Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə44/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   101

90
– Bir şərtimiz var. Şeyx Heydərin övladlarını zindandan çıxarıb verin bizə. 
Rüstəm Mirzə qarşısında şərt qoyulmasını narazılıqla qarşıladı.  
– O uşaqları sənə verməsək onda necə? 
– Onda başqa daha asan yol var, biz də həmin yolnan gedərik. – Hüseyn Lələ bəy kükrəyib 
özündən çıxmağa hazır olan Dədə bəyin dizini basdı. 
– Hansıdı o yol? 
– Rüstəm Mirzəni də, Əbih Sultanı da Bəysunqura verib əvəzində uşaqları alarıq. Çünki bu 
iki düşmən ondan ötəri, Şeyxin uşaqlarından daha qorxulu düşməndi. Müridləri Təbrizə yeridib 
qan tökməkdən də canımız azad olar. 
Əbih Sultan Hüseyn Lələ bəyin bu fikrinin daha inandırıcı olduğunu görüb onu bu fikirdən 
daşındırmaq  üçün  əl-ayağa  düşdü.  Əl  atıb  cibindən  Hüseyn  Lələ  bəy  ilə  yazıb  möhürlədikləri 
müqavilənaməni çıxartdı. Əvvəl onu Hüseyn Lələ bəyə göstərmək, verdiyi sözü yadına salmaq 
istəyirdi. Amma fikrindən tez daşınıb Rüstəm Mirzəyə göstərdi. 
–  Bu  mənim  Hüseyn  Lələ  bəy  ilə  bağladığım  əhd-peymandı.  Burada  yazılıb  ki,  Rüstəm 
Mirzəni taxta çıxarandan sonra o, Şeyxin uşaqlarını azad eləyəcək. 
Rüstəm Mirzə hirsləndi: 
– Mən səni vəkil eləmişdim? 
– Yox. 
– Bəs bu nə işdi mənim adımdan danışırsan? 
Əbih Sultan da pərt oldu, kağızı qatlayıb cibinə qoydu. 
Hüseyn Lələ bəyə baxıb çiyinlərini çəkdi. Yə’ni daha mənim heç bir sözüm yoxdur. 
–  Belə  olan  yerdə  bizim  müqaviləmiz  pozulur.  –  Hüseyn  Lələ  bəy  cəld  Əbih  Sultanın 
belindəki qılıncı çəkib çıxartdı. Dədə bəy onu sarıdı.  
Rüstəm  Mirzə  isə  şah  kimi  oturmuşdu.  Yerindən  tərpənmirdi.  Əbih  Sultanın  silahının 
alınıb qollarının bədəninə sarınması onun vəziyyətini ona başa saldı. 
– Əhdinizi nə tez pozdunuz, – deyə lovğa-lovğa dilləndi. 
–  Bu  tək  əhd  pozmaq  deyil,  Bəysunqurun  təzədən  Ərdəbil  müridləri  üstünə  yeriməyidi. 
Köhnə düşmənçilik təzələnir, Şeyxin övladlarını da ölüm gözləyir. 
– Bəs məni niyə sarımırsan? 
– Səni sarımaq çox asan işdi. Onsuz da buradan heç yana qaça bilməzsən. 
Dədə bəyin gur səsi eşidildi: 
– Rüstəm Mirzə, yaxşı-yaxşı fikirləş, ya onlar deyənə qulaq asmalısan, ya da Bəysunqurun 
cəlladlarının qabağında dayanacaqsan. 
– Mən şərti elə qəbul eləyə bilmərəm. Şeyx Heydərin uşaqları müridlərdən yeddi köynək 
mənə yaxındı. Taxta çıxan kimi onları zindandan birbaşa saraya gətirəcəm. 
Əbih Sultan rahat nəfəs aldı. 
– O saraydan onlar heç bir xeyir görməyiblər. Bizim şərtimiz qətidir. Ərdəbil neçə qərinədi 
ki,  Şeyx  Səfiyyəddin  övladlarının  mülküdür.  O  mülk  qayıtmalı,  Şeyx  Sultanəli  Ərdəbildə
oturmalıdır. 
Əbih Sultan da Rüstəm Mirzəni sakitləşdirməyə çalışırdı. 
–  Rüstəm  Mirzə,  Bəysunqur  gedəndən  sonra  Şirvanşah  sənə  düşmən  kəsiləcək.  Onun  da 
qabağında  Sultanəli  dayana  bilər.  Çünki  qan  düşmənidilər.  Hüseyn  Lələ  bəyin  şərti  sənə  də
xeyirdi. 
– Demək Sultanəli belə böyüyüb? 
– İndi o, həddi-büluğa çatmış oğlandı. Darül İrşadın işləriylə məşğul olacaq. Onu sarayda 
saxlamaq istəsən də, qalmaz. – Hüseyn Lələ cavab verdi. 
Rüstəm Mirzə dəlillərin qarşısında təslim oldu. 
– Yaxşı, mən razı. 
– Onda müqavilənamə təzədən yazılmalıdır, – deyə Hüseyn Lələ fikrini bildirdi. 
–  Müqavilənamə?!  Mən  sözümün  ağasıyam.  Həm  də  hökmdar  hökmdarla  müqavilənamə
bağlayar?! 
– Hələ hökmdarlığa var. 


91
Rüstəm  Mirzə  tələsirdi.  Elə  bilirdi  ki,  artıq  taxta  oturub.  Amma  söhbətlər  onu  indiki 
vəziyyətinə qaytarırdı. 
Hüseyn Lələ bəy qələm-davat istədi. Gətirdilar. Oturub yazdı. Hər bəndi Rüstəm Mirzə ilə
razılaşdırdı.  Sonra  onlar  möhür  basdılar.  Rüstəm  Mirzənin  möhürü  yox  idi.  Barmağını  basdı. 
Bundan sonra Rüstəm Mirzəyə hökmdara layiq libas, silah gətirdilər. Özləri çıxdı, o geyindi. 
Əbih  Sultan  çadıra  girəndə  gördü  ki,  Rüstəm  Mirzə  iki  balışı  üst-üstə  qoyub,  dizinin 
kündəsi  balışları  basıb  aşağı.  Artıq  qızıldan  olmasa  da,  qaz  tükündən  özünə  taxt  düzəldib. 
Hamıdan heç olmasa bir barmaq yuxarıda oturmaq istəyir. 
–  Əmir  İbrahim,  –  deyə  Əbih  Sultana  müraciət  elədi.  –  Anan  namaz  üstəymiş.  Mənim 
köməyimə  çatmasaydın,  özüm  taxta  çıxanda  and  içmişdim  birinci  səni  Təbriz  qalasından 
asdırım. 
Əbih  Sultan  onun  bu  xam  xəyalına  ürəyində  güldü.  Həm  də  sevindi.  Sevindi  ki,  Rüstəm 
Mirzə  çox  yola  yaxın  adamdı.  Sarayda,  o  hökmdarın  ən  yaxın  adamı  olacaq,  kəsdiyi  başların 
sorğu-sualı olmayacaq. 
Dədə bəy Hüseyn Lələnin yanına gəlib onunla xısın-xısın danışmağa başladı. 
– Tədbirimiz baş tutub. Cibo Səfər qayıdıb. 
– Necə? 
– Bəysunqur artıq Arazı keçib Şirvana gedib. Təbriz yolu açıqdır. 
– Bir yandan bağlayan tanrı o biri yandan açır. Hüseyn Lələ bəy Şirvandan gələn çaparı
tutdurmuş,  onun  paltarını  geydirib  məktubunu  da  təzədən  yazdırandan  sonra  Təbrizə
göndərmişdi. Fərrux Yasarın adından yazılan bu məktubda bildirilirdi ki, qoca Şirvanşah ölüm 
yatağındadır,  halallaşmaq  üçün  nəvəsi  Bəysunquru  yanına  çağırır.  Tək  ona  deyiləsi  sözləri, 
sirləri var. Cibo Səfəri göndərməkdə məqsədləri vardı. Səfər şamaxılı idi, danışığı, ləhcəsi şübhə
doğura bilməzdi. İndi bu tədbir öz işini görmüşdü. Bəysunqur Suleyman Bicanoğlu ilə bərabər 
Şamaxıya  yola  düşmüşdü.  Taxt  şəhəri  Təbriz  onların  üzünə  açıq  idi.  Təbriz  camaatı  Rüstəm 
Mirzənin  tərəfindəydi.  Onun  atası  Maqsud  Mirzə  Təbrizi  bir  dəfə  xilas  eləmişdi.  Ona  görə  də
təbrizlilər  Şirvanşahın  qohumu  Bəysunqurdan  çox  Rüstəm  Mirzəyə  məhəbbət  bəsləyirdilər. 
Şəhərdəki  qoşun  nə  qədər  olsa  da,  Rüstəm  Mirzənin  adını  eşidən  kimi  silahlarını  töküb  onun 
tərəfinə keçəcəkdi. Bəlkə də... 
SONUNCU GÜN 
Əkil bəkil quş idi,  
Divara qonmuş idi.  
Getdim onu tutmağa,  
O məni tutmuş idi.  
Meydanın ağacları,  
Bar gətirib ucları. 
İsmayıl Səkinənin oxuduğu şe’rin qurtarmağını gözləyib dedi: 
Səkinə xala, niyə mən uşağam? 
–  Sənin  ağıllı  canına  qurban  olsun  Səkinə  xalan.  Atam-anam,  bəs,  necə  şe’r  istəyirsən? 
Boyat tayfasının şe’rlərindən deyim? 
– Hə, de. 
Bu dağlar, ulu dağlar,  
Çeşməli, sulu dağlar.  
Burada bir qərib ölmüş,  
Göy kişnər, bulud ağlar. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə