Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə45/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   101

92
Göylər  kişnəmirdi.  Qara  buludlar  yox  idi.  Payızın  günəşi  hər  tərəfi  soyuq  bir  işığa  qərq 
eləmişdi.  Amma  Səkinə  elə  deyirdi  ki,  elə  bil  ildırım  da  çaxırdı,  bütün  dünya  qara  libas 
geymişdi. 
Kasa dolmaz,  
Mərd əli kasad olmaz  
Yüz namərdin çörəyini  
Doğrasan, kasa dolmaz. 
İsmayıl  qonşu  hücrədəki  qocanın  avazla  qur’an  oxumağını  çox  eşitmişdi.  O  avazda  ağır, 
üzüntülü  uzaq  bir  nida  vardı.  Dərd  və  ələm  vardı.  Amma  onun  oxuduqlarını  başa  düşmək 
mümkün deyildi. Səkinənin oxuduqlarında nə isə dərd-kədərlə bərabər aydınlıq da vardı. 
Çay axdı, ada saldı. 
Coşdu sel, səda saldı. 
Allah bizi unutdu 
Əzrayıl yada saldı. 
– Bunları kim qoşub, Səkinə xala? 
– Nə bilim, atam-anam. El-elat, çoban-çoluq. Dərd kimdə olar? Hərə öz dərdini deyib olub 
bayatı. 
Sultanəli  hücrəyə  girdi.  Kəsik-kəsik  nəfəs  alırdı.  Rəngi  ağarmışdı.  Çox  həyəcanlı  idi. 
Divara söykənib İsmayılla Səkinəyə baxan anasına dedi: 
– Gəlirlər. 
–  Kim  gəlir?  –  Aləmşahbəyimin  ağzında  dili  tikan-tikan  oldu.  Bütün  bədənindən 
taqətsizlik adlı bir gizilti keçdi. 
– Qalaya çox böyük dəstə qalxdı. Yəqin bizi aparmağa gəlirlər. 
 
İsmayıl qalxıb qardaşından soruşdu: 
– Hara? Evimizə? 
Sultanəli onunla açıq danışmaq istədi. Onun qarşısında çöməldi. 
–  Evimizə  yox,  mənim  balaca  qardaşım.  Bu  sonuncu  günə  oxşayır.  Kişi  kimi  mərd 
mərdanə dayan, ölüm ayağında özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox, 
üzlərinə tüpürmək lazımdır.   
Aləmşahbəyim quruyub qalmışdı. Dili söz tutar-tutmaz Səkinəyə dedi: 
 
– Səkinə, mənim zümrüd qaşlı üzüyümü mücrüdən çıxar ver. – Sultanəli tərs-tərs anasına 
baxdı. Özünü saxlaya bilmədi. 
 
– Ölüm ayağında neynirsən bər-bəzəyi? 
Aləmşahbəyim  oğlunun  sözünə  fikir  vermədi.  Sultanəli  də  anasının  fikrini  başa  düşüb 
dinmədi.  Səkinə  qorxu  içində,  titrəyə-titrəyə  gedib  mücrüdən  zümrüd  qaşlı  üzüyü  gətirdi.  O 
üzüyü barmağına keçirtdi, sonra necə elədisə üzüyün qaşı qalxdı. 
– Bunu nənəm Sara xatun bağışlayıb. Dar ağacından, qılıncdan irəlidir. Səkinə, o birisiləri 
də gətir. Amma Səkinə yerindən tərpənmək istəmirdi. 
– Səkinə, – deyə yenə ona baxdı. 
 
– Əlim gəlmir, atam-anam. 
– Yerini de, özüm götürüm. 
– Sazın içindədi. 
Səkinə cürə sazı divardan götürdü. Simləri dartan aşıqlardan birini çıxartdı. Aşığın içindən 
Səmərqənd  kağızına  bükülən  kiçik  həbləri  götürdü.  Aləmşahbəyim  bu  həblərdən  birini  ağzına 
atmaq istəyən Səkinənin biləyindən tutub saxladı. 
– Neynirsən?   
Bu günü görmək istəmirəm, atam-anam. 


93
–  Sənin  günahın  nədi,  Səkinə.  –  Aləmşahbəyim  onu  qucaqladı.  –  Əlbət  mənim  axırıncı
xahişimi eşidəcəklər. Onda deyəcəyəm səni öz ellərinə göndərsinlər. 
– Bundan sonra bu dünyada yaşamaq istəmirəm, atam-anam. 
İsmayıl mat-mat onlara baxır, sözlərinə qulaq asır, amma işin məğzini başa düşə bilmirdi. 
Sultanəlidən soruşdu: 
– Nə olub? 
Sultanəli onun qolundan tutub apardı. 
– İsmayıl, biz kişiyik, axıra qədər də özümüzü kişi kimi aparmalıyıq. Atamızın düşmənləri 
bizi aparmağa gəlib. Onlar yəqin ki, bizi e’dam edəcəklər. O düşmənlərə əyilməməliyik. Onların 
üzlərinə  tüpürək,  ağır  sözlər  deyək.  Atamız  da  belə  kişi  olub.  Bu  həbi  qoy  cibinə.  Zəhərdi. 
Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu həbi udarsan. – Sultanəli üzünü döndərib 
arxasını çevirdi ki, kiçik qardaşı onun gözlərindəki yaşı görməsin. Sultanəli qorxmurdu. Özünü 
belə  bir  gün  üçün  hazırlamışdı.  Amma  çox  istədiyi  kiçik  qardaşına  zəhərli  həb  verəndə  özünü 
saxlaya bilmədi. Gözünün yaşını siləndən sonra qardaşının aydın, qorxu-hürküdən uzaq sifətinə
baxdı. Onu qucaqlayıb bağrına basdı. 
– Sultanəli, atamız o gələn adamlardan qorxurdu? 
– Yox! 
– Onda biz niyə qorxaq ki? 
– Əhsən, qardaşım! 
Aləmşahbəyim  oğlanlarının  söhbətinə  qulaq  asanda  özünü  saxlaya  bilmədi,  qəşş  eləyib 
yıxıldı.  Səkinə  qalxıb  su  gətirib  onun  sifətinə  çilədi.  Gözlərini  açanda  başının  üstündə
Sultanəlinin sifətini gördü. 
Sənə nə oldu, ana? 
 
– Heç. 
– Düşmənlərimiz bizi belə görsə sevinər axı. 
Aşağı  qala  ilə  onların  arasındakı  qapının  kilidinin  səsi  eşidildi.  Sultanəlinin  gözləri  içəri 
girən adamlarda idi. Bu ucaboy, sifəti çox tanış gələn kişinin başında dilim-dilim qırmızı çalma 
vardı. 
– Ana, qızılbaşlar! 
– Hüseyn Lələ?! 
Aləmşahbəyim sevincindən qışqırdı, səsi batdı. Bəli, gələn Hüseyn Lələ idi. Yetirən kimi 
o, Sultanəlini bağrına basdı. İsmayıl yeriyib onu itələdi. Qışqırdı: 
– Burax qardaşımı, cəllad. 
Hüseyn Lələ bəy dönüb ona baxdı. Onu qucağına götürüb başı üstünə qaldırdı. 
– İsmayıl, gözümün işığı, maşallah, necə də böyümüsən. 
– Sən bizi öldürməyə aparırsan? 
Hüseyn Lələ onu sifətinə sıxdı və gözlərinin yaşını gizlətməyə çalışdı. Sultanəli dedi: 
– İsmayıl, Hüseyn Lələ atamızın dostu, bizim lələmizdir. O, bizi xilas etməyə gəlib. 
Hüseyn Lələ bəy İsmayılı yerə qoyub Aləmşahbəyimə baş əydi. 
– Bacı, bu günə çox şükür. 
Aləmşahbəyim yaşmaq çəkdi, başını aşağı əydi və soruşdu: 
– Bizi bir hali elə görək işimiz necə oldu? 
– Hər şey yaxşıdı. Bəysunqur Şamaxıdadı. Qızılbaşlar Rüstəm Mirzəni taxta çıxartdılar. O 
da fərman verib sizi azad elədi. İndi gəlmişik. Təbrizə gedirik. 
– Təbrizə niyə? Ərdəbilə getsək salamatlıq olar. 
–  Rüstəm  Mirzə  uşaqları  orada  təntənə  ilə  qarşılamaq  istəyir.  Oradan  da  Ərdəbilə
qayıdacağıq. 
– Əmim oğlu Rüstəm qardaşımdan da zalimdi. Birdən bir şey olar? 
– Heç nə olmaz. O özü qızılbaşların əlindədir. 
TƏBRİZDƏ 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə