Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə46/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   101

94
Şeyx Heydərin övladlarını böyük mürid dəstəsi əhatə eləmişdi ki, bu dəstəyə Hüseyn Lələ
bəy rəhbərlik eləmişdi. 
Sultanəli ata minmiş, başına qızılbaş çalması qoymuşdu. Bu çalmanı neçə illərdi Hüseyn 
Lələ  bəy  saxlayırdı.  Dostu  Heydərin  çalması  idi,  oğlu  üçün  qoruyub  saxlamışdı.  İsmayıl  isə
Hüseyn Lələ bəyin atının tərkində oturmuşdu. Dayanıb düşərgə salanda İsmayıl qaçmaq, dağlara 
dırmaşmaq,  ağaclara  çıxmaq,  düzənlərdə  yüyürmək  istəyirdi.  Amma  Lələ  ondan  bir  addım  da 
ayrılmırdı. O da bilirdi ki, uşaqlığını dar divarlar arasında keçirən İsmayıl indi azadlığı dadmaq 
istəyirdi. Amma onların həsrətini çox çəkmişdilər, indi onları gözdən qoymaq fikrində deyildilər. 
Düşərgələrin birində Sultanəli Hüseyn Lələ bəyə dedi: 
– Lələ, mən Rüstəm Mirzəylə görüşmək istəmirəm. 
– Niyə? 
–  Səbəbini  özün  bilirsən.  Mən  babam  Həsən  padşahdan  başqa  heç  bir  Ağqoyunlu 
hökmdarına hörmət eləmirəm. Onlar hamısı mənim qan qohumum olmaqla bərabər, həm də qan 
düşmənlərimdir. 
Lələ əlini onun çiyninə qoydu. 
– Sən böyük və ağıllı oğlansan. Atandan sonra Səfəviyyə təriqətinin başçısısan. Bu gündən 
düşmənlə də dost kimi danışmağı bacarmalısan. 
– Axı mən hələ təriqət başçısı olmağa hazır deyiləm. 
–  Sən  Ərdəbilə  qayıdandan  sonra  müridlər  hər  yerdən  axışıb  gələcək.  İndi  Təbrizə  də
qohum kimi yox, təriqət başçısı kimi gedirsən. Orada öz şərtlərini irəli sür. 
– Hansı şərtləri? 
– Ən əsas şərt odur ki, sən Ərdəbilin Ağqoyunlu paytaxtından asılılığına son qoymalısan. 
– Mənim şərtimə razı olacaqmı? 
– Olacaq. Müqavilənaməni imzalamışıq. 
– Ərdəbil Azərbaycandan ayrılsın? – deyə Sultanəli təəccüblə soruşdu. 
– Bəli. Ölkə qan içindədir. Gündə minlərlə günah işlənir. Təriqətimiz özünün pak, təmiz 
başçısını  və  paytaxtını  əldə  eləməsə,  yenə  də  Ağqoyunlulardan  asılı  qalsa,  onda  öz  işlərimizi 
davam etdirə bilməyəcəyik.  
– Lələ, sən atamızın dostusan. Ən çətin gündə köməyimizə gəlmisən. Sənin hər məsləhətin 
də bizim üçün qanundur, Qur’an ayəsi kimi müqəddəsdir. 
Onlar  Təbrizin  gündoğan  qapısına  çatanda  bütün  şəhər  əhli  pişvaza  çıxmışdı.  Yolların 
kənarı, qala divarlarının üstü adamla dolu idi. 
İsmayıl təəccüblə soruşdu. 
– Lələ, bu qədər adam olar? 
– Olurmuş, qardaşoğlu... 
– Lələ, o adamlar niyə elə sallanıblar? Şəbeh çıxardıllar? 
Qala qapısından bir neçə cəsəd asılmışdı və havada yellənirdi. 
– Onlar yox, onları bu günə salanlar şəbeh çıxardır. 
“Bu  Əbih  Sultanın  işidi.  Xoşuna  gəlməyənləri  asdırır.  İndiyə  qədər  cəsədləri  də 
götürməyib. Yoxsa bizi qorxutmaq istəyir. Şeyx Heydər övladlarını belə qarşılayarlar? İndidən 
bizə buynuz göstərir. Nə olar, biz də işimizi bilərik”.  
İsmayıl sualı sual dalınca yağdırırdı: 
– Onun başına quş niyə qonub? Padşah seçirlər?  
Hüseyn Lələ bəy cavab tapmadı. 
– Lələ, padşah seçəndə quş onun çiyninə qonmalıdı. Bunun da çiyni uzanıb. Belə də çiyin 
olar? Bəs o itlər niyə aşağıda boğuşur? 
Lələ gördü ki, nə Rüstəm Mirzə, nə də Əbih Sultan onları qarşılamağa çıxmayıb. Ona görə
də fikrini dəyişdi. Birdən ağlına gəldi ki, Dədə bəyin başında iş var. Heç o da görünmür. Bəlkə. 
Nə desən onlardan gözləmək olar. 
– Dayanın! 
Lələnin əmrindən sonra hamısı dayandı.  
 


95
– Döndərin o birisi darvazaya. 
.Onlar yollarını dəyişdilər. Bürclər, divarlar İsmayıla Təbrizi görməyə mane olurdu. 
– Lələ, Təbrizə niyə girmirik? 
– İsmayıl, səni padşah qarşılamalıdı. Görünür o birisi qapıda gözləyir. 
 
O  birisi  darvazada  da  camaat  çox  idi.  Darvazalardan,  aqaclardan  burada  da  cəsədlər 
asılmışdı. Burada da saraydan onları qarşılamağa çıxan yox idi. Hüseyn Lələ pərt olmuşdu. 
– Burada təpənin üstündə çadır qurun. Qalan müridlər silahlarına qurşanıb təpəni dövrəyə
alsın. Şeyx Heydərin uşaqları Rüstəm Mirzənin ayağına getməyəcək. 
Təpənin üstündə ağ çadır qurdular. Aləmşahbəyim Səkinə ilə çadırda oturmuşdu. Sultanəli, 
İbrahim,  İsmayıl,  Lələnin  yanında  dayanıb  Təbrizə  baxırdılar.  Buradan  baxanda  şəhərin 
içərisində uca minarəli məscid görünürdü. Onun kaşıları firuzə rəngindəydi və bir neçə yerində
güzgü kimi günəş işığını əks eləyirdi. 
– Lələ, o hansı məsciddi? 
–  Nəsriyyə  məscidi.  Təbrizin  ən  böyük  məscididir.  Baban  Həsən  padşah  tikdirib. 
Yanındakı ölkənin ən böyük mədrəsəsidir. 
– Bəs o göy bina nədi? 
– O da “Səkkiz behişt” sarayıdı. Sultan Yaqub tikdirib. 
– Lə’nətulla, – deyə İsmayıl dilləndi. Lələ ona baxıb gülümsədi. İbrahim də gülümsəyirdi. 
Amma söz deyə bilmirdi. 
Təbriz çox böyükdü, Lələ? 
– Çox böyükdü. Karvan yollarının hamısı buradan keçir. Bir yol buradan gedir Diyarbəkrə, 
oradan Mərdinə, Mərdinnən Qeysəriyyəyə, Qeysəriyyədən Ankaraya, oradan da Bursaya. Başqa 
bir  yol  ilə  Təbriz,  Ərzurum,  Ərzincan,  Toqqat,  Amasiya,  Ankara  yolu  ilə  yenə  Bursaya  gedib 
çıxmaq  olar.  Buradan  oraya,  oradan  buraya  tacirlər  gedib-gəlir.  Venediktdən,  Napoldan, 
dünyanın  bir  çox  başqa  şəhərlərindən  malları  gətirib  Təbrizdə  satırlar.  Bir  yol  da  gündoğana, 
hind  ölkəsinə,  biri  də  Çinə  gedir.  Düzdü,  gediş-gəliş  azalıb.  Təbrizdə  toxunan  parçalar, 
zərbaftalar dünyanın hər yerinə daşınır. Azərbaycan ipəyinin heç yerdə misli yoxdur. 
Lələnin  göndərdiyi  atlı  “Səkkiz  behişt”  sarayına  xəbər  apardı  ki,  Şeyxin  uşaqları  Təbriz 
yaxınlığında düşərgə salıb. 
Rüstəm  Mirzə  onların  ayağına  getmək  istəmirdi.  Özünü  hökmdar  kimi  aparmağı  vacib 
sayırdı.  Amma  Əbih  Sultan  onu  fikrindən  döndərdi.  Sən  taxta  təzə  oturmusan.  Hamının  gözü 
səndədir.  Onu  bil  ki,  Şeyx  Heydəri,  onun  fikirlərini,  övladlarını  çox  istəyirlər.  Sən  də
məhəbbətini  bildirsən,  adamların  məhəbbətinin  bir  parçası  da  sənin  payına  düşər.  Deyərlər  ki, 
Rüstəm Mirzə qohumlarını çox istəyir. Onları təkcə zindandan çıxarmadı, həm də pişvazlarına 
çıxdı.  Bunlar  hamısı  öz  yerində.  Siyasətdə  də  qazanırıq,  hələ  ki,  bizim  gücümüz  yoxdu.  Ordu 
toplayana  kimi  müridlər  bizi  qoruyur.  Şeyx  Heydərin  övladlarına  məhəbbətini  əskik  eləsən 
müridlər hamısı bizdən üz döndərər. 
Əbih  Sultanın  fikirləri  Rüstəm  Mirzənin  xoşuna  gəldi.  Ürəyində  dedi:  “Ağıllı  adamdı, 
məmləkətin  dirəyidi”.  Atlanıb  Aləmşahbəyimin  və  övladlarının  pişvazına  gəldilər.  Atlarını
yanaşı sürürdülər. Yollardakı ağaclardan asılanları Rüstəm Mirzə görüb Əbih Sultandan soruşdu. 
– Bu kimdi? 
– Süleyman Bicanoğlunun böyük oğludu, o birilər də onun qohumları. 
– Meyitləri niyə götürməyiblər? 
–  Hökmdar  sağ  olsun,  bu  Səfəviyyə  təriqətinin  tərəfdarlarına  xəbərdarlıqdar.  Qoy  sənin 
qəzəbnak olmağından xəbər tutsunlar. 
Rüstəm Mirzə onun bu fikrini də bəyəndi. 
Atlarını sürüb çadırların yanına gəldilər. Atının yüyənin tutdular. Aşırılıb düşdü. Yeriyib 
çadıra girdi. Başını qaldırıb əmisi qızının sifətini gördü. Aləmşahbəyim sərv kimi ucaboylu, zərif 
idi.  Qızılı  saçları,  mavi  gözləri  vardı.  Əmisi  oğlu  onu  lap  çoxdan  görməmişdi.  İndi  müqayisə
elədi  və  gördü  ki,  o  xeyli  dəyişib.  Üzüntü  onu  sıxıb.  Əlini  sinəsinə  qoyub  baş  əydi.  Hər  iki 
tərəfində  özü  kimi  gözəl,  qədd  qamətli  oğlanları  dayanmışdı.  Bu  görüş  üçün  tikilmiş  paltarlar 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə