Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə41/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   101

84
qaldı.  Murad  da  ona  baxdı.  Elə  baxdı  ki,  onun  əli-qolu  boşaldı.  Tayın  o  biri  tərəfindən  tutan 
adam bu baxışlara fikir verəndən sonra qışqırdı. 
– Qaçaq Murad, Qaçaq Murad. 
Amma heç biri onun üstünə gəlməyə cəsarət eləmədi. Hamısı yükü qoyub karvansarayın 
həyətinə,  tacirin  yanına  qaçdılar.  Tərini  silib  hələ  də  nə  edəcəyini  bilməyənin  yaxasını  əlinə
keçirən Murad dar küçəyə, evlərin arasına çəkdi. 
–  Mənim  dalımca  gəlsəniz,  salamat  qurtaran  deyilsiniz.  Bu  sözlərdən  sonra  o  bir  anda 
yığıldı, üz-gözü əyildi. Murad onun yaxasını buraxanda tir-tap yerə düşdü. 
– Buna nə oldu? 
–  Heç,  –  deyə  Əbih  Sultan  xəncəri  qara  əbasının  altında  qına  saldı.  –  Tərpən.  Murad 
heyfsilənsə  də  heç  bir  şey  demədi.  Onlar  Cibo  Səfərin  dalınca  dar  küçələri  keçib  başqa  bir 
küçəyə döndülər. Karvansara tərəfdən hay-küy eşidiləndə onları Cibo Səfər – artıq Darül İrşada, 
Şeyx Səfiyyəddin türbəsinə çatdırmışdı. 
– Buyurun. 
Onlar  qapıda  dayanıb  başmaq  cütləyən  adamın  yanında,  ayaqqabılarını  çıxarıb  çəkələk 
geydilər və həyətə girdilər. 
– Bizi hara gətirdin? 
– Buradan yüz il çıxmasanız heç kim sizə barmaq toxundura bilməz. Hələ Əmir Teymur bu 
ibadətgaha on kənd alıb bağışlayanda belə bir qayda qoymuşdu ki, kim buraya pənah gətirsə onu 
oradan çıxarmağa heç bir hökmdarın ixtiyarı yoxdur. 
Murad buranı ziyarət eləmişdi. İndi burada qalmağı ağlına sığışdırmadı. Ürəyi darıxacaqdı. 
– Əbih Sultan, indi oturub burada gözləyək ki, gəlib bizim keşiyimizi çəksinlər. 
Əbih Sultan Cibo Səfərə dedi. 
– Sən bura deyəsən məhrəm adamsan? 
– Bir az. Necə? 
– Onda bizi Hüseyn Lələ bəyin yanına apar. 
– Hüseyn Lələnin? Qoy öyrənim görüm burdadı? O, uzaqlaşdı, kaşılarla işlənmiş dəbilqə
şəkilli  qapıdan  içəri  girdi.  Amma  gəlib  çıxmaq  bilmirdi.  Əbih  Sultanla  Murad  tut  ağacının 
saralıb  tökülmüş  xəzəllərinin  üstündə  gəzişdilər,  darıxdılar,  ancaq  Cibo  Səfər  gəlmədi  ki, 
gəlmədi. 
– Bizi aldadıb tələyə saldılar, Murad. 
– Yox, bu fağır adamdı, aldatmaz. 
– Onda Hüseyn Lələ bəy buradadı. Burdadısa işlər düzəldi.   
Bir  azdan  dörd  nəfər  qara  paltarlı,  qırmızı  börkülü  adam  gəldi.  Aralarındakı  ən  yaşlısı 
pəltəkləyə-pəltəkləyə soruşdu. 
– Ziyarətə gəlib ağalar? 
– Bəli, – deyə Əbih Sultan dilləndi. 
–  Onda  silahları  verin.  Çıxanda  qaytarallar.  İmam  övladının  qəbri  üstünə  heç  kim  silah 
gətirməyib. 
Əbih  Sultan  bu  kəlmələrlə  Cibo  Səfər  arasında  bir  əlaqə  gördü.  Geri  çəkilmədi.  Bu  işin 
sonuna qədər getmək fikrinə gəldi. Belindən xəncərini, qılıncını açıb verdi. 
Murad da qılıncını açdı. 
– Qayıdanda bu silahları bizə verəcəklər? 
– Bəli, ağa. 
Onlardan  biri  silahları  götürdü.  Pəltək  qabağa  düşdü,  iki  nəfər  arxada  onları  müşayiət 
elədi. Səfər girdiyi qapıdan içəri girdilər, sağa döndülər. Qaranlıq bir dəhlizə ayaq qoyan kimi 
Muradın da, Əbih Sultanın da başına qara örtük atdılar. Hərəni bir neçə adam sarıdı və götürüb 
harayasa apardılar. 
Karvanın  adamları  karvansarayın  həyətində  nə  qədər  axtardılarsa  tacir  Hacı  Həşimi  tapa 
bilmədilər. Karvansaray sahibi də məəttəl qalmışdı. 
– Nökərlər hücrəni təmizləyirdi. Bu necə ola bilər. 


85
–  Ağanı  öldürdülər.  Qaçaq  Muradı  mən  özüm  gördüm,–  deyə  bayaq  qışqıran  nökər 
ağlayırdı. 
– Kim öldürəcək? 
– Qaçaq Murad. 
– O kimdi? Qaçağın, quldurun mənim karvansarayımda nə ölümü var? 
Öz gözlərimnən gördüm, ağa. Belə iri bığları var.  
Kərbəlayi qabağa düşüb hücrələrə baxmağa başladı. 
– Yekə bığlı... Elə hamı yekə bığlıdı da. Hə, dediyin Hacı Nəsib ağadı. İki nəfərdilər, bu 
hücrəyə düşmüşdülər. Ziyarətə gəliblər. 
Kərbəlayi qapını itələyib açdı. Qaranlıq hücrədə heç nə görmədi. 
– Şam gətirin, – deyə səsləndi. Şamı gətirdilər. Hücrədə qalxan, əmud vardı, bir küncdə iki 
qiymətli yəhər görünürdü. 
– Yoxdular. 
Bu vaxt karvan adamlarından biri başılovlu gəldi. 
– Öldürüblər. 
– Kimi? 
– Xəncəri lap ürəyinə soxublar. 
– Kimin? 
– Nökər Niyazın. 
–  Cəhənnəmə  soxsunlar.  Ürəyim  düşmüşdü,  dedim  bəs Hacı Həşim ağanı deyirsən. – O, 
hücrədən çıxdı. Cəftəsi keçirilən hücrəni göstərib dedi: 
–  Burada  da  bir  çıraxçı  olur.  Şamaxılı  Səfər.  O  da  sakit  adamdı.  Heç  sərçə  də  öldürə
bilməz. İndi yəqin namaz qılmağa gedib. 
– Aç hücrəni. 
Kərbəlayı cəftəni qaldırıb qapını açdı. İçəridə səs eşitdi. İniltiyə bənzəyirdi. Çırağı başının 
üstünə qaldıranda qolu-qıçı bağlı bir adam gördü. Qorxub çəkildi. 
– Balam bu nə müsibətdi. Görün kimdi. 
Nökərlər  içəri  girib  tacir  Hacı  Həşim  ağanın  ağzından  canamazı  çıxartdılar.  Canamazı 
onun dodaqları arasına möhürqarışıq tıxamışdılar. Əl-qolunu açıb ayağa durğuzdular. 
 – Ay uşaq, kişiyə bir qurtum su verin, qorxub. Şükür, sağ-salamatdı. 
Karvansaray sahibi şəhər valisinin yanına getdi. Əhvalatı danışdı. Öyrəndi ki, elə bu gün 
Süleyman  Bicanoğlu  qoşunla  Ərdəbilə  gəlib.  Onunla  bərabər  şəhər  valisi  karvansaraya  gəldi, 
taciri  danışdırdılar,  şahidləri  dindirdilər,  Muradla  Əbih  Sultanın  əşyalarını  da,  yəhərləri,  atları
apardılar.  Onları  axtarmaq  üçün  şəhərə  adamlar  saldılar.  Şəhər  valisi  qiymətli  yəhəri  Muradın 
atının  belinə  qoymuşdu,  monqol  madyanını  isə  yəhərsiz  gətirtdirmişdi.  İmkan  tapan  kimi  öz 
ilxılarının  içinə  göndərmək  fikrindəydi.  Süleyman  Bicanoğlu  monqol  atını  görüb  elə  bil 
axtardığını tapdı. 
– Bu madyanın sahibi hanı?  
– Yoxa çıxıb, ya əmir. 
–  Yerin  altından  olsa  çıxart  gətir  mənim  yanıma.  Dirisini.  Qoşun  sənin  ixtiyarında,  nə
qədər istəyirsən, götür. 
Qoşundan  ayırıb  şəhərin  ətrafında  gözətçilər  qoydular.  Gəlib-gedənləri  saxlayır,  sorğu-
suala tuturdular. Amma səhər işığına qədər bir nəticə hasil olmamışdı. 
Əbih  Sultanın  başından  qara  örtüyü  götürəndə  onun  rəngi  boğulmuş,  nəfəsi  qıncıxmışdı. 
Gözləri  işığa  öyrəşəndə  çıraq  hisinin  iyini  duydu  və  nəm  divarlar  arasında  olduğunu  gördü. 
Sifətini qara bir kölgə kimi gördüyü adam deyirdi: 
– Əbih Sultan, sən bizim qan düşmənimizsən. Cəzanı özün de. Asaq, kəsək, ya... 
–  Kimdi  məni  danışdıran?  Mənim  bu  dünyada  düşmənim  çoxdu.  Hansıdı  məni  İmam 
övladının ziyarətində yaxalayan? 
–  Şeyx  Heydərin  yaxın  dostları.  Dərbənd  yanında  sən  də  vardın.  Sənin  də  əlin  Şeyxin 
qanına bulanıb. Cəzanı özün kəs. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə