
sandığına tərəf getdi. Dayanıb oğluna tərəf döndü. 
–  Yeddi  dəniz  arxasında  bir  şəhər  var,  oğlum.  Dənizin  içində  evləri,  sarayları  dirəklər 
üstündə  tikilib.  Deyirlər  o  şəhər  gözəlliyində  dünyada  ikinci  şəhər  yoxdur.  Adına  Venedikt 
deyirlər. Orada dünyanın ən məşhur rəssamı və nəqqaşları yaşayır. 
– Evləri suyun içində tikilibsə küçələri necədi? 
– Küçələri də sudu. Evdən-evə qayıqla üzürlər. 
– Bunları sən hardan bilirsən, ana? 
– Baban Uzun Həsənin sarayında bu şəhərin səfiri yaşayırdı, Cənabi Zenon. Həm də bizə
qohum  idi.  Şəkil  çəkməyi  də  mənə  o  öyrətmişdi.  Onun  Venediktdən  gətirdiyi  bir  şəkli  neçə
illərdir ki, saxlayıram. 
O, sandığın qapağını qaldırdı, oradan ipəyə bükülmüş bir şey çıxardı. Açdı, qızıl çərçivədə
kiçik bir şəkil idi. İsmayıl heyran-heyran o şəklə baxmağa başladı. Şəkildə danışdığı şəhər təsvir 
edilmişdi.  O  yerlərin  binaları  bu  yerlərdəkilərə  bənzəmirdi.  Küçələr,  dəniz,  eyvanlar  nəfis 
şəbəkəli... Uzun, qara qayıqda isə qırmızı məxmər paltarlı adamlar oturmuşdu. 
Qızıl  çərçivəli  kiçik  şəkildə  hər  şey  canlı  idi.  İsmayıl  heç  vaxt  görmədiyi  dənizin  sanki 
səsini eşidirdi. Adamların hənirtisini duyurdu. Günəşin istisini hiss eləyirdi. 
– Gör necə gözəldi. 
– Bəli, gözəldi. İnsan əlindən hər iş gəlir.  
Sultanəli hücrəyə girdi. Amma özündə deyildi. Körpə pələng kimi gəzişirdi. İsmayıl onu 
görüb sevinclə qışqırdı: 
– Hələ bir bura bax! 
Sultanəli baxdı, amma üzünü tez də çevirdi. 
– Xoşuna gəlmədi? 
– Yox. Bizim dinimiz insan şəkli çəkməyi qadağan eləyir. 
– Nə üçün? – deyə İsmayıl soruşdu. 
– Ona görə ki, insanın əksini çəkən şəxs, sonradan ona can, nəfəs vermək iddiasına düşə
bilər.  Bunun  isə  necə  küfr  olduğunu  sən  bilməlisən.  Bütpərəstlər  ağacdan,  palçıqdan,  daşdan 
insan düzəltdilər və ona sitayiş elədilər. 
İsmayıl qardaşı ilə ürəyində razılaşmadı. 
DÜŞMƏNLƏR VƏ DOSTLAR 
Yüklü  dəvələr  karvansarayın  qabağında  dayandı.  Sarvan  qabaqdakı  dəvənin  ovsarından 
yapışıb çubuqla dizinə vurdu, “hıx” deyən kimi qara, qoca nər ayaqlarını yığıb aşağı yatdı, o biri 
dəvələri  də  yatırtdılar.  Ortayaşlı,  qara  saqqallı  tacir  işlərin  gedişinə  göz  qoyub  karvansarayın 
qapısında  atdan  düşdü.  Daş  döşəməyə  dəvə  qığı,  at  təsi  tökülmüşdü,  daşlardan  turşumuş  iy 
qalxırdı. 
Karvansarayın  qapısı  açıldı,  əli  təsbehli,  uzun  əbalı,  qırmızı  saqqallı  kişi  çıxdı.  Atdan 
düşən tacirlə görüşdü, əlini onun əlindən çəkəndən sonra dodağına aparıb öpdü. 
– Yorulmayasan, Hacı Həşim, – dedi. 
– Sağ ol, Kərbəlayi. Hə, nədi, gedirsən həccə? Qurban bayramına Məkkəyə çatarıq.  
–  Mənə  niyyət  düşmür,  Hacı.  İndi  də  böyük  oğlum  azarlayıb.  Bir  yönlük  eləyim,  görüm 
necə olacaq. 
–  Allah  şəfa  versin.  Amma  nə  qədər  ki,  həccə  gedib  borcunnan  çıxmamısan,  xəlluqaləm 
hələ səni çox sınayacaq. 
Onlar  hal-əhval  tutub  həsb-hal  eləyirdilər.  Karvanın  adamları  dəvələrin  cihazlarındakı
yükləri yerbəyer eləyirdilər. 
Karvansarayın  darvazasından  içəridə  kiçik  bir  həyət  vardı.  Bu  həyətdə  səkkizkünclü  daş
hovuza daş novdan su tökülürdü. Cibo Səfər həmin novdan mis aftafanı doldurdu. Dəstəmaz alıb 
axşam namazına başlayacaqdı. 


83
O,  bu  yaxın  vaxtlarda  karvansaraya  düşmüşdü.  Ona  bazarda  dükan  almışdılar.  Kürəsi 
vardı,  palçıqdan  çıraq  düzəltməyə  başlamışdı.  İşləri  də  yaxşı  gedirdi.  İki  gün  əvvəl  onun 
hücrəsiylə yanaşı hücrəyə iki müsafir düşmüşdü. Öyrənmişdi ki, ziyarətə gəliblər. Amma bu iki 
gündə  hələlik  Darül  İrşada  baş  çəkməmişdilər.  Elə  bil  nəyisə  gözləyirdilər.  Bığları  qoç 
buynuzuna oxşayan adam həyət-bacada daha tez görünürdü, Cibo Səfərlə də bu iki gündə ülfət 
bağlamışdı. Səfəri bazara da göndərmişdi. Hücrələri də yanaşı idi. 
İndi Cibo Səfər aftafasını doldurub aparanda onunla üz-üzə gəldi. 
– Axşamın xeyir, – dedi. 
– Hər vaxtın xeyir. 
Bu  Murad  idi.  Birdən-birə  o  başını  qaldırdı,  tacir  karvansarayının  həyətində,  hovuzun 
kənarında  dayanıb  ona  baxırdı.  Murada  bu  sifət  tanış  gəldi.  Paltarından  tacir  olduğunu  gördü. 
Tacir  diqqətlə  baxırdı.  Rəngi  də  əməlli-başlı  ağarmışdı.  Murad  vaxt  itirə  bilməzdi.  Karvan 
adamları gəlsə işlər korlana bilərdi. 
Bir sıçrayışla özünü tacirə yetirdi. 
– Tərpən! 
O  elə  hökmlə  dedi  ki,  tacir  belindəki  xəncərini  də  yadından  çıxarıb,  silahsız  Muradın 
qabağına  düşüb  yeridi.  Murad  taciri  öz  hücrələrinə  yox,  Cibo  Səfərin  hücrəsinə  apardı,  Səfər 
hələ namaz qılmağa təzə hazırlaşırdı. Muradın yad adamla içəri girməsi onu duruxmağa məcbur 
elədi. Murad ona heç nə deməyib tacirin qolunu burdu, hücrənin küncündə yıxıb Cibo Səfərin 
yerə sərdiyi canamazı götürüb onun ağzına tıxadı, əllərini və ayaqlarını bağladı. 
Nə iş görürsən, a kişi? 
– Bəri gəl. Qapını bağla, tez. Sonra bilərsən. 
O,  Cibo  Səfərin  qolundan  tutub  hücrədən  çıxardı.  Muradın  iri  barmaqları  arasında  onun 
nazik  qolu  çöp  kimi  idi  və  bərk  sıxsa  ovxarlanıb  tökülərdi.  Onlar  qonşu  hücrəyə  girdilər. 
Xalçanın  üstündə  uzanıb  əllərini  başının  altına  qoyub  sağ  dizini  qaldıran  Əbih  Sultan  onlara 
baxırdı. Muradı təlaşlı görüb soruşdu. 
– Nə var? 
–  Dedim  karvansaraya  düşməyək  də.  Düşmənlərimiz  hamısı  bura  gələcək,  görüb 
tanıyacaqlar.  
Əbih Sultan yerindən qalxıb oturdu. 
– Düşmənimiz budu? 
– A başına dönüm, mən sizi heç tanımıram? Mən düşmən olsam sizə nə eləyəsiyəm? 
Murad onun qolunu dartdı. Yə’ni “sən sus”: – Tacir gəlib. Məni də yaxşı tanıdı. Adamları 
da çoxdu. Tərpən, qan tökməmiş buradan çıxaq. 
Onlar  keçən  gündə  Şeyxin  müridlərindən  heç  kimi  tapa  bilməmiş,  əlləri  Hüseyn  Lələyə
çatmamışdı. İndi də bu hoqqa çıxıb. Murad gec tərpənsə bəlkə də artıq karvansarayın həyətində
qılınc qırğını başlamışdı. 
–  Hara  gedək?  –  Əbih  Sultan  sanki  öz-özündən  soruşdu,  amma  bu  kəlməni  hündürdən 
dedi. 
Mən bilirəm, – Cibo Səfər qorxa-qorxa dilləndn 
– Sən nəyi bilirsən? – Murad hələ də onun qolunu buraxmamışdı. 
– Gizlənməyə yer. Allahdan başqa orada sizin xətrinizə bir kimsə toxuna bilməz. 
Onlar silahlarını qurşadılar. Həyətə çıxanda karvan adamları yükləri yerbəyer eləyirdilər. 
Deyəsən hələ tacirin başına gələndən heç kimin xəbəri yox idi. Onu axtarmırdılar. Əbih Sultan 
üzünə qara niqab çəkmişdi, gözlərindən isə onu burada heç kim tanımayacaqdı. Murad isə sir-
sifətini gizlətmək niyyətində deyildi. 
– Uzaqdı, yaxındı? 
– Yaxındı. 
Onlar karvansaranın həyətindən çıxdılar. Atları götürmədilər. Bu, vaxt aparardı və hər şey 
məhv  olardı.  Onlar  tayları  daşıyan  karvan  adamlarının  yanından  keçəndə  tayın  bir  tərəfindən 
tutan  kişi  dayandı,  tay  əlindən  yerə  düşdü,  əlinin  dalı  ilə  alnının  tərini  sildi.  Gözləri  Muradda 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə