Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə49/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   101

100
pəncərədən  at  ayaqları  göründü.  Sonra  geyimindən  saray  fərraşına  oxşayan  adam  başını  içəri 
uzatdı. Qayıtmaq istəyirdi ki, Muradı gördü və bir az da irəli gəldi. 
– Murad bəy, ağa səni gözləyir. 
Murad iri bir tikə götürmüşdü. Barmaqlarından zəfəranlı yağ axırdı. Tikəni ağzına qoyub 
iştahla çeynədi, udub dedi: 
– Ağan kimdi sənin? 
– Əbih Sultan. 
– Getməsəm nə eləyərsən? 
Xidmətçi  pərt  oldu.  Doğrudan  da  nə  edəcəyini  bilmirdi,  bu  barədə  ona  heç  bir  tapşırıq 
verməmişdilər. Bir an fikirləşdi. Muradın zəfəranlı, yağlı barmaqlarına baxıb udqundu. 
– Getməsən? Ağa dedi ki, Murad bəyi tap gətir. 
– Elə belə dedi? 
– Bəli, bəy. 
Cibo Səfər onun dizinə toxunub dedi: 
– Ağa, Murad bəyi harada gözləyir? 
– “Səkkiz behişt” sarayında. 
Bu  sözdən  sonra  piti  yeyən  adamlar  da  əllərini,  tikə  çeynəyən  çənələrini  saxladılar, 
piştaxtanın  sahibi  qırmızısaqqal  kişinin  rəngi  ağardı.  “Gör  necə  böyük  adam  gəlib  mənim 
dükanıma  çıxıb.  Bilsəm  belədi,  hörməti  ayrı  cür  eləyərdim.  Bir  şey  xoşuna  gəlməyibsə,  vay 
mənim halıma”-deyə fikirləşdi. 
Cibo  Səfər  Muradın  qulağına  nə  pıçıldadısa,  sonra  üzünü  Əbih  Sultanın  xidmətçisinə
çevirib dedi: 
– Sən get, Murad bəy gələr. 
Xidmətçi bu sözdən sonra onun qabağında diz üstə çökdü: 
– Qurbanın olum, ay bəy. Mənə yazığın gəlsin. 
–  Qalx,  –  deyə  Murad  ona  təpindi.  O  insan  yalvarışına  dözə  bilmirdi.  –  Get,  gözlə, 
çıxaram. 
Murad Səfəri də özü ilə bərabər gətirdi. Ona ürəyi yatmışdı. Neçə gün idi bir yerdə gəzib-
dolanır, dərdləşirdilər. 
İçəri girəndə Murada elə gəldi ki, Əbih Sultan təzə qalxan günəş kimi parıldayır. Libası, 
silahları,  məstlərinin  naxışları,  saqqalı  və  bığları,  Murada  uzanan  əlləri  lap  işıq  böcəyinə
dönmüşdü. Heç monqol atına minən Əbih Sultana oxşamırdı. 
– Hə, mənə görə qulluq. 
–  Qul  sahibi  olasan,  qulluq  nədi?  Səni  şana-şöhrətə  çatdırmaq  niyyətindəyəm.  Sən  də
deyirsən qulluq. 
– Nə bilim – Murad çiyinlərini çəkdi. – Nə bilim, deyir dəvəni toya çağırdılar bikef oldu. 
Soruşdular bu nə hikmətdi? Cavab verdi ki, oynamağa çağırmırlar ha, ya duza göndərəcəklər, ya 
suya, ya oduna. 
Cibo Səfər göy gözlərini qıyıb bic-bic onların söhbətlərinə qulaq asırdı. Nazik dodaqları da 
qaçmışdı, çürük, xırda dişləri görünürdü. 
– Oduna, suya, duza göndərməyə dəvələrimiz var. Onların ovsarını tapşırdığımız adamlar 
da mə’lumdur. Bir qalır o sarvanların hamısının ovsarını tapşırmağa igid lazımdı, o da sən. Axır 
günümdə mənə kömək durmusam, arxamda dayanmısan, indi o haqqı-sayı və boynumda saxlaya 
bilmərəm. 
Murad  sakitcə  qulaq  asır.  Əbih  Sultanın  qatladığı  dizinin  kündəsində  gərilib  hamarlanan 
zoğalı  ipək  parçanın  parıltısına  baxıb  fikirləşirdi.  “İndi  karvanların  sarvanlarını  mənə  ümid 
eləyir. Əlinə fürsət düşən kimi o dizini boğazıma qoymaz ki? Hələlik karvanların ovsarını mənə
verib, məni ovsarlayıb yedəyində aparmaq fikrindədir. Yaşayaq, hər şeyi görərik”. 
Səfər  Muradın  bu  hərəkətlərindən  hiss  eləyirdi  ki,  o  Əbih  Sultanın  bu  təklifini  bəyənib, 
onunla razıdır. Amma hələlik nədənsə tərəddüd göstərir. Bayaqdan qılıncının qəbzəsinə döyüb, 
Əbih  Sultanın  qarasınca  danışırdı.  Amma  indi  birdən-birə  yumşaldı.  Bu  işdə  ona  haq  da 
qazandırdı.  Axı  Murad  bundan  sonra  öz  elinə-obasına  qayıdan  deyildi.  Bu  yerlərdə  yurd-yuva 


101
salmalı, ev-eşik sahibi olmalı idi. Bu işdən ötəri də ona hər cür imkan açılırdı. Bəs birdən-birə o 
qızılbaşların tərəfini versə necə? 
Bu vaxt Əbih Sultan Səfəri göstərdi. 
– Bu kimdi? 
–  Şirvanlıdı.  Duz-çörək  kəsmişik,  –  deyə  Murad  ehtiramla  cavab  verdi  və  açıq-aşkar 
bilindi ki, bu ehtiram Əbih Sultana yox, Səfərə aid idi. “Duz-çörək kəsmişik” kəlməsindən sonra 
Əbih Sultanın dodağı qaçdı. Amma bunu heç kim görmədi. Çünki qızılı, qəhvəyi rənglərə çalan 
yumşaq bığları onun dodaqlarını örtmüşdü. 
“Duz-çörək” bunun üçün Allahdan da irəlidi, peyğəmbərdən də, lap padşahdan da. Qanlı
düşməni ilə bilmədən bir süfrəyə otursa intiqam almağı unudar. Bir tikə çörəyə hər şeyi qurban 
eləyər”. 
– Murad bəy, səni elə yüksək bir mərtəbəyə qaldırıram ki, orada gərək padşah süfrəsindəki 
duz-çörəkdən özgə heç bir duz-çörək görünməsin. Bir hökmdarın bir vəziri vardı, hər dəfə süfrə
açılanda padşah ondan xörəyin dadını soruşardı. Deyərdi: 
– Vəzir dolma necə bişib? 
Deyərdi: – Gözəl. 
Padşah  yeyib  görərdi  ki,  dadı-duzu  yoxdu,  deyərdi,  pis  dolmadı.  Vəzir  də  deyərdi  bəli, 
dolma pisdi. Axırda bir gün padşah cana gəldi, dedi: – Ay vəzir, axı elə mən nə deyirəmsə, onu 
tutuquşu kimi təkrar eləyirsən. Bu necə olan işdir? 
Vəzir dedi: 
 
– Padşah sağ olsun, mən dolmaya yox, padşaha qulluq eləyirəm. Bir dolmaya görə sənin 
sözünü  qaytarsam,  onda  gərək,  boğazım  keçə  ilgəyə.  Bildin  də,  mən  nə  deyirəm.  Sən  olursan 
saray adamı. Çörək yediyin süfrə də, saray süfrəsi olacaq. Ona görə də bir duz-çörəyə bir ölkənin 
sirri-sözü əldən getməməlidir. 
Muradı söz tutdu, amma təmkinini pozmadı: 
– Mən duz-çörək kəsdiyim adama ürəyimi verərəm. O ürəyin ona dəxli olmayan sözünü isə
vermək hələ mənim kiminin qeyrətinə yazılmayıb. 
– Bu yaxşı, bu oldu çox pakizə. – O, Səfərə baxdı. – Sənin bu dostundan heç gözüm su 
içmir. Gözləri göy, dişləri seyrəkdi. – O sözünə ara vermədən əlavə elədi. – Belə adam bizə hava 
kimi, su kimi lazımdı. Götürərsən öz yanına. Nə deyirsən?   
Əbih  Sultan  elə  danışırdı,  sanki  Ərdəbildə  Səfəri  görməmişdi.  Onu  çox  yaxşı  tanıyırdı, 
amma üzə vurmur, onu istədiyi yerlərdə sınaqdan keçirmək istəyirdi. 
– Yox, Əmir sağ olsun. Mən Təbrizdə qala bilmərəm. Mənim Ərdəbildə dükanım var. 
– Harada? Ərdəbildə? 
– Bəli, ağa. 
– O dükanı Təbrizdə açarsan, olmaz? 
– Niyə olmur, ağa, ancaq mənim Ərdəbildə əhli-əyalım var. Mən gətirsəm də, qayınatam 
qoymaz. 
– Özün Ərdəbildənsən? 
– Yox, Şirvanlıyam, Şamaxıdan. 
– Bəs Şamaxı sünnüsü Ərdəbil qızılbaşlarının arasında necə baş çıxarır?  
Səfər tez cavab verdi: 
– Elə özüm də qızılbaşam. 
 
 – Bəs nə tez məzhəbini dəyişdilər? 
– Özüm dəyişdim. 
– Qoçaq adamsan. 
Murad Əbih Sultanın danışığındakı təhqiramiz kinayəni başa düşürdü, ona görə də araya 
söz qatmaq istədi. 
– O mənim dostumdu. Hər işinə mən cavabdehəm. 
– Çox yaxşı. – Əbih Sultan tezcə razılaşdı. Amma Səfərin Ərdəbil pirində onların başına 
qara  örtük  saldırıb  məşhər  ayağına  çəkdirdiyi  yadından  çıxmamışdı.  Amma  gözünü  dolandırıb 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə